Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi
Tarix: 23-06-2020, 08:26 |
Çap et
ABŞ prezidenti Donald Tramp ölkənin sabiq prezidenti Barak Obamanı dövlətə xəyanətdə ittiham edib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "CBN News" telekanalına müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, B.Obama və adamları 2016-cı ildə onun seçkiqabağı kampaniyasına qarşı casusluq edib.
D.Tramp hesab edir ki, sabiq prezident onun danışıqlarına qulaq asıb: "Bu, dövlətə xəyanətdir Onlar həm qulaq asırdı, həm də casusluq edirdi Məlum oldu ki, mən haqlı idim".