Suriya ordusu Afrinə girməyə hazırlaşır - Kürdlərlə Əsədin razılığı baş tutacaqmı?
Tarix: 16-02-2018, 10:08 |
Çap et
Suriya ordusu yaxın günlərdə Türkiyə ilə həmsərhəd Afrin bölgəsinə daxil olmağa hazırlaşır. Bu barədə rəsmi Dəməşq YPG ilə danışıqlar aparır.
FaktXəbər-in “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb.
Bildirilir ki, Suriya hökuməti ilə kürd silahlı birləşmələri arasında qeyd olunan razılıq ölkənin ərazi bütövlüyünün qorunması məqsədi ilə əldə olunub.
FaktXəbər-in "Məsdərnyus"a istinadən məlumatına görə isə, Suriya hökumətinin YPG ilə danışıqları hələlik alınmayıb. Belə ki, Dəməşq YPG-dən tərkisilah olunmağı tələb edir. Kürdlərə bildirilib ki, Suriya ordusu Afrinə girənə kimi silahların hamısı təhvil verilsin və Türkiyə Ordusu ilə qarşıdurma dayandırılsın.