Maduro Avropa İttifaqının nümayəndəsinin ölkəni 72 saat ərzində tərk etməsini istədi
Tarix: 30-06-2020, 08:19 |
Çap et
Venesuela hökuməti Avropa İttifaqının sanksiyalar siyahısına 11 Venesuela rəsmisini daxil etməsindən sonra Aİ-nin Karakasdakı nümayəndəsini ölkədən çıxarmaq qərarına gəlib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Nikolas Maduro bildirib.
"Avropa İttifaqının Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verməyi və Aİ-dən hörmət tələb etməyi barədə qərar verdim. Avropa müstəmləkəçiliyi və Venesuelanın təqibləri artıq yetər", - N.Maduro "Venezolana de Television" telekanalında nümayiş etdirilən çıxışında deyib.