Tillerson-Ərdoğan görüşü məhsuldar olub - Dövlət Departamenti
Tarix: 16-02-2018, 08:13 |
Çap et
ABŞ hesab edir ki, dövlət katibi Reks Tillersonun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Ankarada keçirilən görüşü məhsuldar olub.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Dövlət Departamentinin neümayəndəsi bildirib.
“Onlar ABŞ-Türkiyə münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi istiqamətində məhsuldar və açıq danışıqlar aparıblar. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu keçiriləcək görüş zamanı NATO üzrə mühüm müttəfiqimizlə danışıqlarda irəliləyişin davam etdiriləcəyinə ümid edirik”, - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Türkiyə prezidenti administrasiyasındakı mənbə bundan əvvəl bildirib ki, Ərdoğan və Tillerson regional problemləri, xüsusən, Suriya və İraqdakı vəziyyəti, habelə ikitərəfli münasibətləri və terrorla mübarizəni müzakirə ediblər. Məlumata görə, bu məsələlərlə bağlı Türkiyənin gözləntiləri açıq şəkildə Amerika tərəfinə açıqlanıb.