ABŞ Dövlət katibi Con Boltonu xəyanətkar adlandırıb
Tarix: 19-06-2020, 11:25 |
Çap et
“Con Bolton açıq-aşkar yalan yayır”.
APA-nın ABŞ Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo Prezident Donald Trampın sabiq müşaviri Con Boltonun memuarından dərc olunan çıxarışlara münasibət bildirərkən deyib.
"Mən o kitabı oxumamışam, lakin kitabdan dərc olunan çıxarışlara əsasən deyə bilərəm ki, Con Bolton açıq yalanlar, yarımçıq həqiqətlər yayır. Bu, çox təhlükəlidir, həm də təəssüf doğurur”, - deyə M. Pompeo qeyd edib.
ABŞ Dövlət katibi C. Boltonu xəyanətdə ittiham edib.
“Mən bütün dünyadakı dostlarımıza müraciət edirəm: "Siz bilirsiniz ki, Prezident Trampın Amerikası dünyada müsbət gücü təmsil edir”, - deyə o vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri C. Bolton memuarından hissələr dərc edilib. Bu memuarda D. Trampla bağlı ziddiyyətli məqamlar var.