Braziliya COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerə çıxıb
Tarix: 13-06-2020, 08:39 |
Çap et
Braziliyada son gün ərzində koronavirusa 25 982 yoluxma aşkarlanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, bununla da Braziliyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 828 810 təşkil edir.
Məlumata görə, ölkədə koronavirusdan 41 828 pasiyent həlak olub. Son gün ərzində daha 909 nəfər pandemiyanın qurbanı olub. Bununla da Braziliya COVID-19 qurbanlarının sayına görə Britaniyanı qabaqlayaraq dünyada ikinci yerə çıxıb.
Braziliyada virusdan ölüm faizi 5% təşkil edir. Bununla yanaşı, ölkədə təhlükəli virusa yoluxmuş 365 63 pasiyent sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.