Rusiya Suriyanı yenidən inşa edəcək - tarixi saziş
Tarix: 1-02-2018, 08:36 |
Çap et
Rusiyanın Energetika naziri Aleksandr Novakla suriyalı həmkarı Məhəmməd Zuxeyr Xarbutli arasında Suriyada enerji obyektlərinin bərpası ilə bağlı saziş imzalanıb.
Axar.az TASS-a istinadən xəbər verir ki, sazişdə energetika obyektlərinin işlənməsi, hazırlanması, modernizasiyası, həmçinin yeni obyektlərinin tikintisi ilə bağlı bir sıra maddələr yer alıb.
Məlumata görə, saziş 2018-ci və sonrakı illərdə də qüvvədə olacaq.