ABŞ-da baş verənlər: Tramp aranı niyə qatdı? - TƏHLİL
Tarix: 7-01-2021, 09:25 | Çap et
“ABŞ-da nə baş verir? - Dünəndən bu sualı xeyli insandan almışam.
Bu başdan deyim ki, ABŞ daxili siyasətini diqqətlə izləsəm də, özümü bu sahədə mütəxəssis saymıram. Lakin sualları nəzərə alaraq, baş verənlərlə bağlı subyektiv fikirlərimi bölə bilərəm”.
Modern.az-ın məlumatına görə, bu fikirləri hazırda ABŞ-da yaşayan azərbaycanlı politoloq Əərəstun Oruclu okeanın o tayındakı hadisələri təhlil edərkən bildirib.
Onun fikrincə, baş verənlərin (özü də təkcə bu günlər yox) əsas səbəbi ABŞ siyasi sisteminin böhranıdır.
“Donald Trampın prezident seçilməsi özü elə həmin böhranın ciddi təzahürlərindən idi. Bu barədə hələ 2016-cı il prezident seçkilərindən həmən məqalə yazmışdım.
Elə həmin məqalənin P.S. bölümündə Trampdan “Mən yalnız qalib gəlsəm seçkilərin nəticələrini qəbul edəcəyəm!” sitatını da gətirmişdim. Gördüyümüz kimi, Tramp vədinə sadiq qalaraq 4 ildən sonra məğlubiyyətini qəbul etmədi və bu haqda da ABŞ mətbuatında çox yazılmışdı.
Təxminən 2 il əvvəl "The İntercept" yazarı, britaniyalı jurnalist Mehdi Həsən və "New York Times" qəzetinin köşə yazarı Tomas Fridman təxminən eyni sualı vermişdilər: "Donald Tramp seçkiləri uduzub Ağ Evdən çıxmaqdan imtina etsə, nə baş verəcək?"
Təəssüf ki, ən pis proqnozlar özünü doğrultdu”.
Ərəstun Oruclu deyir ki, amma bu, tək Trampın günahı deyil. Onun məsuliyyəti öz yerində, lakin Trampın 4-illik hakimiyyəti dövründə onu ABŞ seçkilərinə müdaxilə edən Rusiyanın seçdirdiyini iddia edən demokratlar bəlkə heç özləri də bilmədən bu gün baş verənlər üçün münbit zəmin yaratmış oldular.
“Hər bir halda, həmin əsassız (ona görə ki, aylarla aparılan təhqiqatlar ortaya heç bir sübut qoya bilmədi) iddialar da sonda bu işə öz töhfəsini vermiş oldu. Belə ki, demokratlar düz 4 il ərzində amerikalılara onların büt kimi inandıqları seçkilərin saxtalaşdırılmasının mümkünlüyünü aşıladılar.
4 ildən sonra isə onların atdığı bumeranq geri qayıtdı və özlərinin, daha doğrusu ölkənin başında çatladı. İndi sual olunur ki, 4 il ərzində ABŞ seçkilərinin saxtalaşdırıldığını iddia edənlər bu gün həmin seçkilərin saxtalaşdırılmadığına nə qədər amerikalını inandıra bilərlər?
Təbii ki, Tramp tərəfdarlarının çox az bir hissəsini. Onlar isə ABŞ-ın az qala tən yarısıdır.
Yuxarıda qeyd etdiyim və ABŞ-da geniş oxucu auditoriyası olan 2 müəllifin hələ xeyli əvvəl xəbərdarlıq etməsinə baxmayaraq, dünən esteblişmentin belə hadisələrə hazır olmadığı üzə çıxdı.
Məlum oldu ki, müxtəlif ölkələrdə seçkilərdən sonra baş verən mübahisələri danışıqlarla və dinc yolla çözməyə çağırışlar edən ABŞ-ın özünün eyni hallar üçün nəzərdə tutulmuş ən ciddi "arqumentləri" polis, milli qvardiya və komendant saatı imiş.
Amma həmin "ciddi arqumentlər" də effektiv olmazsa, onda nələr baş verə bilər və ABŞ çalxalanarsa bunun dünyaya hansı təsirləri olar? Bu sualları haqqında isə düşünmək belə qorxuludur. Odur ki, vəziyyətdən çıxış yollarını görünür hər iki partiya birlikdə aramalı olacaq. Amma bu da praktikada heç də sözdəki qədər asan deyil”.
Politoloqun fikrincə, ABŞ siyasətində korporativ və partiya maraqları artıq çoxdan milli maraqların fövqündə dayanır və yetişməkdə olan böhranın başlıca səbəblərindən biri və bəlkə də birincisi elə budur.
“Əks təqdirdə siyasi opponentlərə qarşı mübarizədə "seçkilərə müdaxilə olunub" iddiasını dövriyyəyə buraxmaqla və sutkada 24 saat gündəmdə saxlamaqla cəmiyyətin iki əsrdir istinad yeri olan təməl dəyərləri hədəfə almazdılar.
Vaşinqtondakı dünənki qarşıdırmada artıq ilk qan da töküldü. Ümid edək ki, bu həm də sonuncu qan olacaq. Başqa cür düşünmək isə sadəcə qorxuncdur, axı söhbət 330 milyon əhalisinin əlində 400 milyondan çox silah olan ölkədən gedir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
|