COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? .....                     Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... .....                     Dərmanları ucuz ala bilərik: .....                     "Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" .....                     Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı .....                     Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib .....                     Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? .....                     Şoyqu gözlənilmədən bu ölkəyə uçdu .....                     “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi .....                     Ermənistandan İsrailə etiraz: .....                     Gürcüstanda səsvermə bitib, seçki yox .....                     Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı .....                     Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                     Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur .....                     “Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” .....                     ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər .....                     Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi .....                     444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? .....                     "Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" .....                     Azərbaycan problemlə üzləşə bilər .....                 

Rusiya ordusunu Ukrayna sərhədindən niyə geri çəkir? - TƏHLİL
Tarix: 24-04-2021, 09:01 | Çap et
Rusiya ordusunu Ukrayna sərhədindən niyə geri çəkir?
Rusiyanın müdafiə naziri Şoyqu son həftələr Ukrayna sərhədlərində, eləcə də işğal olunmuş Krımda cəmləşdirilən qoşunların öz dislokasiya yerlərinə qaytarılması barədə əmr verib. Bu gündən etibarən qüvvələrin geri çəkilməsi başlayıb. Rusiya hərbi rəhbərliyi ordunun bu yerdəyişməsini “cənub və qərb hərbi dairələrində yoxlama tədbirləri” adlandırır, yəni Ukraynaya qarşı yönəlmədiyini bildirir. Əslində isə belə deyil.

Putini Ukrayna sərhədlərinə böyük qoşun qruplaşması cəmləşdirməyə vadar edən səbəblər var idi. Öncə onları xatırlayaq ki, mənzərə aydın olsun.

Əvvəla, Ukraynada siyasətə, biznesə, mediaya qədər uzanan, Rusiyaya bağlı güclü şəbəkənin sıradan çıxarılması prosesi başlamışdı. Bu şəbəkənin başçısı, Rusiyanın Ukraynadakı qeyri-rəsmi səfiri kimi tanınan iş adamı və siyasətçi Viktor Medvedçuk böyük basqı altında idi. Ukrayna dövləti nəhayət ki, Krımın ilhaqı və Donbasda qanlı münaqişənin başlamasından 7 il sonra 5-ci kolona qarşı hərəkətə keçərək Medvedçuka bağlı media və biznes strukturlarını zərərsizləşdirməyə, onun Ukrayna siyasətindəki təsir gücünü ortadan qaldırmağa qərar vermişdi. Bu, Viktor Yanukoviçin devrilməsindən sonra Rusiyanın Ukrayna içərisindəki dayaqlarının sarsıdılmasına yönəlmiş ikinci böyük kampaniya idi. Ukrayna millətçiləri və ümumən dövlətə sadiq milli çevrələr Medvedçukun ölkədə maneəsiz fəaliyyətindən hər zaman narahat olublar və ona qarşı sərt tədbirlər görtülməsini tələb ediblər. Doğrudan da absurd bir mənzərə idi: Rusiya Ukraynaya qarşı müharibə aparır, onun ərazilərini işğal edir, lakin buna baxmayaraq, Rusiyanın adamları açıq şəkildə Ukraynada fəaliyyət göstərməyə, böyük pullar qazanmağa davam edir, bu vəsaitləri Kremlin propaqanda aləti kimi işləyən media qurumları yaratmağa, güclü siyasi partiya formalaşdırmağa yönəldirlər.

Medvedçukun toxunulmazlığı təkcə Moskvanın Ukraynadakı 1 saylı adamı olması ilə deyil, həm də Putinlə şəxsi yaxınlığı və dostluğundan qaynaqlanırdı. Bu şəxs müstəqil Ukraynanın 2-ci prezidenti Leonid Kuçmanın dövründə prezident administrasiyasının rəhbəri işlədiyi dövrdə Putin onun yeni doğulan qızının xaç suyuna salınması mərasimində iştirak edib, uşağın xaç atası olub. Belə bir adama toxunmaq təxminən Putinin özünə toxunmağa bərabər bir əməldir. Putinin bunu cavabsız qoyması onun xarizmasının cızılması, Ukraynadakı rusiyayönümlülər, o cümlədən separatçılar arasında nüfuzunun sarsılması ilə nəticələnə bilərdi.

İkincisi, Ukrayna prezidenti Zelenski Donbas problemi üzrə Minsk sülh prosesi çərçivəsində Rusiyanın həll formulunu birmənalı şəkildə rədd etmişdi. Kremlə qəti şəkildə aydın oldu ki, Zelenski qondarma Donetsk və Luqansk xalq respublikalarının Ukraynaya reinteqrasiyası ilə bağlı Rusiyanın planına razılıq verməyəcək. Bu barədə daha öncə “Press Klub”da geniş yazdığımızdan, mövzunun üzərində geniş dayanmırıq.

Üçüncüsü, ABŞ-da fəaliyyətə başlayan yeni administrasiya Rusiya ilə bağlı çox sərt siyasət kursu seçmişdi. Bayden andiçmədən dərhal sonra kəşfiyyat qurumlarının rəhbərlərini toplayaraq onlardan Rusiyanın 2020-ci il seçkilərinə müdaxiləsi, ötən il ABŞ federal qurumlarına genişmiqyaslı kiberhücumlarda (SolarWinds qalmaqalı) Moskvanın rolu, eləcə də Əfqanıstandakı ABŞ hərbçilərinin öldürülməsinə görə Rusiya kəşfiyyatının mükafat təyin etməsinə dair xəbərlərlə bağlı raport istədi. Kəşfiyyat seçkilərə müdaxilə və kiberhücumlarda Rusiya hakimiyyətinin rolunu təsdiqləyən raport təqdim etdi. Bunun əsasında Rusiyaya qarşı ağır sanksiyaların tətbiqi gözlənilirdi. Məhz bu raportu aldıqdan sonra Bayden jurnalistin “Putin qatildirmi” sualına müsbət cavab verərək “hansı addımları atacağımızı görəcəksiniz”, deyə çox iddialı bəyanat da səsləndirdi.

Qeyd etmək yerinə düşər ki, indiyədək ABŞ tərəfindən Putin rejiminə qarşı çoxlu sanksiya tədbirləri görülsə də, hələ ki Rusiya iqtisadiyyatını, eləcə də Putinə yaxın oliqarxları sarsıdacaq sanksiyalar tətbiq olunmayıb. Məsələn, Qərbdəki “rus trilyonu”na həbs qoyulması, rusiyalı olqarxların biznesinə zərbə endirilməsi, Rusiyanın SWIFT banklararası mübadilə sistemindən kənarlaşdırılması, “Şimal axını-2” layihəsinin bitirilməsi, ABŞ şirkətlərinin Rusiyadan neft almasının yasaqlanması, Rusiyanın suveren borcu ilə bağlı bütün əməliyyatlara qadağa və sair tədbirlərdən çox danışılsa da, bu istiqamətdə hər hansı sanksiya qərarları yox idi. Gözlənilirdi ki, Bayden sadaladığımız tədbirlərin hamısını olmasa da, bir qismini tətbiq edəcək.

Dördüncüsü, şübhə yox idi ki, Ukraynanı Rusiya şəbəkəsini neyrallaşdırmağa vadar edən güc də məhz ABŞ-ın yeni hökumətidir. Rusiya ilə münasibətlərdə çox ehtiyatlı siyasət aparan Zelenski 20 yanvar 2021-ci il tarixindən sonra birdən-birə şahinləşdi və 5-ci kolonun üzərinə yeridi.

Belə bir vəziyyətdə Putin elə addım atmalı idi ki, həm Ukraynaya göz dağı versin, həm də onun himayəçisi ABŞ-ı yuxarıda qeyd etdiyimiz addımlardan çəkindirə bilsin. Rusiyanın əlindəki alətlərin çeşidi çox deyil, əsas resurs yenə də sərt gücdür. Çar III Aleksandrın dediyi kimi, Rusiyanın yalnız iki müttəfiqi var: onun ordusu və donanması. Putinin əmri ilə yoxlama adı altında qərb sərhədlərinə və Krıma iki ordu və üç hava-desant birləşməsi, ümumilikdə 100 mindən çox hərbi qüvvə göndərildi. Donbasda isə Rusiyanın formalaşdırdığı təxminən 30 minlik qoşun var. Moskva bununla bütün tərəflərə nümayiş etdirdi ki, istənilən vaxt bu qüvvələr Ukrayna ilə uzun sərhəd zolağından, eləcə də Donbas və Krım istiqamətlərindən Ukraynanın içərilərinə hücuma başlaya bilər. Mesaj ünvanlanan əsas ünvan Vaşinqton idi.

Əlbəttə, Ukraynaya qarşı bütün sərhədlər və təmas xətti boyu genişmiqyaslı hücum qərarı verib, bunu icra etmək elə də sadə məsələ deyil. Əvvəla, bu, Avropanın şərqində böyük bir müharibənin başlaması deməkdir və heç bir əminlik yoxdur ki, bu savaşa üçüncü tərəf(lər) də qoşulmayacaq və beləliklə, problem 3-cü dünya müharibəsi miqyasında böyüməyəcək. Ukrayna 2014-cü ildəki Ukrayna deyil və ordusunun təchizatı Rusiya ordusunun təchizatından xeyli geri qalsa da, 200 minlik silahlı qüvvələr, 200 minlik rezerv və 50 minlik Milli Qvardiya ilə ciddi müqavimət gücü var. Ukrayna Rusiyanın hücumuna qarşı qısa müddətdə 400-450 min nəfərlik o qədər də pis silahlanmamış, üstəlik, öz vətənini qoruduğu üçün motivasiyası yüksək olan qüvvə çıxara bilər. Qardaş xalqa qarşı bu cür qanlı savaşa yalnız ağlını, düşünmə qabiliyyətini, məntiqini tamamilə itirmiş lider qərar verə bilər, Putin hələlik idrakdan, rasionallıqdan bu dərəcədə məhrum deyil.

Amma bununla yanaşı, faktı görməzdən gəlmək də olmazdı və heç kim yüzdə yüz təminat verə bilməzdi ki, müharibə olmayacaq. Kifayət qədər real ehtimal var idi ki, hücum sərhədlərdən yox, içəridən – yəni Donbas istiqamətindən olsun və bölgənin Ukraynanın nəzarətindəki hissəsi, o cümlədən Mariupol şəhəri də işğal edilsin. Bu halda sərhəddə Rusiya ordusunun dayanması faktı Ukraynanı məcbur edəcəkdi ki, o da sərhəddə böyük qüvvələr saxlasın və əsas gücünü Donbasa yönəldə bilməsin.

Ona görə də, istər Ukrayna, istərsə də Qərb məsələni ciddiyə aldı. Bayden Putinə telefon açıb, Ukrayna ətrafında yaranmış vəziyyəti müzakirə etdi, hələ üstəlik, təkbətək görüş keçirmək barədə təklif irəli sürdü. Halbuki qatil polemikasından sonra Putinin videokonfrans formatında söhbət təklifini rədd etmişdi. Bundan bir qədər sonra Rusiyaya qarşı tətbiqi gözlənilən yeni sanksiyalar açıqlandı və məlum oldu ki, orada Rusiya iqtisadiyyatını sarsıdacaq hər hansı ağır tədbir nəzərdə tutulmayıb.

Beləliklə, Putinin bu mərhələdə öz məqsədinə müəyyən dərəcədə nail olduğunu vurğulaya bilərik:

– ABŞ prezidenti qatil dediyi adama özü telefon edərək onu görüşə dəvət etdi;

– ABŞ prezidenti ona təqdim olunan sanksiya variantları arasından ən yüngülünü seçdi və bu barədə öncədən Putini məlumatlandırdı;

– Avropa Birliyi liderləri Putinə telefon açaraq ondan ordunu Ukrayna sərhədlərindən geri çəkməyi xahiş etdilər;

– Ukraynada Rusiya şəbəkəsinin tam demontajı ilə bağlı əməliyyat-istintaq tədbirlərinə ən azından fasilə verildi…

Qapalı təmaslarda Rusiya bəlkə başqa güzəştlər də qoparıb, bunu qarşıdakı mərhələdə müşahidə edəcəyik.

Amma qeyd etmək zəruridir ki, ABŞ-ın reaksiyası bu dəfə 2014-15-ci llərlə müqayisədə xeyli fərqli oldu. İlk gündən Ukraynaya ciddi dəstək nümayiş etdirildi, ABŞ müdafiə naziri, Birləşmiş Qərargahlar Komitəsinin rəhbəri, dövlət katibi, milli təhlükəsizlik üzrə prezident müşaviri və prezident Baydenin özü ukraynalı tərəf-müqabillərinə ləngimədən telefon açaraq Ukraynanı Rusiya qarşısında tək qoymayacaqlarını bildirdilər. Ötən müddətdə ABŞ, Böyük Britaniya və Kanada hərbi-nəqliyyat təyyarələri Kiyevə və Lvova endilər, onlar yəqin ki, məsafə ölçmək üçün Ukraynaya gəlməmişdilər. ABŞ və NATO kəşfiyyat aviasiyası Rusiya sərhədləri boyunca uçuşlarını intensivləşdirdi. ABŞ eyni zamanda, Rusiyaya xəbərdarlıq etdi ki, Ukraynaya qarşı gücə əl atarsa, bu dəfə ağır sanksiyaların tətbiqi qaçılmaz olacaq. Bu xəbərdarlıqların Putinin qoşunları geri çəkməsində rol oynadığı danılmazdır. (Həbsxanada aclıq elan edən siyasi məhbus Aleksey Navalnının xəstəxanaya köçürülməsi və onun həkimlərinin tələb etdiyi bütün müayinələrin aparılmasını, nəticədə siyasətçinin aclığı dayandırmasını qeyd etmək də burada yerinə düşər.)

Beləliklə, Bayden-Putin çəkişməsinin bu mərhələdə heç-heçə bitdiyini söyləmək olar.

Amma bütün bunlar Ukrayna ətrafında vəziyyətin sabitləşdiyi, ABŞ-Rusiya konfrontasiyasının dayandığı anlamına gəlmir. Münaqişə davam edir, gərginlik dərəcəsi bu gün aşağı düşsə də, hər an yenidən yüksələ bilər. Rusiya göstərdi ki, qısa müddətdə böyük ordu hissələrini ölkənin bir ucundan o biri ucuna ata bilir. Bu, o deməkdir ki, gələcəkdə yenidən bu cür “yoxlama” həyata keçirə bilər.

Eskalasiyanın Ukrayna üçün faydası bu oldu ki, güclü ordunun düşmən üçün əsas çəkindirici amil ola biləcəyini bir daha görüb, anladı. Doğrudur, anqlo-sakson ittifaqı (ABŞ, Britaniya, Kanada) bu gün Ukraynaya yardım edir və gələcəkdə də edəcək. Lakin aydındır ki, ABŞ və ya Britaniya, Kanada orduları gəlib ukraynalıların əvəzindən Rusiya ilə döyüşməyəcək. Müttəfiqlərin yardımları nə qədər önəmli olsa da, başlıca amil məhz Ukrayna dövlətinin və xalqının özünün müqavimət gücünə və iradəsinə sahib olmasıdır. Ukrayna bunu unutmamalıdır.
Müəllif: Şahin Cəfərli
//pressklub.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? - AÇIQLAMA
Bu gün, 19:10
Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... - GƏLİŞMƏ
Bu gün, 19:00
Dərmanları ucuz ala bilərik: - "Ödədiyimiz pulun bir hissəsini..."
Bu gün, 18:56
"Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" - Xalq artisti
Bu gün, 18:19
Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı - FOTO
Bu gün, 18:17
Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib - KİV
Bu gün, 18:15
Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 18:12
Şoyqu gözlənilmədən bu ölkəyə uçdu - Nə məsələdir?
Bu gün, 18:10
“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi – “Deyirsiniz ki…”
Bu gün, 18:06
Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Bu gün, 17:22
Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Bu gün, 17:20
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Bu gün, 17:17
Xalq artistinə qəribə ad günü təbriki
Bu gün, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Bu gün, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Bu gün, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Bu gün, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Bu gün, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Bu gün, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Bu gün, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Bu gün, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Bu gün, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Bu gün, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Bu gün, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Bu gün, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Bu gün, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Bu gün, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Bu gün, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Bu gün, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Bu gün, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Bu gün, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Bu gün, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Bu gün, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Bu gün, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Bu gün, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Bu gün, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Bu gün, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Bu gün, 15:13
Paşinyanın yeni ədliyyə naziri bəlli oldu - KİV
Bu gün, 15:09
Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? - AKTUAL
Bu gün, 15:05
Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... - Ölkəyə pul göndərənlər də azaldıqca azalır
Bu gün, 14:02
Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” - İqor Korotçenko
Bu gün, 13:56
Yuliya Navalnaya Qərbi qəzəbləndirib
Bu gün, 13:03
Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu - VİDEO
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru