ABŞ-ın 51-ci ştatı yaradıla bilər
Tarix: 27-06-2020, 08:17 |
Çap et
ABŞ Konqresinin Nümayəndələr Palatası Kolumbiya paytaxt dairəsinin ştat statusu almasına səs verib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Bildirilir ki, müvafiq qərarın lehinə Konqresin 232 üzvü səs verib, daha 180 nəfər buna qarşı çıxıb.
Beləliklə, ABŞ paytaxtı Vaşinqton ayrıca ştat kimi genişləndirilmiş hüquqlar ala bilər.
Sənəd Senatın təsdiqini almalıdır, bundan sonra isə onu imzalanması üçün prezidentə göndərəcəklər. Ancaq aşağı palatadan fərqli olaraq, Senatda, Respublikaçılar Partiyasında əksəriyyət Vaşinqtona ştat statusu verilməsinə qarşı çıxıb.
Hələlik ABŞ paytaxtı Kolumbiya federal dairəsi statusuna malikdir və 50 ştatdan heç birinə daxil deyil. Bu, şəhər sakinlərinə federal Konqresə öz nümayəndələrini seçməyə imkan vermir.