İranın XİN rəhbəri Suriyaya gedib, Bəşər Əsədlə görüş keçiriləcək
Tarix: 20-04-2020, 12:07 |
Çap et
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Dəməşqə rəsmi səfərə gedib.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi deyib.
İran rəsmisi mətbuat konfransında bildirib ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Dəməşqə rəsmi səfərə yola düşüb.
Qeyd edilib ki, İran XİN rəhbəri bu səfər çərçivəsində Suriyanın yüksək rəsmilərilə xüsusilə də prezident Bəşər Əsədlə görüşəcək.
Məlumata görə bu görüşlər çərçivəsində qarşılıqlı əlaqələr və bir sıra region məsələləri müzakirə ediləcək.