İndiyədək dünyada COVID-19-dan 404 mindən çox insan ölüb
Tarix: 10-06-2020, 07:51 |
Çap et
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 7 milyonu ötüb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Qeyd edilir ki, COVID-19-un aşkarlandığı ölkələrdə təhlükəli virusdan 404 mindən çox insan ölüb.
Son məlumatlara əsasən, son bir gün ərzində COVID-19-a 108 918 yeni yoluxma qeydə alınıb, virus daşıyıcısı olan 3 539 pasiyent ölüb. Beləliklə, dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 7 039 918 təşkil edir. İndiyədək 404 396 insan pandemiyanın qurbanı olub.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.