ABŞ 3 ölkəyə qarşı yeni sanksiyalara hazırlaşır
Tarix: 9-06-2020, 10:45 |
Çap et
ABŞ Konqresinin Florida ştatından olan respublikaçı üzvü Qreq Styubi bu həftə Rusiya, İran və Çinə qarşı yeni sanksiyalar təklif etmək niyyətindədir.
“Report” xəbər verir ki, o, bu barədə “Fox Business” telekanalının efirində bildirib.
Senator vurğulayıb ki, Rusiya, Çin və İrana qarşı yeni sanksiyalar və beynəlxalq xarici siyasi yanaşmalar təklif edəcək.
Onun sözlərinə görə, yeni sanksiya tədbirləri İrana qarşı silah embarqosunun müddətinin başa çatması ilə əlaqədardır.
Q.Styubi həmçinin partiyasının ABŞ-ın Livana maliyyə yardımı ayrılmasının qadağan edilməsini təklif etmək niyyətində olduğunu da söyləyib.
Daha əvvəl ABŞ İranın 100-dən çox gəmi və şirkətinə qarşı sanksiya tətbiq etmişdi.