"Mən düşünürəm ki, görməyimdə problem tamamilə koronavirusla bağlı ola bilər"
Tarix: 26-05-2020, 08:35 |
Çap et
Böyük Britaniyanın bir neçə ay əvvəl koronavirusa yoluxmuş baş naziri Boris Conson görmə qabiliyyətinin pisləşməsindən şikayət edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumət başçısı keçirdiyi mətbuat konfransının gedişatında bildirib.
Siyasətçi qeyd edib ki, uzun illərdən sonra ilk dəfə yenidən eynək taxmağa başlayıb.
"Mən düşünürəm ki, (bu - red) onun (COVID-19-un-red) ehtimal edilən təsirindəndir... Mən düşünürəm ki, görməyimdə problem tamamilə koronavirusla bağlı ola bilər", - baş nazir deyib.
Martın sonunda Boris Conson bildirib ki, ona COVID-19 diaqnozu qoyulub. Bundan sonra Britaniyanın baş naziri və vəzifəsinin icrasını özünütəcrid şəraitində yerinə yetirməyə davam edib. Ancaq hökumət başçısı aprelin 5-də təcili xəstəxanaya çatıdırılıb və reanimasiyaya yerləşdirilib. Hökumət rəhbəri yalnız aprelin 26-da evə qayıdıb.