Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                     Erməni general İtaliyada: .....                     Kursk təmizlənir .....                     Kartdan-karta ödəniş necə aşkarlanır? .....                     Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                     "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                     Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər .....                     Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: .....                     Ermənistan ordusunda skandal: .....                     Aİ səfiri dezinformasiya yayır .....                     Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi .....                     Avropa İttifaqı: üzüqara Borrel gedir .....                     “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib .....                     FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi .....                     Bir tərfədən Rusiya, digər tərəfdən... .....                     Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ .....                     Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” .....                     Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır .....                     Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb .....                     BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... .....                     Lalə Şövkət siyasətə .....                     "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" .....                     Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında .....                 

Pekindən Ankaraya və Kiyevə ard-arda zəng edildi: - İki zəngin sirri
Tarix: 14-07-2021, 11:50 | Çap et
Pekindən Ankaraya və Kiyevə ard-arda zəng edildi:
Gözlərin Qara dənizdə NATO-Rusiya gərginliyinə yönəldiyi və “Taliban”ın Əfqanıstanda hakimiyyəti get-gedə ələ keçirdiyi bir zamanda Çin prezidenti Şi Cinpinin dünən həm Türkiyəli, həm də Ukraynalı həmkarı ilə ard-arda telefon danışıqları aparması diqqəti cəlb edir.

Ovqat.com-un məlumatına görə, Şi Cinpinin Ərdoğanla telefon danışığında iki ölkənin iqtisadi əlaqələri, regional inkişaf məsələləri, xüsusilə ticarət, investisiya, enerji, nəqliyyat və səhiyyə sahələrini inkişaf etdirəcək addımlar müzakirə olunub.

İki ölkə arasında regional və qlobal iqtisadiyyat, həmçinin diplomatiyanın bütün sahələrində geniş əməkdaşlıq potensialının olduğuna diqqət çəkən Prezident Ərdoğan Çin və Türkiyənin birgə yaratdığı Yüksək Səviyyəli İşçi Qrupunun ölkələr arası əməkdaşlığı sürətləndirəcəyinə inamını bildirib.

Prezident Ərdoğan Çinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiklərini vurğulamaqla yanaşı, uyğur türklərinin də problemini dilə gətirib. “(Ərdoğan) Çinin bərabər hüquqlu vətəndaşları olaraq firavanlıq, azadlıq və sülh içində yaşayan uyğur türklərinin Türkiyə üçün əhəmiyyətini vurğuladı”, - Türkiyə Prezident Administrasiyasının Rabitə Başqanlığının dünən yaydığı məlumatda belə deyilir.

Şi Cinpinin Ukraynalı həmkarı ilə söhbətinə də regional əməkdaşlıq öz damğasını vurub.

Ukrayna Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Vladimir Zelenski söhbət zamanı Çini "Ukraynanın dünyadakı “1 nömrəli ticarət və iqtisadi tərəfdaşı" adlandırıb.

Zelenski, həmçinin dəniz limanlarının infrastrukturunun inkişafı, yolların tikintisi və modernləşdirilməsi, dəmir yollarının və şəhər infrastrukturunun inkişafı üçün bir sıra layihələrin həyata keçirilməsində Çinli investorların iştirakının vacibliyini vurğulayıb. O, Ukraynanın Çinə ixracatının artırılması və kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Bundan əlavə, Zelenski Ukraynanın "Çin biznesi üçün Avropaya bir körpü" ola biləcəyinə ümid etdiyini də bildirdi.

Çin Xalq Respublikasının sədri isə Ukraynanın "Böyük İnşaat" layihəsinin əhəmiyyətini qeyd edib və Çinin bu istiqamətdə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Söhbətdə ən diqqət çəkən məqam isə Çin liderinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirməsi olub.

"Vladimir Zelenski vahid Çin məsələsində Ukraynanın mövqeyinin dəyişməz olduğunu təsdiqlədi. Çin Xalq Respublikasının Prezidenti də öz növbəsində Çinin Ukrayna xalqının seçdiyi müstəqillik yoluna hörmət etdiyini, onun suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı”, - deyə Zelenskinin mətbuat xidməti xəbər verir.

Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən işğal olunduğunu, NATO qüvvələrinin məhz həm yarımadanın ərazi sularında son zamanlar intensiv hərbi təlimlər keçirdiyini nəzərə alanda Şi Cinpinin bu sözləri Pekinin də hansı tərəfdə səf tutduğu anlamına gəlir. Baxmayaraq ki, “ərazi bütövlüyünü dəstəkləmək” hətta düşmən ölkə liderlərinin də bir-birilərinə söylədiyi klassik sözlər təsiri bağışlayır, bu ənənə təmkini ilə seçilən Çin xarici siyasət anlayışına xas deyil. Pekin belə məsələlərdə “yüz ölçüb bir biçmək” tutumu ilə fərqlənir. Hətta deyilənlərə görə, 1970-ci ilin sonlarında Çin Baş nazirinə xarici səfərlərdən birində II Dünya müharibəsi ilə əlaqədar sual verilir. Çin Baş nazirinin cavabı isə hər kəsi təəccübləndirir: “Bu barədə danışmaq hələ tezdir”.

Şi Cinpinin Ukraynanın infrastruktur layihələrinə investisiya yatırmaq istəyi ilə bağlı fikirləri də Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. İki gün öncə Ukrayna xalqına müraciət ünvanlayan Vladimir Putin “qardaş ölkə”nin Rusiyadan üz döndərməsi nəticəsində Avropanın ən kasıb dövlətə çevrildiyini, bunun belə də davam edəcəyini bildirməsi rəsmi Moskvanın arzu və istəklərinin ifadəsi idi. Çin isə Ukraynanın inkişafı layihələrinə kapital yatırmaqla bağlı mövqeyini açıqlamaqla sanki bu arzu və istəkləri Kremlin gözündə qoymağı planlaşdırdığını bəyan edir.

Türkiyəyə gəlincə, məlum olduğu kimi, Ankara NATO-nun da istəyi ilə Əfqanıstanı öz himayəsinə götürməyi planlaşdırır. “Taliban”ın bu istəyə qarşı çıxmasına baxmayaraq, dünya ilə inteqrasiya zərurəti, habelə bu təşkilatın sponsoru və yaradıcısı olan dövlətlər (Qətər və Pakistan) Ankara ilə strateji müttəfiq sayılırlar. Üstəlik, Böyük Britaniya da dönüşüm prosesi keçirəcəyi təqdirdə “Taliban”la əməkdaşlıq edəcəyini açıq şəkildə bildirdi. Yəqin ki, bu həvəsləndirmələr “Taliban”ı da ipə-sapa yatıracaq.

Rəsmi Ankaranın açıq şəkildə “Asiyanın ürəyi” adlandırdığı Əfqanıstana “Türkistanın qapısı” kimi baxması, hətta ölkənin şimal hissəsini Qərbi Türkistan coğrafiyasına aid etməsi gələcək geosiyasi layihəsinin xəbərçisidir. Türkiyə Əfqanıstandan başlayaraq, Xəzər dənizinin şərqinə qədər Orta Asiya ərazilərində Türkistan birliyi quraraq bu əraziləri Azərbaycan vasitəsilə özünə və Qərbə inteqrasiya etməyə çalışır. Prinsipcə, Rusiya ilə Çin arasında keçilməz Türk səddi yaratmaq yeni super ittifaqların qarşısını almağın da ən qısa yoludur. Təklif olunan bu layihənin alternativi “islah olunmamış Taliban” gerçəyidir ki, bu da Orta Asiyada etnik, dini qarşıdurmaların yaşanmasıdır. Nəticədə sülh baryeri qarşıdurma baryerinə çevrilər və yenə Çinlə Rusiya arasında əlaqələr kəsilər. Üstəlik, qarşıdurma xəttində Çinin “Bir Kəmər, Bir Yol” layihəsi də işlərliyini itirər. Bu vəziyyətdə Pekin üçün ən optimal yol iki fürsətdən birini əlində tutmaqdır.

Yeni layihədə əslində Rusiyanın da maraqları nəzərə alınıb. İqtisadiyyatı neft və qaz ehtiyatlarını satmaqla baş girləməkdən ibarət olan Rusiyaya ən yaxşı halda Avropa ilə iqtisadi əməkdaşlığı sürdürmək fürsəti tanınıb. NATO-nun son liderlər zirvəsindən əvvəl ABŞ-ın “Şimal axını-2” layihəsinə tətbiq etdiyi sanksiyaların ləğvi, sammitdən sonra isə Co Baydenlə Rusiya prezidenti Vladimir Putinin görüşü və hər iki liderin görüşdən məmnuniyyətlə ayrılması da bunu təsdiqləyib. Görünən budur ki, başda ABŞ olmaqla Qərb dünyanın geosiyasi balansını pozmağa iddiali olan və yeni super güc kimi ortaya çıxmağı planlaşdıran iki Şərq nəhəngini fərqli maraq dairələrinə çəkərək ayırır. Həmin maraq dairələrinə gedən yollara nəzarətini isə daha etibarlı qüvvələrə tapşırır. Rusiyanın boğazı Avropa ölkələrinə, Çinin boğazı isə formalaşmaqda olan Turan Birliyinə.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08
Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00
Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49
"Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48
Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43
Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40
Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37
Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25
Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12
Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06
Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04
Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru