Tramp ABŞ kəşfiyyatının Rusiya ilə bağlı yeni məlumatını açıqlayıb
Tarix: 29-06-2020, 07:58 |
Çap et
ABŞ kəşfiyyatı Rusiyanın əfqan döyüşçülərinə ("Taliban" hərəkatına -red) Amerika hərbi qulluqçularının qətlini təklif etmək cəhdləri haqqında informasiyanın etibarsız olduğunu etiraf edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Twitter”dəki səhifəsində bildirib.
"Kəşfiyyat mənə yenicə bildirdi ki, onlar bu informasiyanı etibarlı qəbul etməyiblər və həmin səbəbdən də bu barədə mənə və ya vitse-prezidentə bildirmədilər ", - o yazıb.
"Ola bilsin ki, bu Rusiya ilə əlaqəli başqa bir fırıldaqdır, bəlkə də “New York Times”ın saxta xəbərlərinin köməyi ilə respublikaçıları pis vəziyyətə salmaq istəyir", - deyə Tramp “Twitter”də yazıb.