Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                     Erməni general İtaliyada: .....                 

ABŞ-Türkiyə: problemli ortaqlar - TƏHLİL
Tarix: 14-06-2021, 01:12 | Çap et
ABŞ-Türkiyə: problemli ortaqlar
İyunun 14-də Brüsseldə, NATO zirvə toplantısı çərçivəsində ABŞ və Türkiyə prezidentləri Cozef Bayden və Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş keçiriləcək. Tarixi əhəmiyyətli adlandırmaq bəlkə mübaliğə olar, amma bu təmasın münasibətlərin bundan sonrakı axarına yön verəcək çox önəmli görüş olduğu dəqiqdir.

Əvvəlcə onu qeyd edək ki, Türkiyə hökuməti bu ilin əvvəlindən öz xarici siyasətinə ciddi korrektələr etmək istiqamətində fəaliyyətə başlayıb. Yəqin hər kəs fərqindədir ki, cənab Ərdoğan xeyli vaxtdır, əvvəlki meydan oxumalara (“Eyy…”) son verib. Bunun iki səbəbi var: birincisi, aqressiv ritorika və xarici siyasət nəticəsində Türkiyənin bölgədə təklənməsi; ikincisi, ölkədə iqtisadi böhranın dərinləşməsi. Ərəb bloku (Səudiyyə Ərəbistanı, BƏƏ, Misir) və İsraillə alt səviyyədə təmaslar başlayıb, Aralıq dənizinin mübahisəli sularında geoloji-kəşfiyyat işləri dayandırılaraq Yunanıstanla masaya oturulub, Avropa Birliyi və onun lider dövlətləri Almaniya və Fransa ilə dialoq intensivləşib.

Prezident Ərdoğan Türkiyə ənənəvi mediasında nədənsə gizlədilən və “Sevgili Emmanuel” romantik xitabı ilə başlayan məktubundan sonra prezident Makronun kurs yoldaşını (Ali Onaner) Fransaya səfir göndərməklə Parislə əlaqələrə nə qədər önəm verdiyini göstərib. İki ölkə arasında təxminən 15 milyard dollarlıq ticarət həcmi var və Türkiyənin lehinə müsbət saldo mövcuddur. Yəni Fransa Türkiyənin ixracatı üçün mühüm bazardır. Eyni zamanda, Paris Avropa Birliyinin qərarverici 2 dövlətindən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi çox vacib beynəlxalq aktordur. Bu günlərdə fransalı həmkarı ilə görüşən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkənin müxtəlif coğrafiyalarda, məsələn, Afrikada bərabər hərəkət edə biləcəyini söyləyib. Bu, maraqlı detaldır, çünki Afrikada bərabər hərəkət deyərkən Çin və Rusiyanın orada artan təsirinə qarşı birgə fəaliyyət nəzərdə tutulur. Çavuşoğlu Cənubi Qafqazda da Fransa ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb, bu da çox maraqlı və cazibəli (o cümlədən Azərbaycan üçün) ideyadır, çünki Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan ikitərəfli əlaqələrinin Rusiyanın iştirakı olmadan qurulması və inkişafında Paris mühüm rol oynaya bilər.

Almaniya ilə əlaqələrdə zaman-zaman problemlər ortaya çıxsa da (fətullahçıların Almaniyada sığınacaq alması, Bundestaqın “erməni soyqırımı”nı tanıması və sair səbəblərdən), Ərdoğan və Merkelin uzun illərə əsaslanan şəxsi dostluqları nəticəsində bu çətinliklər qısa müddətdə aşılıb.

Heç şübhəsiz ki, ABŞ-la münasibətlərdə bütün problemlər həll olunmasa belə, ən azından stabillik yaratmaq və qarşılıqlı anlayışa nail olmaq bu mərhələdə Türkiyə üçün kritik əhəmiyyətə malikdir: bu olmadan yuxarıda qeyd etdiyimiz 2 hədəfə çatmaq – istər yeni xarici siyasət həmlələrinin uğuru, istərsə də iqtisadi böhranı xəfiflətmək üçün ehtiyac duyulan kapitalın ölkəyə girişi – çox çətindir. ABŞ-la münasibətlərin önəmini izah etmək üçün bircə misal yetərlidir: bu mövzuda gündəlik xəbər axını dərhal türk lirəsinin məzənnəsinə təsir göstərir – problemlər olanda TL zəifləyir, çözüm ümidi yarananda isə güclənir. Məsələn, ötən həftə Ərdoğan-Bayden görüşü ilə bağlı pozitiv hava lirəyə də müsbət təsir göstərdi. Hal-hazırda Türkiyə maliyyə bazarı bu görüşdən münsbət nəticə əldə olunacağına köklənib.

Məsafənin uzaqlığına rəğmən, ABŞ dövləti də Türkiyənin mühüm xarici ticarət tərəfdaşları arasında yer alır. Məsələn, 2020-ci ildə pandemiyaya baxmayaraq, Türkiyənin ABŞ-a ixracı 13,5% artaraq 10,1 milyard dollara çatıb. İki ölkə arasında ticarət dövriyyəsi isə 22,1 milyard dollar təşkil edib. Maraqlıdır ki, dünyaya (dost-müttəfiq ölkələrə) silah satan ABŞ Türkiyə silah sənayesinin 1 saylı müştərisidir. Fərdi silahlanma ənənəsindən vaz keçməyən amerikalılar Türkiyədən böyük miqdarda atıcı silahlar sifariş verir.

Göründüyü kimi, iqtisadi əlaqələrdə ciddi problem yoxdur, amma siyasi səviyyədə, necə deyərlər, “əl yandıran” məsələlər var ki, bunlar münasibətləri ciddi şəkildə korlayır. İlk növbədə söhbət Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksindən gedir.

S-400-ün aqibəti necə olacaq?

ABŞ Türkiyənin Rusiyadan 2,5 milyard dollarlıq strateji silah sistemi almasını heç cür qəbul etmir. Hətta bu alqı-satqı Konqresin qəbul etdiyi CAATSA (Amerikanın düşmənləri ilə sanksiyalar vasitəsilə mübarizə) qanununun təsir dairəsinə düşdüyü üçün Vaşinqton Ankaraya sanksiya da tətbiq edib, amma bu sanksiyalar hələlik simvolikdir və daha çox xəbərdarlıq siqnalı mahiyyətindədir. Ən real sanksiya Türkiyənin F-35 proqramından çıxarılmasıdır. ABŞ hesab edir ki, S-400-ün elektronik sistemlərini uzaqdan nəzarətdə saxlayan Rusiya onların vasitəsilə F-35-lərin texnoloji sirlərini oğurlaya bilər.

Türkiyə bu məsələdə konstruktiv mövqe sərgiləməyə çalışır, təklif edir ki, türk və amerikalı mütəxəssislərdən ibarət ortaq komissiya qurulsun və onlar bu məsələni araşdırıb, siyasi rəhbərliklərə raport təqdim etsinlər. Bundan başqa, Ankara bildirir ki, S-400-ü daimi rejimdə işə salmaq niyyətində deyil, yalnız ehtiyac olsa, yəni hansısa təhlükə yaransa, anbardan çıxarıb, qoşacaq. ABŞ isə bütün bunları qəbul etmir və S-400-ün Türkiyə xaricinə çıxarılmasında israrlıdır. Türkiyə rəhbərliyi ötən dövrdə bu mövzuda çox iddialı və sərt bəyanatlar səsləndirdiyi üçün belə bir tələbi qəbul edə bilmir, çünki ölkə içərisində və xaricində ciddi prestij itkisi yaşayacağını anlayır. Digər tərəfdən, Türkiyə iqtidar mediası S-400 məsələsini milli suverenlik (hətta milli namus) simvoluna çevirdiyi üçün bu məsələdə geri addım atmaq prezident Ərdoğan üçün asan deyil.

Prezidentlərin görüşündə bu məsələ gündəmdə olacaq. Son günlər xəbərlər yayılmışdı ki, S-400 İncirlik hərbi hava bazasına yerləşdiriləcək, orada həm türk, həm də ABŞ hərbçilərinin nəzarətində olacaq, beləliklə, iki tərəf də bu krizisdən “sifətini qoruyaraq” çıxacaq. Amma bu iddialar təsdiqini tapmadı. S-400-ün Quzey Kıbrısa, Azərbaycana göndəriləcəyi barədə də iddialar var. Görüşü gözləyək…

Suriya: həm fərqli, həm ortaq maraqlar

ABŞ tərəfi S-400 məsələsini ciddi problem saydığı kimi, Türkiyə də terror təşkilatı hesab etdiyi PYD-YPG qruplaşmasına ABŞ-ın fəal dəstəyini özünün milli təhlükəsizlik maralqarı baxımından təhdid kimi qəbul edir. Bu məsələ şübhəsiz ki, Ərdoğan tərəfindən Baydenin qarşısında qaldırılacaq. Amma ABŞ-ın Suriya kürdlərinə dəstəkdən imtina etməsi ehtimalı yoxdur, sadəcə, Vaşinqton bu məsələdə Ankaranın narahatlığını azaldan hansısa addımlar ata bilər.

Xatırlatmaq yertinə düşər ki, vaxtilə Türkiyə İraqın şimalında kürd muxtariyyəti yaradılmasını da təhdid kimi qiymətləndirirdi və bunu qırmızı xətti elan etmişdi, lakin muxtariyyət yaradıldıqdan sonra İraq Kürdüstanında infrastruktur layihələrinin həyata keçirilməsində əsas rol Türkiyəyə verildi. Təxminən 2 min türk şirkəti orada indiyədək milyardlarla dollarlıq layihə həyata keçirib. Sirr deyil ki, İraq Kürdüstanı gələcəkdə Orta Şərq xəritəsində ortaya çıxacağı gözlənilən müstəqil kürd dövlətinin nüvəsidir və hazırda de-fakto suveren dövlət təsisatıdır. Bu de-fakto dövlətin qurulmasının iqtisadi-maliyyə baxımdan əsas benefisiarlarından biri Türkiyə oldu. Gələcəkdə Suriyanın şimalında da bənzər ssenari və əməkdaşlıq formulu həyata keçirilə bilər. Bu ehtimal var.

Kürd məsələsində ayrılan Vaşinqton və Ankaranı İdlib məsələsi birləşdirir. ABŞ Türkiyənin İdlibdəki mövcudiyyətini dəstəkləyir, üstəlik, bu məsələdə Ankaraya ehtiyacı yaranıb. Bu ehtiyac Türkiyə-Suriya sərhədindəki buraxılış məntəqələri ilə bağlıdır. 2014-cü ildə BMT TŞ tərəfindən qəbul edilən 2165 saylı qətnaməyə əsasən Suriyaya qonşu ölkələr vasitəsilə humanitar-tibbi yardımların sadələşdirilmiş qaydada keçirilməsi üçün Əsəd hökumətinin nəzarətindən kənar 4 buraxılış məntəqəsindən istifadə edilməsi nəzərdə tutulurdu: Türkiyə sərhədindəki Bab-əl-Hava və Bab-əs-Salam, İraq sərhədindəki əl-Yarubiyyə və İordaniya sərhədindəki əl-Ramat sərhəd qapıları. Bu qərar müvəqqətidir və hər il uzadılır. Suriya hökuməti nəzarət etdiyi əraziləri genişləndirdikcə 2019-cu ildə Moskva ilə Şam tələb etməyə başladılar ki, artıq bu qərarı uzatmağa ehtiyac yoxdur, yardımların lazım olan yerlərə çatdırılmasını Suriya hökuməti özü təmin edəcək. 2020-ci ildə kompromis variant kimi yalnız Bab-əl-Havanın Əsədin nəzarəti olmadan açıq saxlanılması qərara alındı. Əks yöndə təklif olunan qətnamələrə Rusiya və Çin veto qoydular. Bab-əl-Hava ilə əlaqəli qərarın müddəti gələn ay – 10 iyulda bitir. ABŞ isə Bab-əl-Havanın açıq qalmasını və əl-Yarubiyyə ilə Bab-əs-Salamın təkrar açılmasını istəyir. İyunun əvvəlində ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild bu məsələ ilə əlaqədar Türkiyəyə səfər etdi və Ərdoğanın xarici siyasət, təhlükəsizlik məsələləri üzrə baş müşaviri, prezident sözçücü İbrahim Kalın və digər səlahiyyətli şəxslərlə müzakirə apardı.

ABŞ-ın rəsmi mövqeyi belədir ki, bu məntəqənin bağlanması İdlibdə məskunlaşmış təxminən 4 milyon insana humanitar yardım aparılmasınını əngəlləyəcək, bu isə humanitar krizisə səbəb olacaq. Amma bəzi iddialara görə, ABŞ və Britaniya ”Heyət Təhrir əş-Şam” (keçmiş “Əl-Qaida”) terror qruplaşmasının mötədil qanadı ilə danışıqlar aparır və həmin sərhəd məntəqəsinin açıq qalması bu baxımdan önəm daşıyır. Hətta son həftələr ABŞ pilotsuz aviasiyasının təşkilatın radikal-cihadçı qanadına qarşı əməliyyatlar həyata keçirdiyi barədə xəbərlər var. Deyilənə görə, HTŞ lideri Colaniyə rəqib olan şəxslər sıradan çıxarılır. Rusiya isə bu həmləyə qarşı son günlər HTŞ üzərində basqısını artırıb. Rusiya bombardmanı nəticəsində bir neçə gün öncə təşkilatın sözçüsü, media koordinatoru və təhlükəsizlik üzrə katibi öldürülüb.

Ümumiyyətlə, Rusiya və Əsəd qüvvələri İdlib çevrəsində son günlər fəallaşıblar və yeni hərbi əməliyyat hazırlıqları müşahidə olunur. Bu səbəbdən, Türkiyə ABŞ-ın dəstəyinə ehtiyac duyur.

Kabil hava limanı Türkiyəyə verilir, Ankara Polşaya zərbə dronları göndərir

Məlum olduğu kimi, ABŞ və NATO qüvvələri Əfqanıstanı tərk etməyə başlayıb. Lakin Kabil hava limanına nəzarət və onun təhlükəsizliyini qorumaq vacibdir. Ən azı ona görə ki, Əfqanıstanda çalışan diplomatların, xüsusi xidmət əməkdaşlarının və digər şəxslərin bu ölkəyə gəliş-gedişi mümkün olsun. Bu səbəblə hava limanını NATO-nun müsəlman üzvü, Əfqanıstandakı çeşidli qruplar arasında böyük nüfuza malik Türkiyənin qoruması ideyası ortaya çıxıb. ABŞ-ın bu məsələdə Türkiyəyə ehtiyacı yaranıb. Ankara prinsipcə, buna razıdır, sadəcə, əvəzində NATO-dan maliyyə və logistik dəstək istəyir. Bu məsələ güman ki, Ərdoğan-Bayden görüşündə razılaşdırılacaq.

Türkiyənin Ukraynadan sonra bölgədə Rusiyanın daha bir düşməni, ABŞ-ın Avropadakı ən sadiq müttəfiqi – Polşaya da zərbə dronları satması son həftələrin önəmli gəlişmələrindən biridir. Mayın axırlarında Polşa prezidenti Anjey Duda Ankaraya səfər edərək prezident Ərdoğanla görüşdü. Səfər zamanı Türkiyənin Polşaya 24 ədəd zərbə dronu satması barədə razılıq əldə edildi. Başqa bir razılıq budur ki, Baltik ölkələrinin hava məkanının qorunması üçün NATO-nun həyata keçirdiyi missiyada iştirak etmək üçün Türkiyəyə məxsus F-16-lar Polşanın Malbork aerodromuna göndəriləcək. Türkiyənin Latviyaya da dron satacağı barədə xəbərlər var.

Baydenlə görüş ərəfəsində atılan bu addımlar Türkiyənin etibarlı NATO müttəfiqi olduğunu nümayiş etdirməyə yönəlib, şübhəsiz ki, Rusiya Ankaranın bu qərarlarından qıcıq duyur.

Başqa bir diqqətəlayiq məlumat bundan ibarətdir ki, Türkiyə Qara dənizdə kəşf etdiyi təbii qaz yataqları ilə bağlı texniki bilgiləri ABŞ-ın “Chevron” və “Exxon Mobil” korporasiyaları ilə paylaşıb və bu yataqları onların işlətməsini istəyir. Ötən günlərdə ABŞ-ın təsirinin böyük olduğu Dünya Bankının Türkiyəyə 400 milyon dollarlıq iki ayrı kredit ayırdığını da kiçik bir detal kimi qeyd edək.

Rezüme:

Türkiyə Qərbdən qopmaq istəmir, NATO çərçivəsindəki öhdəliklərini xüsusən bu il ciddi şəkildə yerinə yetirməyə başlayıb, ABŞ və Avropa Birliyi ilə əlaqələrini istiləşdirmək yönündə iradəyə sahib olduğunu açıq nümayiş etdirir. Qərb də öz növbəsində “problemli ortaq” kimi dəyərləndirdiyi Türkiyəni itirmək və onu Rusiya ilə Çinin ağuşuna itələmək niyyətində deyil. Bu səbəbdən, Ərdoğan-Bayden görüşündə bütün problemli məsələlərə dair razılıq əldə olunmasa belə, ümid və gözləntilər var ki, bu görüş irəliyə doğru mühüm addım olacaq.
Müəllif: Şahin Cəfərli









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36
Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru