ABŞ Suriyada yeni PKK dəstəsi yaradır
Tarix: 4-05-2020, 10:18 |
Çap et
ABŞ Suriyadakı PKK/YPG silahlılarından ibarət yeni “Təmizlik gücü” adı altında dəstə yaradır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın bu planı Pentaqonun hesabatında da yer alıb.
Məlumata görə, yeni dəstə 1120 nəfərlik 5 komando bölüyündən və 600 nəfərlik antiterror qrupdan ibarət olacaq. Büdcə imkanları artdıqca muzdlu əsgərlərin sayı 10 min nəfər çatdırılacaq.
Dəstənin başında “General Mazlum” kod adlı Şahin Çilo olacaq.
Dəstənin yaradılması üçün ABŞ büdcəsindən 200 milyon dollar pul ayrılıb. Muzdlu əsgələrin xərcləri isə Suriyadan əldə edilən neft gəlirləri hesabına qarşılanacaq.