MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır .....                     Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI .....                     Separatçıların azad olunması... .....                     Legitimliyini itirmək yolunda növbəti addım .....                     ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə .....                     Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI .....                     Aliment davaları böyüyür: Çıxış yolu tapılmır .....                     İki nişanın yanaşı olması sizi çaşdırmasın .....                     Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq .....                     Deputatdan AXCP-dəki istefaya REAKSİYA .....                     “Türkiyə bilir ki, bu savaş olacaq...” .....                     "Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?" .....                     Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq .....                     Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib .....                     Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək .....                     Gürcüstanda seçkilər: müharibə üzərində qələbə .....                     ABŞ-ı iflas gözləyir .....                     2025-ci ildə dünyanın sonu olacaq: .....                     Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. .....                     Nikol dayanmır: 5 saata 100 km yol sürdü .....                     Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib .....                     Mehdiyevlə yanaşı Həbibbəyli də .....                     Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur .....                     İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib .....                     "FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." .....                     Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... .....                     “Xain deputatlar”ın lənətlənməsi .....                     Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                 

ABŞ - Rusiya gərginliyi yeni mərhələdə: - Kremlə son xəbərdarlıq edildi
Tarix: 3-12-2021, 15:27 | Çap et
ABŞ - Rusiya gərginliyi yeni mərhələdə:
ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Rusiyaya qarşı vaxtilə çəkindiyi addımları atacağını deyib. O bildirib ki, bu addımlar Rusiyanı iqtisadi cəhətdən tamamilə çökdürə bilər: “Bu iqtisadi sferada fövqəladə təsir gücünə malik bir sıra addımlardan ibarət olacaq”.

ABŞ Xarici Siyasət İdarəsinin rəhbəri Moskvaya təkliflərini də çatdırıb. O əlavə edib ki, yalnız Ukraynaya qarşı təxribatçı hərəkətlərinə son qoymaqla Rusiya bundan yayına bilər.

Bu arada Pentaqon rəhbəri Lloyd Ostin də Rusiyanı “Ukrayna sərhədləri boyu temperaturu aşağı salmağa” çağırıb. Onun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhəd boyu əhəmiyyətli sayda hərbi qüvvə cəmləşdirib və Qərb bundan ciddi narahatdır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Cozef Borrel isə bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı istənilən hərbi təcavüzü Brüsselin güclü reaksiyası ilə qarşılaşacaq.

Göründüyü kimi, Rusiya və Qərb arasında münasibətlər yenidən gərginləşib. Artıq bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və Qərb dairələri Moskvanı açıq şəkildə hədələməkdən belə çəkinmirlər.

Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında bildirib ki, təkcə ABŞ yox, bütövlükdə Qərb dairələri Rusiyaya qarşı təzyiqləri artırıb: “Uzun müddətdir ki, bununla bağlı Moskvaya xəbərdarlıqlar edilir. Açıq şəkildə bildirirlər ki, Rusiya Ukraynaya qarşı siyasətinə son qoymalıdır. Bu məqsədlə müxtəlif sanskiyalar da tətbiq edilib. Lakin göründüyü kimi, Kreml bu məsələdə geri addım atmır. Hesab edirəm ki, Ukrayna məsələsi həm Rusiya, həm də Qərb üçün strateji əhəmiyyətə malikdir”.

“ABŞ və Avropa İttifaqı rəsmilərinin son bəyanatları Moskvaya təzyiq məqsədi güdür. Onlar Moskvaya xatırladırlar ki, bu siyasət onu iqtisadi baxımdan tamamilə çökdürə bilər. Yəqin ki, Rusiya Ukraynaya qarşı siyasətini yumşaltmasa, münasibətlər daha gərgin xarakter alacaq. Hətta bu məqsədlə Qərb dairələrinin koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyi, daha ciddi təzyiq rıçaqlarını işə salacağı gözlənilir. Amma sözsüz ki, bu müharibəyə gətirib çıxarmayacaq. Hər iki tərəf məsuliyyətini və bunun doğuracağı mümkün fəsadlarını anlayırlar. Rusiyaya qarşı təzyiqlər iqtisadi xarakterli olacaq” – deputat deyir.

O əlavə edir ki, Rusiyanın iqtisadi imkanları çox aşağıdır: “Onların iqtisadi baxımdan Qərblə əməkdaşlıq etməkdən başqa yolu qalmayıb. Əks halda, rus iqtisadiyyatı daha sarsıdıcı zərbələr ala bilər. Eyni zamanda, Moskva siyasi təşəbbüsü də əldən vermək istəmir. Onun müəyyən güzəştlərə gedəcəyi gözləniləndir. Ancaq öz siyasətindən imtina etməsi, Ukraynaya və postsovet məkanına münasibətini dəyişməsi isə qətiyyən inandırıcı deyil. Hər halda hadisələrin gedişatı müsbət nələrsə vəd etmir”.

“Bütün hallarda baş verənlər region dövlətlərində, o cümlədən Azərbaycanda da maraqla izlənilir. İndidən hər hansı qəti fikir bildirmək və mülahizə yürütmək mümkün olmasa da, ABŞ-Rusiya münasibətlərində zidiyyətlərin dərinləşməsi bütün region ölkələri üçün təsirsiz ötüşməyəcək” – Mollazadə vurğulayır.

Politoloq Sülhəddin Əkbər AYNA-ya şərhində bildirib ki, Qərbin Rusiyaya qarşı təzyiqləri çox ağır ola bilər: “Bilirsiniz ki, ABŞ və Qərb Moskvaya qarşı sanksiyalar tətbiq edib. Lakin Kreml buna məhələ qoymayıb. İndiki məqamda Rusiyanın postsovet məkanında, xüsusən Ukrayna və Belarusda atdığı addımlar Qərb dairələrində ciddi narahatlıqla qarşılanır. Bununla bağlı Rusiyaya ciddi xəbərdarlıqlar edilir. ABŞ eyni zamanda, həm Rusiya, həm də Çinlə mübarizə aparır. Hadisələrin inkişafı çox sürətlə dəyişir və ortaya sürprizlər çıxa bilər”.

“Rusiya ABŞ və Qərbin xəbərdarlığına məhəl qoymasa, bu halda Moskvaya qarşı çox ciddi sanksiyalar ola bilər. Bunlar əsasən üç istiqamətdə baş verəcək. Bunlardan birincisi neft və qaz satışına embarqo qoyulması, ikincisi Rusiyanın banklararası beynəlxalq ödəmə sistemi olan – Swift-dən çıxarılması və Kremlin rəhbərliyinə daxil olan məmurların 1 (bir) trilyon ABŞ dolları məbləğində bank hesablarının dondurulması daxildir. Bu o deməkdir ki, Rusiya iqtisadiyyatı tamamilə çökəcək. İqtisadiyyatı tamamilə çökmüş dövlətin siyasi proseslərə müdaxiləsi isə nəticəsiz qalacaq” – politoloq söyləyir.

Onun sözlərinə görə, Putin Qərbdən təminat almaq istəyir: “Amma bu təminatı ona verməyəcəklər. Təminat odur ki, NATO Rusiyanın sərhədləri yaxınlığına irəliləməli, Ukrayna və Gürcüstanın bu quruma üzvlüyünün baş tutmamasıdır” – Əkbər fikrini yekunlaşdırır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır - AÇIQLAMA
Bu gün, 19:05
Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI - BUNDAN SONRA...
Bu gün, 19:00
Separatçıların azad olunması... - Bu axmaq ideyanı kim gündəmə gətirir?
Bu gün, 18:00
Legitimliyini itirmək yolunda növbəti addım - Görünəni odur ki...
Bu gün, 17:52
ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə AÇIQLAMA
Bu gün, 17:50
Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI - FAKT BUDUR!
Bu gün, 17:43
Aliment davaları böyüyür: Çıxış yolu tapılmır - NƏ ETMƏLİ?
Bu gün, 17:40
İki nişanın yanaşı olması sizi çaşdırmasın – 60 manat cərimə oluna bilərsiz
Bu gün, 17:38
Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq - ŞƏRH
Bu gün, 17:32
Deputatdan AXCP-dəki istefaya REAKSİYA - “Fərqli düşüncələrə yol verilmir”
Bu gün, 17:30
“Türkiyə bilir ki, bu savaş olacaq...” - Orta Doğu ilə bağlı qorxulu planlar...
Bu gün, 17:26
"Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?"
Bu gün, 17:23
Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq – Duqin
Bu gün, 17:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Bu gün, 15:26
Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Bu gün, 15:14
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Bu gün, 14:53
ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Bu gün, 14:48
2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Bu gün, 14:43
Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Bu gün, 14:37
Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Bu gün, 14:31
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Bu gün, 14:28
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Bu gün, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Bu gün, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Bu gün, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Bu gün, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Bu gün, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Bu gün, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Bu gün, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Bu gün, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Bu gün, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Bu gün, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Bu gün, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Bu gün, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Bu gün, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru