“Şimal ayısı” pəncəsini yalayır: geri çəkilmə, yoxsa aldadıcı manevr... - GƏLİŞMƏ
Tarix: 29-03-2022, 15:31 | Çap et
Rusiya Baş Qərargah rəisinin müavini Sergey Rudskoy ölkəsinin hədəfi dəyişdirdiyini, bundan sonra Ukrayna deyil, Donbassın “müstəqilliyi” uğrunda mübarizə aparacaqlarını bəyan edib. Onun sözlərinə görə, paytaxt Kiyev və digər şəhərlərin hədəfə alınması Ukrayna ordusunun diqqətini yayındırmaq strategiyasının bir hissəsidir: “Əməliyyatın birinci mərhələsi artıq başa çatdı. Ukrayna ordusunun gücü əhəmiyyətli dərəcədə azaldıldı və bundan sonra bizim əsas məqsədimiz Donbassın tam müstəqilliyinə nail olmaqdır”.
Beynəlxalq analitiklər Rusiya ordusunun zəifləməsi və Ukraynaya qarşı hərbi təcavüzü davam etdirməyə gücünün yetməməsi səbəbindən belə bir qərarın verildiyini deyirlər. Ekspertlərin fikrincə, beynəlxalq sanksiyalar fonunda hərbi xərclərin artması Kremli buna təhrik edir. Əks qənaətdə olanlar isə Moskvanın bu yolla diqqəti yayındırmağa, növbəti hücumlara hazırlaşmaq üçün vaxt qazanmağa çalışdığını söyləyirlər. dia-az.life-ın məlumatına görə, Milli Məclisin sabiq üzvü, politoloq İkram İsrafil AYNA-ya açıqlamasında deyib ki, Rudskoy əməliyyatın uğurla davam etdiyini desə də, əslində bu, qətiyyən belə deyil: “Rusiyanın Ukraynaya qarşı təcavüzünün doğurduğu nəticələrə qiymət vermək üçün müharibənin başlanğıc nöqtəsinə qayıtmaq lazımdır. 2021-ci ilin yekununda ABŞ Prezidenti Co Bayden bəyan etdi ki, 2022-ci il dünyada köklü dəyişikliklər ili olacaq və Rusiyaya qarşı müqavimət güclənəcək. Lakin il başlayan kimi Qazaxıstanda baş verən kütləvi etirazlar Rusiyanın iştirakı ilə yatırıldı. Bundan sonra belə bir təəssürat yarandı ki, postsovet məkanı Moskvanın nəzarətindədir və heç bir qüvvə regiona təsir göstərə bilməz”.
“ABŞ və Avropa rəsmilərinin Rusiyanın Ukraynaya hücum edəcəyi və bu müharibədə iştirak etməyəcəkləri barədə xəbərdarlıqları Moskvada özünə əminlik yaratdı. Kreml düşünürdü ki, Qazaxıstanda olduğu kimi, Ukraynada da bir neçə günün içərisində hakimiyyət dəyişikliyinə nail olacaq və kiçik sanksiyalarla Qərbin təzyiqlərindən yayına biləcəklər. Hətta bəzi Ukrayna şəhərlərində gül-çiçəklə qarşılanacaqları barədə xəyalları da var idi. Nəticədə isə Rusiya tələyə düşdü”, - deyə analitik bildirib.
Keçmiş deputatın sözlərinə görə, Putin və komandası anlayır ki, Rusiya çöküş ərəfəsindədir: “Düzdür, bunu etiraf etmirlər. Lakin etiraf etməsələr də, bir neçə ay sonra hansı “sürprizlərin” baş verəcəyini anlayırlar. Dəqiq bilirlər ki, dünyadan təcrid olunan rus iqtisadiyyatını qarşıda ağır və fəlakətli günlər gözləyir. Bu sosial-iqtisadi problemlər kütləvi etirazları şərtləndirəcək və Rusiya cəmiyyəti oyanacaq. Bu oyanışdan sonra isə daxildə Putinə qarşı izdihamlı etirazlar baş qaldıracaq. Rusiya Prezidenti bunu bilir və xilas yolları axtarır”.
“Putin bu gün iki seçim qarşısındadır: Ya Ukraynaya qarşı təcavüzü dayandırmalı, ya da irəli getməlidir. Birinci halda hesabat verməli olacaq, ikinci halda isə ölkəsini iqtisadi bataqlıqdan xilas edə bilməyəcək. Ukraynaya qarşı əməliyyatın birinci mərhələsinin başa çatdığına dair Sergey Rudskoyun açıqlaması blefdir. Bu, əslində məğlubiyyətin etirafıdır. Lakin unutmaq lazım deyil ki, Rusiya imperialist maraqlarından da əl çəkəsi deyil. Yəqin ki, Moskva bu məğlubiyyətini kompensasiya etmək üçün digər münaqişə ocaqları yaradacaq. Bu baxımdan postsovet dövlətləri, o cümlədən Azərbaycan maksimum təmkin nümayiş etdirməli, Rusiyanın heç bir təxribatına uymamalıdır”, - deyə İsrafil vurğulayıb.
Politoloq Mütəllim Rəhimli isə fərqli düşünür. O, AYNA-ya söyləyib ki, ABŞ və Qərb Yaxın Şərq böhranını postsovet məkanına inteqrasiya etməyə çalışır: “Hesab etmirəm ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Putin iqtidarının devrilməsi ilə nəticələnəcək. Tarixə ekskurs etsək, görərik ki, indiyə qədər heç bir ölkədə sanksiyalarla hakimiyyəti və ya sistemi dəyişmək mümkün olmayıb. Bu, nə İranda, nə Venesuelada, nə də Belarusda mümkün olub. Düzdür, iddia oluna bilər ki, bu sanksiyalar daha ciddidir və tarixdə ilk dəfədir baş verir. Lakin bir məqam da var ki, Rusiya da kifayət qədər güclü dövlətdir”.
“Təsəvvür edin ki, bir aydır Rusiyaya qarşı sərt beynəlxalq sanksiyalar tətbiq olunur, ancaq şimal qonşumuzda ciddi devalvasiya müşahidə olunmur. Təbii ki, müəyyən sosial-iqtisadi problemlər yaşanacaq, amma bu, Putin iqtidarının devrilməsi ilə nəticələnməyəcək. Əksinə, baş verənlər Putinin Rusiya daxilində mövqeyini daha da gücləndirəcək”, - deyə həmsöhbətimiz qeyd edib.
Onun fikrincə, bu münaqişə hələ uzun müddət davam edəcək və bundan ən çox ziyan çəkən Ukrayna olacaq: “Qərbin əsas ümidi odur ki, bu sanksiyalar Rusiyada kütləvi etirazlara və Putinin devrilməsinə səbəb olacaq. Lakin biz nəyin şahidi oluruq? Rusiyada keçirilən son sosioloji sorğular zamanı məlum oldu ki, rusların 71 faizi Putinə dəstək verir. Çox təəssüf ki, əksər hallarda bizə təqdim olunan informasiyanın təsiri altında mühakimələr yürüdürdük. İnformasiya məkanı əsas etibarilə Qərbin nəzarətində olduğu üçün beynəlxalq ictimaiyyətə sızan məlumatlar bir çox hallarda reallığı əks etdirmir. Hazırda Rusiyada ciddi etirazların olacağı deyilsə də, əksinə, bir müddət sonra Ukraynada kəskin etirazlar baş qaldıracaq. Əhali Zelenskidən və Ukrayna rəhbərliyindən tələb edəcək ki, müharibəni dayandırsın. Çünki heç bir ölkə uzun müddət müharibə şəraitində yaşamaq istəməz”.
Rəhimli hesab edir ki, Qərbin əsas məqsədi Rusiya amilindən istifadə edərək, Avropaya təzyiq göstərməkdir: “Son dövrlər Avropanın özündə ABŞ-a qarşı dərin etimadsızlıq hökm sürür. Bu isə Amerikaya yaxşı heç nə vəd etmir. Vaşinqton Ukrayna amilini ortaya atmaqla Avropanı nəzarətə almaq istəyir. Bu münaqişə uzun müddət davam edəcək və nəticə etibarilə Rusiyanı çökdürməyəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|