Ukraynanın paytaxtı Kiyev şəhərində "milli drujinlər" adlı qrup nümayiş keçirib. FaktXəbər-in verdiyi məlumata görə, şəhərdə polisin səlahiyyələtinin onlara verilməsini istəyən millətçi qrup bununla sabitlik yaratmaq istədiklərini elan ediblər.
Qeyd edək ki, "milli drujinlər"in rəhbəri Ali Radanın deputatı Andrey Biletskiy sayılır. O, Ukraynada ultra-sağçı qüvvələrin yaradıcısı da qəbul olunur. Andrey Biletskiy Donbasda gedən döyüşlərdə "Azov" batalyonuna da rəhbərlik edib.