ABŞ Konqresi uyğurların müdafiəsi ilə bağlı qanun layihəsi qəbul etdi
Tarix: 28-05-2020, 09:23 |
Çap et
Birləşmiş Ştatların Nümayəndələr Palatası Çində uyğurların, habelə digər etnik və dini azlıqlarla bağlı bu ölkənin yüksək vəzifəli məmurları barəsində sanksiyaların tətbiqinə icazə verən qanun layihəsini qəbul edib.
"Report"un məlumatına görə, bu barədə "The Hill" xəbər verib.
"Bu gün biz uyğurların tərəfində dayanmağımız, zülmə məruz qalanlar uğrunda mübarizə aparmağımız və bunu unutmayacağımız barədə ismarıc göndəririk", - Nümayəndələr Palatasının demokrat üzvü Bred Şerman bildirib.
Qanun layihəsi mayın əvvəllərində ABŞ Konqresinin yuxarı palatası tərəfindən yekdilliklə qəbul edilib. İndi sənəd dövlət başçısı Donald Tramp tərəfindən imzalanmaq üçün prezidentə göndərilir.
Çində ölkənin ən çoxsaylı milli azlıqlarından birinin yaşadığı Sinszyan-Uyğur muxtar vilayətinin yerli sakinləri uyğurların əksəriyyəti İslam dininə itaət edirlər.