Rusiya ABŞ-ı Avropadan vurub çıxarmağa hazırlaşır - Arktikadakı qaz ehtiyatları
Tarix: 18-05-2021, 09:06 | Çap et
ABŞ-ın sıxılmış qaz ixracı rekord vurur. Lakin bu hay-küylü vəziyyət çox çəkməyəcək. Vaşinqtonda "Şimal axını - 2" layihəsi işə düşdükdən sonra Avropaya ucuz Rusiya qazının sel kimi axacağından narahatdırlar. Bundan əlavə, yaxın bir neçə il ərzində Moskva sıxılmış təbii qaz bazarında sıçrayış edə bilər. İrimiqyaslı milli layihələr buna şərait yaradacaq. Müşahidəçilər gələcəkdə Rusiyanın ABŞ-ı Avropa bazarından sıxışdırıb çıxaracağını istisna etmirlər. Daha ətraflı - RİA Novosti-nin materialında.
Qətər Asiyanı əldən verməyəcək ABŞ Energetika Nazirliyinin yaydığı məlumata görə, mart ayında amerikalılar hər gün orta hesabla xaricə 10,5 milyard kubfut sıxılmış qaz göndəriblər. Aprel ayında isə bu rəqəm 9,2 milyard kubmetr olub, lakin hətta bu rəqəm belə baharın əvvəli üçün mütləq maksimum təşkil edir.
Məlumatda deyilir ki, ötən il və cari ilin yanvarında ABŞ-dan sıxılmış təbii qaz ixracının böyük hissəsi Asiya ölkələrinin payına düşüb. Lakin fevral və mart aylarında artıq ixracın yarısını Avropa götürüb. Məsələ bundadır ki, orada spot qiymətləri Asiyadakı qiymətlər səviyyəsinə çatıb.
"May ayına gəldikdə isə, biz ixracın 8,6 milyard kubfuta düşəcəyini, daha sonra isə Avropa və Asiya ölkələrində pik tələbatın ödənilməsi üçün 9 milyardlıq həddi keçəcəyini gözləyirik", - deyə nazirliyin məlumatında deyilir.
Beynəlxalq Energetika Agentliyinin (BEA) ekspertləri hesab edirlər ki, 2024-cü ilə qədər amerikalılar bu seqmentdə liderə çevrilə bilərlər. BEA hesablamalarına görə, ABŞ, Avstraliya və Rusiyada məcmu sıxılmış qaz tədarükü dünya sızılmış təbii qaz ixracı artımının 90%-ni təmin edəcək. Ümumiyyətlə isə liderlik barədə mübahisə də etmək olar.
Çətin ki, bazarda iri oyunçulardan olan Qətər ABŞ-ın Asiya bazarını ələ keçirməsinə imkan versin. Belə ki, adı çəkilən yaxın Şərq ölkəsi 2020-ci ildə 77,6 milyon ton sıxılmış qaz ixrac edib ki, bu da ümumi sıxılmış qaz tədarükünün 26,5%-dir. 2024-cü ildə isə bu cırtdan monarxiyanın Fars körfəzi sahillərində qaz hasilatı həcmi demək olar ki, iki dəfə arta bilər. Fevral ayında Dohada Şimal yatağının Şərq hissəsinin işlənməsi barədə yekun investisiya qərarı qəbul edilib.
Bu siyahıda Avstraliya da 26%-lə Qətərin ardınca gəlir. Üçüncü və dördüncü yerləri ABŞ (14,7%) və Rusiya (10%) tuturlar. Özü də, 2019-cu ildə Rusiya Avropa və Asiyaya ABŞ-dan çox sıxılmış qaz ixrac edib. Yaxın illərdə rəqabətin güclənəcəyi gözlənilir və bu yarışdan Moskvanın qalib çıxmaq üçün xeyli şansı var. Məsələ Arktikada olan külli miqdarda qaz ehtiyatlarından gedir.
Prioritet Arktikadır Şimal Buzlu okeanının neft və qaz ehtiyatlarının planlı şəkildə mənimsənilməsi artıq on beş ildir ki, Rusiya hakimiyyətinin qarşısında duran prioritet məsələdir. Mart ayında Nazirlər Kabineti sıxılmış təbii qaz istehsalına dair uzunmüddətli proqramı təsdiq edib. Planın məqsədi qaz mənbələrinin şaxələndirilməsi, ilk növbədə Arktika və Uzaq Şərq şelflərinin fəal şəkildə istifadəsidir. Beləliklə sıxılmış qaz hasilatının qarşıdakı on beş il ərzində üç dəfə artacağı planlaşdırılır.
Neft və qaz sahəsində təhlillərdə ixtisaslaşan "OilPrice" məcmuəsinin qənaətinə görə, əgər ABŞ şist hasilatı hesabına ən iri ixracatçılardan birinə çevrilibsə, Rusiyaya bu işdə Arktika kömək edəcək. Belə ki, bu bölgənin qaz ehtiyatları çox böyükdür — 35,7 milyard kub metr qaz və 2,3 milyard ton neft və kondensat.
"Novateka", "Yamal STQ" və "Arktik STQ -2" layihələri diqqət mərkəzindədir. Dəyəri 21 milyard dollar olan "Yamal STQ" 2023-cü ildə işə düşəcək ki, 2026-cı ildə tam gücü ilə işləyərək hasilatı ildə 20 milyon ton həcminə çatdırsın.
Cari ilin mart ayının sonuna qədər layihə təqribən 39% maliyyələşdirilib. Cari ildə layihəyə ümumilikdə daha 6 milyard vəsait yatırılacaq ki, bu da ötən ilkindən iki dəfə çoxdur. Layihənin investorları arasında Fransanın "Total" şirkəti, Çinin "CNPC" və "CNOOC" neft-qaz korporasiyaları, Yaponiyanın "Mitsui & Co" və "JOGMEC" konsorsiumu var.
"Arktik STQ -2" layihəsi isə hərəsinin istehsal gücü ildə 6,6 milyon ton olacaq üç sıxılmış qaz istehsalı xəttinin inşasını nəzərdə tutur. Bu layihə həmçinin 1,6 milyon ton sabit qaz kondensatının istehsalını da nəzərdə tutur. Layihənin resurs bazası Yamal-Nenetsk muxtar dairəsindəki Qıdansk yarımadasında yerləşən Utrenni yatağıdır. İlk xəttin işə düşməsi 2023-cü ildə, ikincinin 2024-cü ildə, üçüncünün isə 2026-cı ildə nəzərdə tutulub.
"OilPrice" qeyd edir ki, yataqlar uğurla işləndiyi təqdirdə "Novatek" bazara ildə 100 milyon ton sıxılmış qaz təklif edəcək. Bu həcmə şirkət 2030-cu ildən sonra gəlib çatacaq. Özü də çıxarılan ehtiyatların maya dəyəri də çox aşağı olacaq. Rusiya Energetika Nazirliyinin rəhbəri Aleksandr Novakın qənaətinə görə, ölkədə 2025-ci ildə 68 milyon tondan artıq sıxılmış təbii qaz istehsal oluna bilər və bununla da dünya bazarında payını 25%-ə çatdıra bilər.
Güclü zərbə "OilPrice" analitikləri hesab edirlər ki, Rusiya ABŞ-ın Avropadakı mövqelərinə ciddi zərbə vurmaq niyyətindədir və rəqibini buradan vurub çıxarmağa qadirdir. Moskva iki cəbhədə hücuma keçəcək: avropalılar üçün təkcə Rusiyanın boru kəməri ilə nəql olunan qazı deyil, həmçinin sıxılmış təbii qazı da sərfəlidir.
"Avropa İttifaqı üçün Rusiya qazı iki səbəbdən daha cazibədardır: nəqli ABŞ qazından az vaxt aparır və ucuz başa gəlir. Litva əbəs yerə qazı bizdən almır. Onların sadəcə başqa yolu yoxdur. Birincisi, Norveçin başqa müştəriləri də var. İkincisi də, sıxılmış qazı okeanın o tayından daşıyıb gətirmək baha başa gəlir", - deyə müstəqil sənaye eksperti Leonid Xazanov bildirir.
Obyektiv risklər "Artıq bunu qəbul etməyin vaxtı çatıb ki, Rusiya bu seqmentdə iri oyunçuya çevrilmək niyyətindədir", — deyə Oksford Energetik Tədqiqatlar İnstitutunun hesabatında deyilir.
Lakin eyni zamanda ekspertləri belə bir sual da düşündürür: Rusiyanın sıxılmış təbii qazı elə onun boru xətti ilə nəql olunan qazına rəqabət təşkil etməyəcək ki?
"Kreml praktiki yanaşmaya üstünlük verərək sıxılmış təbii qaz sektorunun tez inkişaf etdirilməsini prioritetə yüksəldib", deyə hesabatda deyilir.
Lakin ekspertlər belə bir nəticəyə gəlirlər ki, Rusiyanın sıxılmış təbii qaz ixracı kifayət qədər şaxələndirilib. Belə ki, ixracın böyük hissəsi Asiya-Sakit okean regionuna, əhəmiyyətli hissəsi isə "bir qayda olaraq boru xətti ilə qazın çatdırılmadığı" Avropa ölkələrinin payına düşür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Bu gün, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Bu gün, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
|