`Yaxın şərqdə 7 trilyon dollar xərclədik, bu böyük axmaqlıq idi`
Tarix: 13-02-2018, 10:18 |
Çap et
Amerika prezidenti Donald Tramp, ABŞ-ın bu günə qədər Yaxın Şərq ilə bağlı proseslər üçün 7 trilyon dollar xərclədiyini bildirərək, "Bu böyük səhv idi, amma hazırki vəziyyət budur" - açıqlamasını verib.
FaktXəbər-in "Washingtonpost"a istinadən verdiyi xəbərə görə, Ağ Evdə ABŞ-ın 2019-ci ilin büdcəsinə dair bəyanatlar verən ABŞ prezidenti Donald Tramp ki, bu günə qədər Yaxın Şərqdə çox böyük pullar xərcləmişik. Bir neçə ay əvvəl son hesablamalara görə Yaxın Şərqdə 7 trilyon dollar xərclədiyimiz məlum olub. 7 trilyon dollar. Böyük xətadır, amma hazır ki vəziyyət budur. Və bu gün Yaxın Şərq, o bölgəyə ağılsız şəkildə 17 il əvvəl daxil oduğumuzdan daha pis vəziyyətdədir. Çox üzücüdür.