Türkiyədə anti-Amerika əhval-ruhiyyə güclənməkdədir
Tarix: 8-02-2018, 09:01 | Çap et
Türkiyədə keçirilən sosioloji sorğuların nəticələrinə görə, Vaşinqtonun PYD/YPG-nı açıq şəkildə dəstəkləməsi anti-Amerika əhval-ruhiyyənin artmasına gətirib çıxarıb. Tədqiqat göstərib ki, Türkiyə əhalisinin böyük bir hissəsi ABŞ-a qarşıdır. Bu haqda "Anadolu” agentliyi yazıb. Sorğu Türkiyənin 26 əyalətində 2000-ə yaxın insan arasında keçirilib.
"Optimar” şirkətinin apardığı tədqiqat zamanı bəlli olub ki, Birləşmiş Ştatlara qarşı əhalinin 71 faizi çıxış edib, 22,7 faiz qismən anti-Amerika mövqeyi sərgiləyib, cəmi 5,4 faiz bəyan edib ki, amerikalıların əleyhinə deyillər. Rəyi soruşulanların 58 faizi bəyan edib ki, beynəlxalq qüvvələr – ABŞ, İsrail və Avropa ölkələri İŞİD-in Suriya və İraqda mövqelərinin möhkəmlənməsində iştirakçı olublar. Türkiyə və Rusiyanın yaxınlaşması ilə bağlı sualın cavabında respondentlərin 62 faizi bunu pozitiv hal kimi qiymətləndirib. 22 faiz isə bu yaxınlaşmanın neqativ nəticələri ola biləcəyini vurğulayıb. Respondentlərin 15,5 faizi heç bir fikir səsləndirməyib. Sosioloji şirkətin rəhbəri Hilmi Daşdəmir bildirib ki, "Optimar” Yaxın Şərq və xarici siyasət üzrə sorğular keçirməkdə ixtisaslaşıb. Yeni tədqiqata istinad edən Daşdəmir bildirib ki, anti-Amerika əhval-ruhiyyə pik həddədir. "Sorğunun nəticələri göstərir ki, ABŞ-Türkiyə münasibətləri gərginləşmək üzrədir. Səbəb də Birləşmiş Ştatların FETÖ və PYD-yə olan münasibətidir”, - deyə sosioloq vurğulayıb.
Fətullah Gülənin lideri olduğu FETÖ qruplaşması 2016-cı il iyulun 15-də Türkiyədə baş tutmayan dövlət çevrilişinin təşkilatçısı olub. PYD və YPG isə PKK terror təşkilatının Suriya qanadı hesab edilir. Bu qruplaşma Türkiyənin Suriyada həyata keçirdiyi terror əleyhinə mübarizədə əsas hədəf hesab edilir. Türkiyə PKK terror qruplaşmasına qarşı 30 ildən artıqdır ki, mübarizə aparır. Bu illər ərzində separatçılar 40 mindən artıq insanın ölümünə səbəb olublar. ABŞ və Avropa İttifaqı bu qruplaşmanı terrorçu adlandırsa da, qeyri-rəsmi yardımlar göstərməkdə davam edirlər. Bundan əlavə, qruplaşma üzvlərinə Avropa ölkələrində məmnuniyyətlə sığınacaq verilir.
Daşdəmir, həmçinin 2016-cı ildə keçirilən sorğunun nəticələrindən də danışıb: "O zaman biz soruşurduq ki, sizcə, 15 iyul qiyamının arxasında kimlər durur. Bu suala cavab olaraq 36,9 faiz FETÖ-nü, 25 faiz Birləşmiş Ştatlar və FETÖ-nü, yalnız 5,6 faiz ABŞ-ı göstərmişdi”. H.Daşdəmirin sözlərinə görə, getdikcə daha az insan Türkiyə və Birləşmiş Ştatlar arasında münasibətlərin qalmasını istəyir: "2015-ci ildə biz sual qoymuşduq ki, "Türkiyə hansı ölkə ilə əməkdaşlıq etsin”. Bu suala cavab olaraq 23 faiz ABŞ-ı göstərmişdi. Lakin indi onların sayı 13 faizə düşüb. İnsanlar getdikcə daha çox Çin və Rusiya kimi ölkələrlə əməkdaşlığın tərəfdarıdır”. Bundan əlavə, AGS Global adlı başqa bir şirkət də bu yaxınlarda keçirdiyi sorğunun nəticələrini elan edib. 393 biznesmen arasında keçirilən sorğunun nəticələrinə görə, 66 faiz Birləşmiş Ştatlara qarşı neqativ mövqedə olduğunu bildirib. 13 faiz pozitiv, 21 faiz isə ikili münasibətdə olduğunu qeyd edib. Biznesmenlərin böyük əksəriyyəti ABŞ-a qarşı neqativ mövqelərini onunla əsaslandırıblar ki, bu ölkə etibar doğurmur. AGS Global-ın rəhbəri Əhməd Gülər bildirib ki, Qərb ölkələri yeni Türkiyəyə köhnə nöqteyi-nəzərdən baxırlar. Birləşmiş Ştatlar və Avropa İttifaqı ölkələrinin ziddiyyətli və bir-birinə əks bəyanatları, eləcə də bu ölkələrdə liderlik böhranı türk biznesmenlərində onlara qarşı mövqenin dəyişməsinə gətirib çıxarıb. Xüsusən də Donald Trampın prezident seçilməsindən sonra vəziyyət mənfiyə doğru dəyişib. Qərbdə baş verən böhranlar fonunda Rusiyada sabit vəziyyət biznesmenlər arasında pozitiv əhval-ruhiyyənin yaranmasına gətirib çıxarıb. Ə.Gülərin qənaətincə, Türkiyədə anti-Amerika əhval-ruhiyyənin güclənməsinin digər bir səbəbi dünya iqtisadi və siyasi mərkəzinin Asiya-Sakit Okean regionuna doğru irəliləməsidir.
A&G sosioloji təşkilatının baş direktoru Adil Gur hesab edir ki, anti-Amerika əhval-ruhiyyənin artması ilə yanaşı, anti-Rusiya mövqeyi xeyli zəifləyib: "Anti-Rusiya mövqeyi 20 il bundan əvvəl xeyli güclü idi. ABŞ-ın PYD, YPG, PKK və FETÖ-nü açıq şəkildə dəstəkləməsi son illər bu ölkəyə qarşı münasibətin mənfiyə doğru dəyişməsinə gətirib çıxarıb. Bu əhval-ruhiyyə Türkiyənin Afrində "Zeytun budağı” əməliyyatı fonunda Amerikanın PKK-nı dəstəkləməsindən sonra daha da güclənib. Türkiyənin ciddi şəkildə narazılıqlarına baxmayaraq, ABŞ bu qruplaşmalara silah və sursat çatdırmaqda davam edir. Açıq şəkildə bəyan edir ki, bunlar PKK-nın filialları deyil. Əksinə, ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində etibarlı müttəfiqidirlər”. Gur bildirib ki, Türkiyədə yaşayan kürdlərin 82 faizi ABŞ-ı dost və müttəfiq hesab etmir. "Onlar bildirilər ki, Amerika PYD-ni öz maraqlarına uyğun olaraq müdafiə edir. Türkiyənin 87 faiz yaşlı sakini hesab edir ki, PYD PKK-nın davamçısıdır”.
Türkiyə mediası yazır ki, separatçı terror təşkilatı PKK/PYD-YPG 19 ölkədən silah alır. Suriyadakı terrorçuların silahlarını Amerika Birləşmiş Ştatları və çoxmillətli koalisiyaya üzv 19 ölkədən aldıqları bildirilib. Bu silahlar taktiki və strateji olaraq ikiyə ayrılır. Taktiki silahlar terror təşkilatı İŞİD-lə mübarizədə, strateji olanlar isə Türkiyəyə qarşı istifadə edilir. İz azdırmaq üçün bu mürəkkəb silah sistemlərinin üzərindən istehsalçı ölkə və şirkətlərin seriya nömrələri silinir. Ona görə həm tədarükçüləri tapmaq çətinləşir, həm də terrorun miqyası günbəgün artır.
Xatırladaq ki, bu yaxınlarda keçirilən başqa bir sorğu da ABŞ-a qarşı neqativ mövqeni ortaya qoyub. Türkiyənin nüfuzlu Kadir Has Universitetinin keçirdiyi sorğunun nəticələrinə görə, Türkiyə üçün Azərbaycandan sonra ən önəmli ölkə Şimali Kipr Türk Cümhuriyyəti (43) və bir qədər qəribə olsa da, Rusiya (30) olub. Birləşmiş Ştatlar və İsrail Türkiyə üçün ən böyük xarici təhdid kimi göstərilib. Araşdırmaya qatılanların 64 faizi ABŞ-ı Türkiyə üçün təhdid kimi gördüyünü açıqlayıb. Respondentlər Gürcüstanı (30), Pakistanı (28,9), Çini (18) və İranı da (17,8) dost kimi görür. Əvəzində, Türkiyənin NATO üzrə müttəfiqləri isə ilk səkkizliyə belə düşə bilməyib. ABŞ 15, Almaniya 14, Fransa isə 11 faizdə qərarlaşıb. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz xaricə “beyin axını”nın qarşısını almalıyıq" - ÇAĞIRIŞ
Bu gün, 11:26 |
|
|
|
• Cəlilabadın sirli NEFT QUYUSU – Araşdırmalar niyə gizli SAXLANILIB?
Bu gün, 11:19 |
|
|
|
• Naxçıvanda absurd qərarlar silsiləsindən... – Ali Məclis sədrinin bahalı avtomobili...
Bu gün, 11:14 |
|
|
|
• Naxçıvanda nazirlik “Azərmaş”dan 37,5 min manata avtomobil alır - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Nyutonun 1-ci qanununda 300 ildən sonra səhv tapılıb
Bu gün, 11:02 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
Bu gün, 10:57 |
|
|
|
• Dünyanın bölünməsində Qafqaz detalı – Silahlı toqquşma gözlənilir
Bu gün, 10:51 |
|
|
|
• "Bütün nəqliyyat marşrutlarının açılmasını təklif edirik" - Arman Yeqoyan
Bu gün, 10:48 |
|
|
|
• İrəvanda Anna ilə şam yeməyi: 53 kişi 1 milyon ödədi - “Hraparak”
Bu gün, 10:41 |
|
|
|
• Qutuya topa bülleten atdığı üçün həbs edilən azərbaycanlının baş nazirlə FOTOSU YAYILDI
Bu gün, 10:33 |
|
|
|
• Bakı Kənar Dairəvi yolunda hərəkət fasilələrlə məhdudlaşdırıla bilər - BİRGƏ MƏLUMAT
Bu gün, 10:28 |
|
|
|
• AZAL THY ilə biznes tərəfdaşlığını gücləndirməyi müzakirə edib
Bu gün, 10:25 |
|
|
|
• ŞOK! Zəngəzura görə İsrailə HÜCUM - Ermənistan görün nələr edir
Bu gün, 10:25 |
|
|
|
• Provayderlərlə bağlı şikayətlər nə vaxt həll olunacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:22 |
|
|
|
• "Burada məntiq yoxdur, yanaşma da kökündən yalnışdır" - deputat
Bu gün, 10:20 |
|
|
|
• Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək? - AKTUAL
Bu gün, 10:16 |
|
|
|
• Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb - “Financial Times”
Bu gün, 10:12 |
|
|
|
• Çin dünyanın ilk uçan avtomobil zavodunun tikintisinə başlayıb
Bu gün, 10:11 |
|
|
|
• Türkiyədə bələdiyyə sədri terror ittihamı ilə saxlanılıb
Bu gün, 10:09 |
|
|
|
• Ermənistan Azərbaycanla əsir və itkinlər məsləsini müzakirə etmək istəyir - KİV
Bu gün, 10:08 |
|
|
|
• Rusiya “xəritə”sini yenilədi – Bu ərazilər də ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Vasif Talıbovu güllələyin... amma iş yerlərini bağlamayın... - ETİRAZ VAR...
Bu gün, 10:02 |
|
|
|
• AZPUL-un sahibi rəhbərliyi tam şəkildə dəyişdirib - idarəetməni bir şəxsə ötürdü
Bu gün, 09:55 |
|
|
|
• “Accessbank”ın vaxtı keçmiş kreditləri 63 mln. manata yaxınlaşıb - HESABAT
Bu gün, 09:49 |
|
|
|
• Fırtına yaxınalaşır: üç yeni dövlət yaradılacaq - Qardaş ölkə təhlükədə
Bu gün, 09:47 |
|
|
|
• 1-ci qrup əlil haqqını tələb edir... TƏBİB isə deyir ki... - Xəstəxanadan pul istəyib, ona görə də...
Bu gün, 09:43 |
|
|
|
• Azərbaycandan gizli çıxarılan pullar ELƏ MƏMURLARINKI OLUR... - FAKT BUDUR!
Bu gün, 09:37 |
|
|
|
• Paşinyanın planı açıqlandı, müharibə mesajı gəldi - NƏ BAŞ VERİR?
Bu gün, 09:16 |
|
|
|
• Paşinyan razılaşdı: Adamı Bakıya gəlib bunları istəyəcək - “Hraparak”
Bu gün, 09:12 |
|
|
|
• Azərbaycanda terror aktı planlaşdırmaqda ittiham olunan Əfqanıstan vətəndaşı 10 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Niyə yağış yağan kimi Bakını su basır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:08 |
|
|
|
• "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur
Bu gün, 09:03 |
|
|
|
• Keçmiş deputatın şirkəti sakinlərə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• Balığın qiyməti niyə bahalaşıb?
Bu gün, 08:58 |
|
|
|
• Azərbaycanda bu mehmanxana bağlanır
Bu gün, 08:56 |
|
|
|
• “AGBank”ın ləğv prosesində QARA-QURA İŞLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:46 |
|
|
|
• Məmur bürokratiyası vətəndaşı bezdirib... - "İndiyə kimi evimizə baxış keçirilməyib..."
Bu gün, 08:38 |
|
|
|
• “UPSİLON” şirkətinin maliyyə fırıldaqlığı – İNSANLARI İŞLƏDİR, MAAŞLARINI VERMİRLƏR
Bu gün, 08:33 |
|
|
|
• "Peşəkarlığın təyin olunma yollarından biri də..." - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Füzuli sakini 25 il əvvəl qapısını sındıraraq zəbt etdiyi mənzili qaytarmır - QALMAQAL
Bu gün, 08:24 |
|
|
|
• Sürücülər maaşı cərimələrə "paylayırlar" - Bütün yollar "tıxac"a aparır...
Bu gün, 08:22 |
|
|
|
• İstəsən də, istəməsən də abunəsən... - AXI NİYƏ?..
Bu gün, 08:19 |
|
|
|
• Nazirlik işçiləri min bir bəhanə gətirir ki... - GİLEY
Bu gün, 08:11 |
|
|
|
• “Fəlsəfi kitablar oxuyuram” - VİDEO
Bu gün, 08:02 |
|
|
|
• Azərbaycanda qaz limiti ləğv oluna bilər - AÇIQLAMA
Bu gün, 07:11 |
|
|
|
• Qalmaqallı MTK-dan ev alan şəxs məhkəməyə müraciət etdi - 2 milyonluq vergi borcu da varmış
Bu gün, 07:07 |
|
|
|
• Şimali Koreya hərbçiləri Ukraynaya gələn kimi qaçır... - CNN
Bu gün, 07:04 |
|
|
|
• Azərbaycanda enerji ucuzlaşacaq? - GÖZLƏNTİ
Bu gün, 07:02 |
|
|
|
• İcra hakimiyyətləri hansı tarixindən ləğv olunacaq? - GƏLİŞMƏ
Bu gün, 06:55 |
|
|
|
• Vilayət Vəliyev rektoru olduğu ATU-ya 1 milyon manatlıq mebel alır
Bu gün, 06:40 |
|
|
|
|