ABŞ-la Çinin fikir ayrılığı: sammit ləğv edildi
Tarix: 25-04-2020, 11:31 |
Çap et
G20 ölkələrinin ikinci videokonfransı təxirə salınıb.
Axar.az xəbər verir ki, bu məlumatı “South China Morning Post” qəzeti yayıb. Məlumata görə, görüş son dəqiqədə təxirə salınıb. Buna səbəb Çinlə ABŞ arasında Ümumdünya Səhiyyə Təşkilatıyla bağlı yaranan fikir ayrılığı olub.
Qəzet ABŞ-ın ÜST-ün koronavirusun yayılması ilə bağlı məsuliyyət cəlb edilməsi gərəkdiyini bildirib. Çin isə öz tərəfindən ÜST-ün fəaliyyətinin araşdırılması təklifini müzakirə etməkdən qəti şəkildə imtina edib. Bununla belə tərəflərin kompromisə gələcəyi təqdirdə yaxın zamanlarda sammitin keçiriləcəyi bildirilib.