Trampın çıxışlarını hazırlayan məişət zorakılığında ittiham olundu, vəzifəsindən çıxarıldı
Tarix: 10-02-2018, 09:35 |
Çap et
Ağ Evin əməkdaşı Devid Sorensen məişət zorakılığında ittiham edilərək vəzifəsindən azad olunub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin mətbuat katibinin müavini Rac Şax bildirib. “Biz Sorensendən ittihamların həqiqətə uyğun olub-olmadığını soruşduq, o, hər şeyi inkar etdi və vəzifəsindən azad olundu”, - deyə açıqlamada qeyd edilir.
Devid Sorensen Prezident Donald Trampın çıxışlarının mətnlərinin tərtibçilərindən biri idi. Onu məişət zorakılığında keçmiş həyat yoldaşı ittiham edir. Sorensen isə əksinə, özünün məişət zorakılığının qurbanı olduğunu deyir.