Ukrayna müharibəsi iqtisadi müstəvidə: Qərb Rusiyanın şah damarını kəsir - GƏLİŞMƏ
Tarix: 10-03-2022, 08:16 | Çap et
ABŞ Rusiyadan neft, qaz və kömür idxal etməkdən imtina edib. İlin sonuna qədər Böyük Britaniya da Rusiya neftindən imtina edəcək. Avropa İttifaqı (Aİ) hələlik belə bir qadağa tətbiq etmək niyyətində deyil, lakin Rusiyadan asılılığını azaltmağa hazırlaşır. İqtisadçılar hesab edirlər ki, bu, ağrılı olsa da, lakin Rusiya idxalına və iqtisadiyyatına dəyəcək ən ciddi zərbə deyil.
Rusiyaya qarşı sanksiyaların sayı 5356-ya çatıb, onlardan 2778-i yenidir, bu barədə iqtisadçı alim Qubad İbadoğlu məlumat paylaşıb. Onun sözlərinə görə, sanksiyalar öz əhatə dairəsinə görə misilsizdir: “Nüvə proqramına görə son on ildə 3616 məhdudiyyətlə üzləşmiş İrandan, Suriya, Şimali Koreya, Venesuela, Myanma və Kubadan daha böyükdür”.
Həftənin əvvəlində ABŞ Prezidenti Co Bayden Rusiya nefti, qazı və kömürünün ölkəyə idxalını tamamilə qadağan edən fərman imzalayıb. Amerikalıların fikrincə, bu, Prezident Vladimir Putini Ukraynada hərbi əməliyyatları davam etdirmək üçün iqtisadi resurslardan məhrum etməlidir. Ağ Evin bəyanatında qeyd olunur ki, bu qərar müttəfiqlərlə, yəni ilk növbədə Avropa ölkələri ilə məsləhətləşmələrdən sonra verilib.
ABŞ-ın ardınca Böyük Britaniya da idxal qadağasına əməl edib. Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsinin 2022-ci ilin sonuna qədər Rusiyadan neft idxalını dayandıracağını açıqlayıb.
Cümə axşamı Fransada keçiriləcək Aİ-27 liderlərinin sammitində neft və qaz embarqosu məsələsinə baxacaq. Hələlik, Aİ-nin ən sıx məskunlaşan və ən böyük iqtisadiyyatı olan Almaniyanın buna qarşı çıxdığı üçün embarqo qərarı çətin görünür. Buna baxmayaraq, Aİ ilin sonuna qədər Rusiyadan asılılığını üçdə ikiyə qədər azaltmaq niyyətində olduğunu bildirir, baxmayaraq ki, bunu etmək çətin olacaq.
Bu fonda Avropada təbii qaz, neft və metalların qiymətləri yeni zirvəyə çatıb. “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 2,06% artaraq 130,62 dollar/barel, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti 1,63% artaraq 125,72 dollar olub. Rusiya Federasiyasına qarşı sanksiyalara görə neft tədarükündə fasilələrlə bağlı narahatlıqlar 2008-ci ildən bəri neft qiymətlərini maksimum səviyyədə dəstəkləyir. Rusiya dünyanın ən böyük neft istehsalçılarından biridir. Avropada qaz qiymətləri min kubmetr üçün 3,3 min dolları keçdikdən sonra ticarət sessiyasının sonuna yaxın min dollar itirib.
Maliyyə analitiki Vitali Kaluginin fikrincə, artan enerji qiymətləri mövzunu bilməyənlər arasında sevinc hissi doğurur: ““Vau!” deyə qışqırırlar, 1000 m3 qaz üçün 2200 dollar. Heyrət! Vau! Neft 140 dollardır. 2008-ci ildən bəri ilk dəfə! Eyni zamanda, 14 il ərzində yığılmış inflyasiyanı heç kim qeyd etmir. Ən acınacaqlısı isə odur ki, sadə riyaziyyatı heç kim bilmir. Ancaq bir barel üçün 140 dollar burada və indiyə olan qiymətdir və ildə 250-dən bir qədər çox ticarət sessiyası keçirilir”.
“Cari kotirovkaya deyil, ən azı 250 günlük ortalamanın dinamikasına baxmalısınız. Bu dinamika, əlbəttə ki, artır, lakin daha yavaş. Və ilin qalan hissəsində çox şey baş verə bilər. Ona görə də isteriyanı dayandırmağı təklif edirəm. İqtisadiyyatın davamlı bir proses olduğunu və birja kotirovkasının ani olduğunu başa düşmək lazımdır. O cümlədən onları çox diqqətlə bir-bir ilə əlaqələndirmək lazımdır”, - deyə mütəxəssis bildirib.
Son hadisələrdə Azərbaycan neftinin qiyməti az qala 136 dollara çatıb. Dünya bazarında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 135,99 dollara satılır (martın 8-nə - 128,71 dollar). “Azeri Light” markalı neftin minimum qiyməti 21 aprel 2020-ci ildə (15,81 dollar), maksimal qiyməti 2008-ci ilin iyulunda (149,66 dollar) olub. DİA.AZ xəbər verir ki, Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov AYNA-ya açıqlamasında bu qiymət artımının gözlənilən olduğunu deyib: “Rusiya ABŞ və Səudiyyə Ərəbistanından sonra dünyada üçüncü ən böyük neft istehsalçısıdır. Rusiya Federasiyası dünya bazarına gündə 5 milyon barel neft ixrac edir. Rusiya neftindən imtina etmək qərarı ABŞ üçün çətin olmadı, çünki ABŞ-ın neft idxalında Rusiyanın payı cəmi 3% təşkil edir. Eyni zamanda, Rusiyanın enerji ixracının 50 faizi Avropanın payına düşür. Ona görə də Avropanın Rusiyadan gələn neft kəmərlərini bağlaması üçün vaxt lazımdır”.
Həmsöhbətimiz hazırkı vəziyyətdə ABŞ-ın neft hasilatını artıra biləcək OPEC-ə və xüsusən də Səudiyyə Ərəbistanına ümid bəslədiyini düşünür: “Qərb tez bir zamanda Rusiya neftinə alternativ tapmağa çalışır. Buna cavab olaraq Rusiya Avropaya qaz nəqlini dayandıra bilər. Rusiya Federasiyasının Avropa qaz idxalında payı hələ də 40 faizdir. İstənilən halda, qlobal iqtisadiyyat yeni dövrə qədəm qoyduğu üçün bu həftə fond bazarı ciddi dəyişikliklərə doğru gedir”.
Rusiya ilə iqtisadi müharibənin ən ağır yükünü məhz Avropa çəkir. Martın 3-də isə Beynəlxalq Enerji Agentliyi Avropa İttifaqına Rusiya qazından asılılığın azaldılması planını təklif edib. İl ərzində idxalı 50 milyard kubmetrdən çox azaltmaq, o cümlədən alternativ mənbələrin axtarışı, AES-dən maksimum istifadə və alternativ enerji üzrə tariflər hesabına mümkündür.
Rusiyanın özü belə, proqnozlara şübhə ilə yanaşır. Məsələn, bu ölkənin Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkovun sözlərinə görə, hamı yaxşı başa düşür ki, Avropa Rusiya qazından ağrısız imtina edə bilməz: “Yəni bu, Avropanın ən ağır iqtisadi böhranı olacaq. İstilik mövsümü bu anda davam edərsə, kimsə istiliksiz qalacaq, qalan vaxt isə elektriksiz qalacaq”.
Analitiklərin fikrincə, dünyada artıq qaz həcmi yoxdur. Rusiya qazının Avropa istiqamətində idxalını əvəz etmək üçün (keçən il 150 milyard kubmetr) belə həcmləri haradansa əldə etmək lazımdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
|