PUTİN KADIROVU NİYƏ İRƏLİ VERİB? – “Üç məkrli səbəb var...”
Tarix: 18-03-2022, 12:31 | Çap et
“Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə dalana dirənib. Bu barədə təkcə Ağ Evin sözçüsü Jen Psaki, ABŞ, İsrail və Avropa hərbi ekspertləri deyil, həm də Şərqi Ukraynadakı separatizmin memarlarından olan keçmiş FSB polkovniki İqor Strelkov deyir. Bütün ekspertlər hərbi uğursuzluğun əsas səbəbləri kimi ordu hissələrinin sayca yetərincə olmamasını, döyüş taktikasının yanlış seçilməsini və Ukrayna ordusunun düzgün dəyərləndirilməməsini göstərirlər”. DİA.AZ “AzPolitika.info”ya istinadla xəbər verir ki, bu fikirləri politoloq Ərəstun Oruclu Ukraynada hazırkı vəziyyəti şərh edərkən deyib.
O, hərbi ekspertlərə istinadla qeyd edir ki, müharibə artıq üzücü mövqe döyüşlərinə keçib. “İrəliləmənin mümkün olmaması səbəbindən qəzəblənən Rusiya ordu komandanlığı hava məkanındakı üstünlükdən istifadə edərək Ukraynanın şəhərlərinə dağıdıcı raket-bomba zərbələri endirmək yolunu tutub”, - politoloq vurğulayıb. Onun sözlərinə görə, bununla Rusiyanın siyasi və hərbi rəhbərliyi özü üçün gələcəkdə hərbi cinayətlərə dair tribunala yol açmaqdadır.
Ərəstun Oruclu Ukrayna cəbhəsində baş verənlərdə qeyri-adiliyi ilə diqqət çəkən bir sıra məqamlara nəzər salır. Ekspert qeyd edir ki, bunların arasında ən qeyri-adisi isə Ukraynaya qarşı aparılan işğalçı müharibədə Çeçenistan rəhbəri Ramzan Kadırovun dəstəsinin özəl yer almasıdır. Onun sözlərinə görə, bu mənada baş verənləri hər hansı normal dövlətdə təsəvvür etmək belə mümkün deyil: “Prezident Putin Çeçenistan rəhbəri ilə olan telefon danışığı zamanı rəsmi məlumatda deyildiyi kimi, Kadırova Ukraynadakı çeçen ordusunun hərbçilərinə onun salamını çatdırmağı tövsiyə edir. Putinin Kadırovla telefonla danışdığını təsdiqləyən Kreml sözçüsü Dmitri Peskov bildirir ki, hərbi vəziyyətlə bağlı onun açıqlama verməsi düzgün olmaz. Ardınca Peskov "hərbi əməliyyatlar haqda məlumat vermək Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir" deyərək, hərbi əməliyyatların gedişi ilə bağlı həmin nazirliyə və Kadırova müraciət etməyi məsləhət bilib. Burdan belə anlamaq olur ki, Kadırovun "ordu" adlandırılan dəstəsi işğalçı müharibədə müstəqil qurum kimi iştirak edir. Belə bir durumun isə iki səbəbi ola bilər:
- Ordu rəhbərliyinə güvənməyən Putin hərbi əməliyyatlara "etibarlı əsgəri" olan Kadırovu qoşub;
- Ramzan Kadırov faktorunu qabartmaqla Putin daxildəki opponentlərinə müvafiq mesajlar vermək istəyir”.
Ə.Oruclu qeyd edir ki, birinci səbəb tam istisna olunur, çünki nə Kadırov hərbçidir, nə də onun Ukraynaya göndərdiyi qoçu dəstələri ordu statusuna iddia edə bilməz: “Hətta bu dəstənin iddia olunduğu kimi 10 min çeçen "döyüşçüsündən" ibarət olduğunu qəbul etsək də o, Ukraynanın işğalına cəlb olunmuş 200 minlik Rusiya ordusu ilə heç bir müqayisəyə gedə bilməz. Deməli, söhbət daha çox ikinci səbəbdən gedə bilər ki, bu da daha inandırıcı görünür. Uzun illərdir Kadırovun "çeçen ordusunun" Putinin şəxsi cəza dəstəsi kimi fəaliyyət göstərməsi heç kəsdən sirr deyil. Buna əyani sbutlar də yetərincədir. Elə Anna Politkovskaya, Boris Nemtsov kimi simaların və bir çox digər ictimai-siyasi fəalların açılmayan qətlinin arxasından "çeçen izinin" çıxması kifayət edir”.
Politoloq vurğulayır ki, buna işarə edən başqa bir məqam da kadırovçuların Rusiya paytaxtındakı ən yaxşı halda sərbəst adlandırıla biləcək davranışıdır. “Buna isə imkan yaradan yalnız Putinin özü ola bilər”, o qeyd edir.
Ərəstun Oruclu inanır ki, Ukraynaya qarşı işğalçı müharibənin yaratdığı ağır fəsadlar isə onsuz da dayanıqlı olmayan Kreml ierarxiyasında dərin çatlar, bəlkə də parçalanmalar yaradıb: “Belə olduqda da Putinin hakimiyyətdaxili opponentlərini Kadırovla təhdid etməsi daha inandırıcı görünür. Hər bir halda bu, "sərkərdə Kadırov" versiyasından daha inandırıcıdır. Amma Putinin hakimiyyətin daxilindəki rəqiblərinin də sadəlövh olmadığını nəzərə aldıqda 3 gün əvvəl baş tutmuş bir görüş də diqqət çəkməyə bilməz. Söhbət Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Çeçenistana olan səfərindən və orada Ramzan Kadırovla keçirdiyi görüşdən gedir. Rəsmi məlumatda Patruşevlə Kadırovun görüşündə Çeçenistan ərazisində dövlət və ictimai təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilsə də, başqa və daha konkret mövzularda müzakirələr olduğu istisna deyil. Bunlardan biri yuxarıda qeyd olunduğu kimi, çeçen cəza dəstələrinin hansısa siyai zorakılıq əməllərində iştirakı ola bilər. Digər inandırıcı versiya "Çeçen ordusunun" Rusiyanın Azərbaycan və Gürcüstan kimi cənub qonşularına qarşı təzyiq vasitəsi kimi istifadəsi ola bilər”.
Ə.Oruclu deyir ki, bu mənada da kadırovçuların onlara heç bir ehtiyac olmadığı halda Ukrayna cəbhəsinə cəlb olunması təsadüfi görünmür, çünki belə missiyanı yerinə yetirmək üçün cəza dəstələri az da olsa real savaş şəraitində döyüş təcrübəsi toplamalıdır: “Nəhayət, üçüncü mümkün ehtimal da Rusiyadakı qarşıdan gələn hakimiyyət böhranı zamanı Şimali Qafqaz bölgəsində sabitliyin təmin olunması missiyasını Kadırovun və onun "ordusunun" üzərinə qoyulmasıdır. Bu 3 ehtimalın üçünün də üzə çxardığı ümumi bir səbəb var ki, bu da qarşıdan gələn yaxın dövrlərdə Rusiyada ictimai-sabitliyin pozula biləcəyi və siyasi böhranın yaranacağıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
|