COVID-19-la bağlı kəşf ərəfəsində olan alim öldürüldü - FOTO
Tarix: 7-05-2020, 08:31 |
Çap et
Koronavirus infeksiyasını araşdıran Pittsburq Universitetinin alimi Bin Lyu ölü tapılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "People" jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, polis şənbə günü 37 yaşlı mütəxəssisin meyitini aşkar edib.
Onu qətlə yetirməkdə iddia olunan qatil də maşında ölü vəziyyətdə aşkarlanıb. Polis onun intihar etdiyini güman edir.
Qatil və onun qurbanının tanış olduqları bildirilir.
Bin Lyu
Alimin həmkarları bildiriblər ki, Bin koronavirusa yoluxma əsasında dayanan hüceyrə mexanizmlərini aşkarlamaqla bağlı çox vacib bir kəşfin astanasında idi.