London Rusiyaya qarşı ikinci cəbhəni də açdı – Bu dəfə Aralıq dənizində
Tarix: 29-06-2021, 11:17 | Çap et
NATO qüvvələri Qara dənizdə Rusiyanın tam burnunun ucunda Sea "Sea Breeze 2021" (Dəniz yeli 2021) hərbi təlimlərinə başlayaraq-başlamaz Rusiya da öz hərbi gəmilərini və sualtılarını Aralıq dənizinə göndərib. Ovqat.com-un məlumatına görə, Aralıq dənizindəki hərbi təlimlərə rus gəmiləri ilə yanaşı səsdəniti “Xənçər” raketləri ilə silahlanan MİQ-31 təyyarələri də qatılıblar. Rus hərbi donanmasının Aralıq dənizindəki bu aktivliyi ingilis mətbuatının da gözündən yayınmayıb. Böyük Britaniya mediası istisna etmir ki, ötən həftə Qara dənizdə Böyük Britaniyanın "HMS Defender" hərbi gəmisi ilə üz-üzə gələn rus donanması Aralıq dənizində də ingilis əngəli ilə qarşılaşa bilər. Məlumata görə, Böyük Britaniyan ən güclü və müasir təyyarə gəmisi “HMS Queen Elizabeth (R08)”-ni artıq bu məqsədlə Aralıq dənizinə göndərib. Ən güclü zirehlə örtülən həmin gəmi 40 hərbi təyyarə daşıyır. Bu baxımdan onu orta səviyyəli bir ölkənin hərbi hava qüvvəsi ilə müqayisə etmək olar. İngiltərənin “Daily Express”-in nəşrinin köşə yazarı Marko Janangeli vəziyyəti şərh edən məqaləsində bildirib: “İngilis Kral Donanması Putinin Aralıq dənizindəki qüvvələri ilə qarşı-qarşıya gəlməyə hazırlaşır”. Müəllif xatırladır ki, “HMS Queen Elizabeth (R08)” təyyarə gəmisi polad qoruyucu üzüklə əhatə olunub: “Onun müdafiəsini "NATO 30" və "NATO 31"çağırışları ilə uzaq radiolokasiya aşkarlama təyyarələri (AWACS) təmin edir. Təyyarələr Uoddinqton aviabazasından Kiprə uçublar”. Müəllifin iddiasına inansaq, London bu qərarı Rusiyanın öz hərbi gəmi heyətini Aralıq dənizinə göndərilməsindən, strateji bombardmançı təyyarələrini və səsdəniti “Xənçəl” raket sistemlərini isə Suriyada yerləşdirilməsindən sonra verib. Jurnalist Rusiyanın Aralıq dənizindəki təlimlərə hansı döyüş gəmilərini göndərdiyindən də bəhs edib. Onun bildirdiyinə görə, Rusiya “Moskva” raket kreyserini və ən yeni fırkateynləri “Admiral Essen”i və “Admiral Makarov”u Aralıq dənizinə göndərib. Bundan əlavə, rus hərbi donanmasının bir sualtısı da Aralıq dənizindədir. Məqalədə həmin sualtı "Stary Oslo" kimi göstərilir.
Kraliyyət Donanmasının yüksək rütbəli nümayəndəsinin müəllifə verdiyi məlumatdan belə anlaşılır ki, London hərbi donanması Rusiyanın Suveyş kanalını nəzarətə götürməsi ehtimalının qarşısını almaq üçün Aralıq dənizinə göndərilib: “Moskvanın Suveyş kanalına gedərkən Şərqi Aralıq dənizində təyyarə gəmimiz “HMS Queen Elizabeth (R08)”-ə yaxınlaşdırmağa çalışacağı gözlənilir. Təyyarə daşıyıcımız Rusiyanın mümkün qədər yaxınlaşmaq cəhdlərinə qarşı çıxmaq üçün hər cür ssenariyə hazırdır”. Ovqat.com-un şərhi Qeyd edək ki, Rusiya hələ bir neçə il əvvəl Suriyanın Tarsusdakı hərbi bazasını dünya dəniz ticarətinin önəmli keçid məntəqələrindən sayılan Qırmızı dənizə daşımaq istəyirdi və bununla bağlı Sudanın keçmiş rəhbəri Ömər əl-Bəşir ilə müqavilə imzalamışdı. Müqaviləyə görə, Rusiya Port-Sudan limanında öz hərbi bazasını yaradacaq və bu bazada hərbi gəmilərlə yanaşı 300-ə qədər rus əsgəri daimi xidmət göstərəcəkdi. Maraqlıdır ki, Sudan parlamenti bu müqaviləni ratifikasiya etməmiş 2019-cu ildə Ömər əl-Bəşir devrildi. Yeni hərbi hökumət isə bir neçə ay əvvəl Post-Sudandakı Flaminqo hərbi bazası üçün nəzərdə tutulmuş məkanda aparılan inşaat işlərini dayandırdı. Məlumata görə, Sudan Hərbi Keçid Hökumətinin sədri general Əbdül əl-Burhan bununla da kifayətlənməyib Baş nazir Abdullah Həmdukun təsdiqi ilə Sudan ordusunun Qırmızı Dəniz Hərbi Dairəsi Komandanlığına Rusiya gəmilərinin və əsgərlərinin Flamingo hərbi bazasına yaxınlaşmasının qarşısını almağı tapşırdı.
Rəsmi Xartumun bu əndişəsi yersiz deyildi və qlobal güclərin hərbi poliqonuna çevrilmək istəməməsindən qaynaqlanırdı. Belə ki, bu ilin fevral ayının 28-də Rusiyanın ən müasir “Kalibr” raketləri ilə silahlanmış “Admiral Qrigoroviç” freqatı Qırmızı dənizdəki Port Sudan limanına girmiş, ertəsi gün həmin limanda ABŞ-ın 'USS Winston S. Churchill' adlı hərbi gəmisi də peyda olmuşdu. ABŞ Hərbi Dəniz Qüvvələri bu səfərin Sudanla bir neçə gün əvvəl əldə olunan razılaşma çərçivəsində hərbi əlaqələri inkişaf etdirmək məqsədi daşıdığını bildirmişdi. Nəticədə Rusiyanın devrilmiş Sudan rəhbəri Bəşirlə, ABŞ-ın isə indiki hərbi keçid hökuməti ilə müqavilə imzaladığı ortaya çıxmışdı. Rusiyanın istinad etdiyi bu müqavilə isə ratifikasiya olunmadığı üçün həmin vaxt heç bir hüquqi qüvvəyə malik deyildi. Moskvanın ciddi təzyiqi ilə Sudan parlamentinin bir neçə gün əvvəl həmin müqaviləni ratifikasiya etdiyi barədə məlumatlar yayıldı. Ardınca da rus hərbi gəmilərinin Tartus limanından Qırmızı dənizə hərəkət etmək adıyla hərbi təlim keçirməyə hazırlaşdığı məlum oldu. Böyük Britaniya mediasına inansaq, Londonun ən güclü gəmisini Suveyş kanalına göndərməsi də bu keçidin qarşısını almaq məqsədi daşıyır.
Sual oluna bilər: Qırmızı dəniz Rusiyanın nəyinə lazımdır? Zənnimizcə, Rusiyanın Qara dəniz vasitəsilə Aralıq dənizinə çıxması və ordan Suveyş kanalı ilə Qırmızı dənizə və Hind okeanına açılması xarici ticarət marşrutu baxımından ən qısa yoldur. Rusiya bütün bu marşrut üzərində öz nəzarətini təmin etmək istəyir. Nəzərə alsaq ki, Qırmızı dənizin Sudan sahilləri dəniz quldurlarının ən çox fəaliyyət göstərdiyi bölgədir, Rusiyanın burada nəzarət imkanlarını genişləndirməsinin legitim səbəbləri də var. Üstəlik, Sudanın parçalanmasından sonra bütün təbii sərvətlərini və su ehtiyatını itirməsi hazırda bu ölkənin ən populyar qazanc mənbəyi də dəniz quldurluğudur, bu da bölgəyə nəzarəti zəruri hala gətirir. İkinci başlıca səbəb Rusiyanın Qırmızı dənizi ələ keçirməklə özünün alternativ ticarət yolu layihəsini dünyaya təqdim etməsindən qaynaqlana bilər. Məlumdur ki, qlobal istiləşmə səbəbindən Şimali Buzlu okean daha qısa zaman ərzində buzlaqlarla örtülü qalır. Rusiyanın isə buz əngəllərini aşaraq marşrutu dəniz ticarətinə açan 20-dən artıq buzqıran gəmisi var və bu da onun beynəlxalq ticarət tranzitindən daha çox pul qazanmasına imkan yarada bilər. Bunun üçün isə Qırmızı dəniz Qərb dövlətləri üçün güvənsiz hala gəlməli və Moskvanın insafından asılı olmalıdır. Başqa sözlə, beynəlxalq dəniz ticarəti yollarına nəzarət planı Böyük Britaniya ilə Rusiyanı Aralıq dənizində üz-üzə gətirir.
Təsadüfə bax ki, Sudan hökuməti bir neçə ay əvvəl Flaminqo hərbi bazasını Rusiyanın üzünə bağladıqdan qısa müddət sonra Suveyş kanalında 400 metrlik “Ever Given” konteyner gəmisi dibə oturmuş və kanal bir neçə gün bağlı qalmışdı. Rusiya həmin dövrdə öz alternativ tranzit layihəsini gündəmə gətirmiş və bunun təbliğatını aparmışdı. Bir çox ekspertlər Suveyş kanalında baş verən bu qəzanın ən çox Rusiyanın xeyrinə işlədiyinə inanır, dolayısıyla təsadüfi saymırdılar. Rusiyanın alternativ kimi təqdim etdiyi Şimali Buzlu okeanı variantı ən çox Avropanın şimal ölkələri, o cümlədən Böyük Britaniya üçün məqbul görünə bilərdi. Çünki bu marşrut şimal ölkələrinə daha yaxındır. Görünür, London da bir-birinin ardınca baş verən hadisələrə determinist nöqteyi-nəzərdən baxır və bunları böyük bir planın tərkib hissəsi kimi alqılayır. Özünün iqtisadi boğazının Moskvanın əlinə keçməməsi üçün Suveyş kanalına və Qırmızı dənizə ondan daha tez sahiblənməyə çalışır. Üstəlik, bununla da kifayətlənməyib, Rusiyanın Qara dəniz nəfəsliyini də kəsib onu tam zərərsiz hala gətirmək istəyir. Məsələlərə bu aspektdən baxanda, yaxın 10-15 gün ərzində Londonla Moskvanın Aralıq və Qara dənizlərdə daha ciddi hesablaşacağını gözləməyə dəyər. Heydər Oğuz, Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
• Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44 |
|
|
|
• Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43 |
|
|
|
• Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41 |
|
|
|
• Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40 |
|
|
|
• “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
• FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25 |
|
|
|
• Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17 |
|
|
|
• Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08 |
|
|
|
• Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
• BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00 |
|
|
|
• Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55 |
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
• "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48 |
|
|
|
• Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40 |
|
|
|
|