COVID-19-u neytrallaşdıran daha bir üsul tapıldı
Tarix: 6-05-2020, 10:00 |
Çap et
Beynəlxalq alimlər qrupu Utrext Universitetində aparılan təcrübələr zamanı laboratoriyada COVID-19-u məğlub edən monoklonal anticisimlər əldə ediblər.
“Report”un “TASS”a istinadən verdiyi xəbərə görə, elm adamlarının araşdırmalara dair məqaləsi “Nature Communication” jurnalında dərc olunub.
Monoklonal anticisimlər, eyni hüceyrə klonuna aid olan immun hüceyrələr tərəfindən istehsal edilən anticisimlərdir (zülallar). Biologiya və tibbdə geniş istifadə olunur, məsələn, peyvəndlər onların əsasında yaradılır.
Alimlər SARS-CoV-2 virusunun insan hüceyrələrinə nüfuz etdiyi zülalı neytrallaşdıran monoklonal anticisimlərin “47D11” olduğunu müəyyən ediblər.
Məqalə müəllifləri gələcəkdə koronavirus infeksiyasının müalicəsi üçün lazım olan dərmanları hazırlamaq üçün bu anticisimlərlə sınaqları davam etdirmək niyyətindədirlər.