Tramp hələlik COVID-19 əleyhinə peyvənd olunmaq istəmir
Tarix: 14-12-2020, 08:58 |
Çap et
ABŞ prezidenti Donald Tramp bildirdi ki, hələ koronavirus peyvəndi etdirməyi planlaşdırmır.
“Report” xəbər verir ki, dövlət başçısı bunu "uyğun olan vaxtda" etmək niyyətində olduğunu qeyd edib.
"Əgər buna ehtiyac yoxdursa, Ağ Evdə işləyən insanlar proqram çərçivəsində vaksinə bir qədər gec giriş əldə etməlidir. Mən xahiş etdim ki, buna düzəliş edilsin. Mən peyvənd edilməyi planlaşdırmıram, amma bunu uyğun olan vaxtda etməyə ümid bəsləyirəm”, - Tramp özünün tvitterdəki səhifəsində yazıb.