"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                     Erməni general İtaliyada: .....                     Kursk təmizlənir .....                     Kartdan-karta ödəniş necə aşkarlanır? .....                     Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                 

Rusiyada payız seçkiləri: “Moskva baharı” və Kremli gözləyən təhlükələr - GƏLİŞMƏ
Tarix: 21-06-2021, 10:48 | Çap et
Rusiyada payız seçkiləri: “Moskva baharı” və Kremli gözləyən təhlükələr
Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 19-da Dövlət Dumasına seçkilərin keçirilməsi ilə bağlı fərman imzalaması barədə məlumat vermişdik. Qeyd edək ki, 166 üzvdən ibarət ikipalatalı Federasiya Şurası üzvlərinin bir hissəsi birmandatlı dairələrdən, digər hissəsi isə partiya siyahılarına əsasən 4 illik müddətə seçilən 450 deputatdan ibarət Dövlət Duması tərəfindən təşkil olunur. Seçicilər seçki dairəsindən keçən namizədlə yanaşı, həm də partiyaya səs verirlər.

Dünyanın iki böyük nüvə dövləti - ABŞ və Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda Rusiyada keçiriləcək seçkilərə beynəlxalq maraq böyükdür. ABŞ-ın yeni Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putini qatil adlandırması, bir neçə gün öncə keçirilən Cenevrə görüşü zamanı tərəflərin razılığa gələ bilməməsi, Baydenin görüşü vaxtından əvvəl tərk etməsi münasibətlərin bərpası istiqamətində gözləntiləri də puça çıxarıb. Baxmayaraq ki, görüşöncəsi bəzi ekspertlər Çin amilinə görə, tərəflərin razılığa gələcəyi və qarşılıqlı güzəştlərə gedəcəklərini ehtimal edirdilər.

Bu arada Rusiya müxalifətinin lideri adlandırılan bloger Aleksey Navalnının zəhərlənməsi, ardınca Almaniyaya məxsus təyyarə ilə Berlinə aparılması, Moskvaya qayıtdıqdan sonra həbs edilməsi, hazırda həbxsana şəraitində həyatına təhlükə olması Qərb-Rusiya münasibətlərində yeni gəlişmələrə səbəb olub. Vladimir Putinin ABŞ-ın “NBC News” televiziyasına müsahibə zamanı söylədiyi “Navalnının 32 aylıq məhbəs həyatını salamat başa vuracağına təminat verə bilmirik. Navalnı əgər ölərsə, həbsxanada olan istənilən adamdan pis münasibət görməyəcək” fikirləri sərt təpkilərlə qarşılaşıb. “Navalnının ölümü Rusiyanın təməl fundamental insan hüquqlarına əməl etmək niyyəti olmamasının daha bir əlaməti olar. Bu, bir faciə olar, dünyanın qalan hissəsi və mənimlə münasibətlərə zərbə vurar” deyən Bayden isə baş verənlərin fonunda rəsmi Kremli yenidən tənqid edib.

Ehtimallar var ki, Rusiyada keçirilən seçkilər fonunda ABŞ və Qərb daxildə olan narazılıqları artırmağa çalışacaq. Bəs, görəsən Belarusda yaşanan hadisələrin Rusiyada da təkrarlanması gözlənilirmi?

AYNA-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib ki, Rusiyada seçkilər sakit şəraitdə keçiriləcək: “Rusiyada seçkilər həmişə ənənəvi qaydada keçirilir və bu dəfə də belə olacaq. Hər hansı ciddi dəyişiklikləri gözləməyə dəyməz. Düzdür, bəzi ehtimallar səsləndirilir ki, guya Rusiyada da Belarusda yaşananlar baş verə bilər. Bu, qətiyyən mümkün deyil və tamamilə istisna olunur. ABŞ və Qərb Belarusda nəyə nail oldu ki, Rusiyada da nəyə nail olsunlar?! Digər yandan Rusiya Belarus deyil. Putin daxili müqaviməti elə qırıb, müxalifəti də elə əzib ki, hansısa Belarus və digər ssenarilərin Rusiyada tətbiq olunması faktiki mümkün deyil. Odur ki, seçkilər plana uyğun şəkildə, siyahılar tutularaq baş tutacaq. Necə ki, bundan qabaq olurdu, Putin kimləri istəyirdi, Dumaya seçdirirdi, bu dəfə də belə olacaq. Bunun əksini düşünmək sadəlövhlük olardı”.

“ABŞ-Rusiya münasibətlərinə gəldikdə isə bu narazılıqlar artan xətlə davam edəcək. Lakin Bayden ilə Putin arasında keçirilən Cenevrə görüşü zamanı bəlli oldu ki, Qərbin Rusiyaya təzyiq imkanları çox aşağıdır. Rəsmi Kreml ənənəvi siyasətini davam etdirəcək. Lazım gələrsə, zor aparatını da işə salacaq. Yəni, bu seçkilərdən ümidlənməyə, uzaqgörən nəticələr çıxarmağa dəyməz. Bir halda ki, Rusiya bu gün digər dövlətlərdə, misal üçün elə Belarusda, diktator rejimləri qorumağa müvəffəq olur, onun özünün hər hansı təhlükə ilə üzləşəcəyini ehtimal etmək mənasızdır. Təbii ki, ABŞ və Qərb müəyyən fikirlər səsləndirə bilər. Lakin bu, ümumilikdə nə seçkilərin nəticələrinə, nə də Rusiyanın yürütdüyü ənənəvi siyasi kursa təsir edəcək. Hər şey olduğu kimi qalacaq”, - deyə analitik bildirib.

Rusiyanın Ukrayna məsələsində rolundan danışan Əlizadə əlavə edib ki, Ukrayna federallaşmağa məcburdur: “Yəqin ki, rəsmi Kiyev Minsk razılaşmasına əməl etməli olacaq. Minsk razılaşması odur ki, Ukrayna güzəştlərə getməli, federallaşmalıdır. Xüsusi qanun qəbul edilməli, Donetskə müstəsna hüquqlar verilməlidir. Krımın qaytarılacağı məsələsində isə qətiyyən nikbin deyiləm”.

AYNA-nın digər həmsöhbəti, politoloq Qabil Hüseynli isə fərqli düşünür. O, hesab edir ki, payız seçkiləri gərgin atmosferdə keçəcək: “Bilirsiniz ki, Dumaya seçkilər yeni qaydalar əsasında həyata keçiriləcək. Qanunvericilik və Seçki Məcəlləsi elə mürtəce hala salınıb ki, faktiki olaraq müxalif fikirli insanların iştirakı mümkün deyil. Anti-Putin mövqeyində dayanan şəxslərin qeydiyyata alınması çox müşkül məsələdir. Bütün bunlar deməyə əsas verir ki, bu seçkilərə həm beynəlxalq birlik, həm də rus müxalifəti kəskin etiraz edəcək. Rusiya müxalifətinin lideri adlandırılan bloger Aleksey Navalnının həbsdə saxlanılması, ona və tərəfdarlarına qarşı həyata keçirilən repressiv siyasət narazı ovqatı daha da artacaq. Rusiyada anti-Putin əhval-ruhiyyəsi pik səviyyəyə çatıb. Əhali artıq Putinlə bağlı lətifələr qoşmağa başlayıb. Yəni, Putin bu gün folklora düşüb. Mənim qənəatimə görə, o siyasi lider ki folklara düşüb, onun siyasi perspektivləri ilə bağlı optimist fikirlər səsləndirmək mümkün deyil”.

Siyasi şərhçinin fikrincə, Rusiyadakı seçkilərin hansı nəticələrə gətirib çıxaracağı barədə indidən birmənalı proqnoz vermək mümkün deyil: “Bu, Qərbin münasibətindən asılı olacaq. Əgər ABŞ və Qərb israr edəcəksə, çox şeylər dəyişə bilər. Hesab edirəm ki, onlar bu prosesə ciddi təkan verəcəklər”.

“Bu gün Rusiyada 250 millət yaşayır. Onların 80 faizindən çoxu türk mənşəli xalqlardır. Bu xalqların milli şüuru inkişaf edib, özünüdərk prosesi sürətlə gedir. Bu nöqteyi-nəzərdən Rusiyada millətlərarası və sosial zəmində gərginliyin artacağı istisna edilmir. Ancaq heç kim bilmir ki, bu işə hansı səviyyədə qol qoyacaqlar. Görünən odur ki, bu gün həm ABŞ, həm də Qərbin Rusiya ilə çox ciddi problemləri var. Bu xüsusda onların müşahidəçi mövqe tutacaqlarını güman etmirəm. Bu seçkilərdə başlanan müqavimət hərəkatı bu gün olmasa da, yaxın gələcəkdə Putin iqtidarının taleyini müəyyən edəcək”, - deyə Hüseynli vurğulayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36
Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru