Yuliya Navalnaya Qərbi qəzəbləndirib .....                     Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu .....                     Gürcüstanda konstitusiya quruluşunun pozulmasına yol verməyəcəyik .....                     Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi .....                     “Araz Supermarket”də yeni təyinat .....                     "40-45 GÜN MÜBARİZƏ APARMALI OLACAĞIQ" .....                     Azərbaycanda keçmiş polis rəisinin qardaşı qətlə yetirilib .....                     "Bunun yanına çox kişi gəlib-gedirdi" .....                     Ermənistan gələn il müdafiə xərclərini 20 faiz artıracaq .....                     Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb .....                     Tanınmış aktrisa doğum günündə özünə avtomobil .....                     “Vasitəçilər olmasa, danışıqlar daha effektiv olacaq” .....                     Gürcüstan Prezidenti iğtişaşların təşkilində iştirak edir .....                     KONTAKT HOME: Əlaqə yox... GİLEY-GÜZAR EVİ... .....                     “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb .....                     “Rabitəbank”da nə baş verir? .....                     Ramiz Mehdiyev hələ də Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvüdür... .....                     O, mövqelərimizə yaxınlaşıb dedi ki, Türkiyə hərbçiləri… .....                     Azərbaycanda 39 min manatlıq şirkət .....                     Azad olunan ərazilərdə pay torpaqları veriləcəkmi? .....                     Mədəniyyət Nazirliyi bu şəxslərdən 49 min manatlıq kitab alır .....                     "Qərb Cənubi Qafqazı qan gölünə çevirmək istəyir" .....                     Payız gəldi, üzdü getdi hər şey: Bakı sular içində .....                     Xaricdən buğda asılılığımız bitir? .....                     “Açıq-saçıq şəkillərini güclü qadın obrazı kimi izləyicisinə soxuşdurur” .....                     Rusiyada general rüşvət almağa görə həbs edilib .....                     Özbəkistanda bu partiya qalib gəldi .....                     Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? .....                     Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? .....                     Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... .....                     Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda .....                     Toyda bəy gəlini "istəmirəm" dedi: Sevdiyi qızı göstərib... .....                     Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib .....                     Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə... .....                     Mədəniyyət naziri Xalq artistini təltif edib .....                     Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu .....                     Maşın almaq istəyən şəxsi döyənlər .....                     Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi .....                     Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır .....                     Ermənistan Hindistandan ən çox silah alan ölkələrdəndir .....                 

“Taliban” Moskvada peyda oldu - "MÜQƏDDƏS YER" YENƏ BOŞ QALMAYACAQ?
Tarix: 9-07-2021, 09:15 | Çap et
“Taliban” Moskvada peyda oldu
Əfqanıstanda “Taliban” yaraqlıları Amerika qoşunlarının ölkəni tərk etməsindən istifadə edərək bir-birinin ardınca Kabil hökumətinin nəzarətində olan rayonları ələ keçirdiyi bir vaxtda təşkilatın siyasi qanadının nümayəndələri gözlənilmədən Moskvada peyda olublar. Virtualaz.org xəbər verir ki, nümayəndə heyətinə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbərlərindən biri Şahabuddin Delavar başçılıq edir. Onların Moskvaya səfəri barədə ötən gün iyulun 8-də məlum olub. Talibançılar Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in ikinci Asiya departamentinin rəhbəri Zamir Kabulovla görüşüblər. Lakin səfər bu gün də davam edir və “Taliban” nümayəndələrinin Moskvada başqa görüşlərinin olacağı, o cümlədən Rusiya xüsusi xidmət orqanlarında görüşlərin keçiriləcəyi gözlənilir.

Rusiya “Taliban”ı terror təşkilatı kimi tanıyır və öz ərazisində onun fəaliyyətini qadağan edib. Lakin göründüyü kimi, bütün bunlar təşkilatın siyasi qanadının Moskvaya səfəri üçün maneə yaratmır.

Məlumatlarda deyilir ki, danışıqlar zamanı Kabulov Əfqanıstanın şimalında vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib və talibançıları münaqişənin Əfqanıstan hüdudlarından kənara çıxmasına yol verməməyə çağırıb. Cavab olaraq talibançılar bildiriblər ki, Əfqanıstan ərazisindən başqa ölkələrə, o cümlədən Rusiyaya hücum üçün istifadə edilməsinə yol verməyəcəklər. Nümayəndə heyəti Orta Asiya respublikalarının sərhədlərinin təhlükəsizliyinə də təminat veriblər, Orta Asiya ilə Əfqanıstan arasında sərhəd-keçid məntəqələrinin stabil işini təmin edəcəklərini deyiblər.

Moskvadan əvvəl isə “Taliban” nümayəndələri Tehranda səfərdə olublar və İran xarici işlər naziri Cavad Zəriflə görüşüblər. Cavad Zərif görüşü açaraq deyib ki, ABŞ Əfqanıstanda məğlub olub və bu səbəbdən öz qoşunlarını geri çəkir. Nazir əfqan siyasətçilərini ölkələrində sabitlik yaratmaq üçün dialoqa çağırıb.

“Taliban” nümayəndələrinin Tehrana və Moskvaya səfərləri belə deməyə əsas verir ki, ABŞ-ın çəkildiyi Əfqanıstanda indi bu və ya digər şəkildə Rusiyanın və İranın öz mövqelərini gücləndirməsinə hazırlaşmaq lazımdır. Doğrudur, Rusiya vaxtilə SSRİ-nin buraxdığı səhvi təkrarlayıb Əfqanıstana qoşun yeritməyə hazırlaşmır. Lakin siyasi baxımdan Əfqanıstanda öz mövqelərini möhkəmləndirə bilər, üstəlik “Taliban”la anlaşaraq. Belə ki, Rusiyanın “Taliban”ın silahlı qanadı ilə gizli əlaqələri haqda iddialar hələ Donald Trampın administrasiyası dövründə yayılmışdı, hərçənd Moskva bunu inkar edir.

İndi “Taliban”ın Əfqanıstanda ABŞ-ın qurduğu mərkəzi hökuməti devirməsi əlbətdə ki, Moskvanın maraqlarına uyğun olardı. Hansı ki, Əfqanıstanda baş verənlər Birləşmiş Ştatların dəstəklədiyi Kabil hökumətinin “Taliban” qarşısında çox da davam gətirməyəcəyini təxmin etməyə əsas verir. Belə olan halda Rusiya Əfqanıstanda məhz “Taliban”la işləməklə öz mövqelərini yenidən gücləndirə bilərdi. “Taliban” isə öz növbəsində 2000-ci illərin əvvəllərindən fərqli olaraq tam beynəlxalq siyasi təcrid vəziyyətində olmaq istəmir və bir sıra regional oyunçularla, o cümlədən Rusiya və İranla işləməkdə maraqlı görünür.

Başqa sözlə, gözləmək olar ki, “müqəddəs yer” yenə boş qalmayacaq və ABŞ-ın sürətlə çəkilməsindən sonra Əfqanıstanda bu dəfə Rusiya öz mövqelərini gücləndirməyə çalışacaq. Lap hərbi yolla olmasa da belə.

Əlbəttə, ABŞ və onun başçılıq etdiyi NATO koalisiyası Əfqanıstandan tam silinib getmir. Birləşmiş Ştatlar Əfqanıstanda bir neçə yüz nəfərlik məhdud kontingent saxlayacaq və Kabil hökumətinə təhlükəsizlik sahəsində dəstəyi davam etdirəcəyinə söz verir. Bununla belə, ABŞ-ın yetişdirdiyi Əfqanıstan ordusunun “Taliban” qarşısında nə qədər dayanacağı sual altındadır.

Bu arada prezident Cozef Bayden ötən gün Ağ evdə bəyan edib ki, ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-də başa çatacaq. O əlavə edib ki, qoşunların çıxarılmasının mümkün qədər tez baş verməsi təhlükəsizlik baxımından məqsədəuyğundur. Baydenin bildirdiyinə görə, Birləşmiş Ştatlar Əfqanıstanda Talibanın hərbi uğurları ilə mümkün vətəndaş müharibəsi təhlükəsinin artmasına baxmayaraq, bu ölkədəki 20 illik missiyasını başa çatdırmağa çalışır.

“Biz Əfqanıstana ölkə qurmağa getməmişdik. Ona görə də Amerikanın ən uzun müharibəsinə son qoyuruq”, -ABŞ prezidenti deyib.

Qoşunların çıxarılmasına daha müfəssəl izahat verməsi üçün ona göstərilən təzyiqlərə baxmayaraq Bayden deyib ki, öz ölkələrini necə idarə etmək məsələsi yalnız əfqanların haqqıdır: “Əfqan liderlər bir araya gəlməli və gələcəyə doğru hərəkət etməlidirlər. Öz gələcyi barədə qərar qəbul etmək haqqı yalnız əfqan xalqının hüququ və məsuliyyətidir”.

ABŞ prezidenti bəyan edib ki, ABŞ-ın Əfqanıstan hökumətinə və təhlükəsizlik xidmətlərinə dəstəyi bundan sonra davam edəcək. Onun sözlərinə görə bu missiya zamanı ABŞ qüvvələri üçün işlədiklərinə görə indi “Taliban” təhlükəsi ilə üzləşən minlərlə tərcüməçiyə isə Birləşmiş Ştatlarda sığınacaq veriləcək.

Talibanın ölkə ərazisinin böyük hissələrini ələ keçirməsinə baxmayaraq, Bayden ümid etdiyini deyib ki, o Əfqanıstan hökumət qüvvələrinin hücumları dəf edə biləcəyindən əmindir:"Mən Talibana etibar etmirəm, amma mən Əfqanıstan hərbçilərinin qüdrətinə inanıram”."Talibanın qələbəsi qaçılmazdırmı" sualına Bayden “yox” cavabı verib.

Pentaqon bildirib ki, Baqram hərbi-hava bazasının ötən həftə təhvil verilməsindən sonra Amerika qüvvələrinin Əfqanıstandan çıxarılması 90 faiz başa çatıb. ABŞ koalisiyasına daxil başqa ölkələr də Əfqanıstandakı qoşunlarını nizamlı bir şəkildə çıxarıblar. Əfqanıstandan qoşunların çıxarılması ötən il keçmiş prezident Donald Trampın administrasiyası tərəfindən əldə olunmuş razılaşma əsasında icra edilir. Razılaşmaya əsasən “Taliban” Əfqanıstan ərazisində radikal terror təşkilatlarının (İŞİD, “Əl-Qaidə”) fəaliyyətinə imkan verməməli və Kabil hökuməti ilə barışıq əldə etməlidir.

Lakin ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları ötən sentyabr ayında Qətərdə başlayandan bəri yavaş irəliləyib və demək olar heç bir uğurlu nəticə əldə olunmayıb. “Taliban” isə son bir ayda Əfqanıstanın 400-ə yaxın inzibati rayonundan 150-dən çoxuna nəzarəti ələ keçirib...
Virtualaz.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yuliya Navalnaya Qərbi qəzəbləndirib
Bu gün, 13:03
Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu - VİDEO
Bu gün, 13:02
Gürcüstanda konstitusiya quruluşunun pozulmasına yol verməyəcəyik - Baş nazir
Bu gün, 13:00
Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi
Bu gün, 12:59
“Araz Supermarket”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:55
"40-45 GÜN MÜBARİZƏ APARMALI OLACAĞIQ" - Gürcüstan müxalifəti kütləvi aksiyalara başlayır
Bu gün, 12:54
Azərbaycanda keçmiş polis rəisinin qardaşı qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 12:51
"Bunun yanına çox kişi gəlib-gedirdi" - Oğlu öldürülən ana fəryad etdi
Bu gün, 12:41
Ermənistan gələn il müdafiə xərclərini 20 faiz artıracaq - KİV
Bu gün, 12:40
Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb - AÇIQLAMA
Bu gün, 12:35
Tanınmış aktrisa doğum günündə özünə avtomobil HƏDİYYƏ ETDİ
Bu gün, 12:32
“Vasitəçilər olmasa, danışıqlar daha effektiv olacaq” - İşxan Verdyan
Bu gün, 12:30
Gürcüstan Prezidenti iğtişaşların təşkilində iştirak edir - Papuaşvili
Bu gün, 12:26
KONTAKT HOME: Əlaqə yox... GİLEY-GÜZAR EVİ... - Müştəriyə rəsmən ÇİLƏ YAŞADIRLAR...
Bu gün, 12:24
“Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb - BŞİH
Bu gün, 12:07
“Rabitəbank”da nə baş verir? – Kartlarla bağlı problem var
Bu gün, 12:00
Ramiz Mehdiyev hələ də Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvüdür... - İLGİNC...
Bu gün, 11:54
O, mövqelərimizə yaxınlaşıb dedi ki, Türkiyə hərbçiləri… – Malyan
Bu gün, 11:50
Azərbaycanda 39 min manatlıq şirkət - LƏĞV EDİLİR
Bu gün, 11:47
Azad olunan ərazilərdə pay torpaqları veriləcəkmi? - AKTUAL
Bu gün, 11:46
Mədəniyyət Nazirliyi bu şəxslərdən 49 min manatlıq kitab alır - SİYAHI
Bu gün, 11:44
"Qərb Cənubi Qafqazı qan gölünə çevirmək istəyir" - Erməni analitikin İLGİNC AÇIQLAMASI
Bu gün, 11:41
Payız gəldi, üzdü getdi hər şey: Bakı sular içində - VİDEO
Bu gün, 11:39
Xaricdən buğda asılılığımız bitir? - AKTUAL
Bu gün, 11:34
“Açıq-saçıq şəkillərini güclü qadın obrazı kimi izləyicisinə soxuşdurur” - ETİRAZ
Bu gün, 11:33
Rusiyada general rüşvət almağa görə həbs edilib
Bu gün, 11:30
Özbəkistanda bu partiya qalib gəldi
Bu gün, 11:19
Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? - "Daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır"
Bu gün, 11:17
Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:12
Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... - AMMA...
Bu gün, 11:11
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda TƏFTİŞ QƏRARI...
Bu gün, 11:01
Toyda bəy gəlini "istəmirəm" dedi: Sevdiyi qızı göstərib... - VİDEO
Bu gün, 10:58
Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib - DİQQƏT
Bu gün, 10:52
Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə... - BU FAKTDIR...
Bu gün, 10:47
Mədəniyyət naziri Xalq artistini təltif edib - FOTO
Bu gün, 10:43
Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu - DETALLAR
Bu gün, 10:42
Maşın almaq istəyən şəxsi döyənlər qərardan şikayətçidirlər
Bu gün, 10:30
Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi - YENİ TƏYİNAT
Bu gün, 10:19
Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır
Bu gün, 10:16
Ermənistan Hindistandan ən çox silah alan ölkələrdəndir - “The Times of India”
Bu gün, 10:12
Prezident Sahir Şamşad Mirzanı qəbul etdi - FOTO
Bu gün, 10:09
Vətən müharibəsi iştirakçısını öldürən şəxs kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
Bu gün, 10:07
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
Bu gün, 10:04
60 min DOLLARNI alıb, KÜÇƏYƏ ATDILAR... - "Hamı DEYİR MƏNLİK DEYİL"
Bu gün, 09:53
Putindən Çinə qəribə təklif - "...bu hadisələrdən çox az adam xəbərdardır"
Bu gün, 09:49
İşçi əməyinin ödənilməsi və dərəcələrinin müəyyən edilməsi... - Ekspert danışır...
Bu gün, 09:46
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir - VİDEO
Bu gün, 09:43
“Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam” – Mask VƏD VERDİ
Bu gün, 09:42
İntim videolar çəkən FHN polkovniki yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Plagiat müsbət dinamikadır?!" - ETİRAZ VAR...
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru