Tatarıstanda matəm elan edildi
Tarix: 12-05-2021, 08:14 |
Çap et
12 may tarixi Tatarıstanda 7 yeddi uşaq da daxil olmaqla 9 nəfərin öldüyü faciə ilə əlaqədar matəm günü elan edilib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tatarıstan prezidenti bununla bağlı sərəncam imzalayıb.
Paytaxt Kazandakı məktəblər bu gün işləməyəcək. Matəm günü ilə əlaqədar respublikada mədəniyyət və əyləncə tədbirləri ləğv edilib.
Tatarıstan səlahiyyətlilərinin verdiyi məlumata görə, mayın 11-də Kazandakı 175 nömrəli gimnaziyada silahlı insident nəticəsində 7 uşaq və 2 müəllim öldürülüb, daha 21 nəfər yaralanıb. Hadisəni 19 yaşlı bir oğlanın təşkil etdiyi bildirilir.
İstintaq Komitəsi iki və ya daha çox şəxsin öldürülməsi ilə bağlı cinayət işi açıb.
Hadisəni törədən İlnaz Galyavievin məktəbin girişində əldəqayırma partlayıcı qurğu işə saldığı və odlu silahdan istifadə etdiyi söylənilir.