Rusiyadan Ankaraya yaşıl işıq: - Türk ordusu hücuma keçdi
Tarix: 9-02-2018, 09:29 |
Çap et
Rusiya Afrin hava sahəsini yenidən türk aviasiyası üçün açıq elan edib.
Axar.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri 5 günlük fasilədən sonra Afrində ötən gecə PKK-PYD mövqelərinə aviasiya zərbələri endirib.
Türkiyə Silahlı Qüvvələri və ASO-nun nəzarətində olan Burseya dağının cənub-qərbindəki Bufeylan dağının da aralarında olduğu ən azı 6 hədəf qırıcı təyyarələrin hədəfinə çevrilib.
Qeyd edək ki, Rusiyaya məxsus Su-25 qırıcısının 3 fevral tarixində İdlibdə vurulmasından sonra Moskva yeni elektron hava hücumundan müdafiə sistemi qurulması üçün Afrin hava sahəsini bağlamışdı.