“Moskva aydınlaşdıra bilmir ki, bu proses harada dayanacaq” - İNCƏLƏMƏ...
Tarix: 28-04-2022, 08:26 | Çap et
Ukrayna ordusu son 2-3 gündə Rusiya ərazisindəki strateji məntəqələrə zərbələri intensivləşdirib. “Yeni Müsavat” xəbər verir ki, Bryansk şəhəri yaxınlığında yerləşən yanacaq anbarına zərbənin ardınca Belqorod şəhəri və Voronej vilayətləri ərazisindəki silah anbarlarına zərbə endirilib. Ukrayna ordusunun Rusiya ərazisindəki anbarlara PUA-lardan istifadə edərək zərbələr endirdiyi bildirilir. Belqorod vilayətinin Köhnə Nelidovka kəndindəkı sursat anbarında partlayış haqda qubernator Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.
Putinin keçmiş dostu və milyarder Sergey Puqaçov proqnoz edib ki, Rusiyanın Ukraynaya tammiqyaslı soxulmasına görə bundan sonra hadisələr necə inkişaf edə bilər. O, Ukrayna Silahlı Qüvvələrinin Moskvaya qədər getməsi variantını belə istisna etmir, amma bu halda Rusiya prezidenti nüvə santajına əl atacaq. Bu barədə Puqaçov ukraynalı jurnalist Alesya Batsmana müsahibəsində danışıb. Onun sözlərinə görə, birinci variant - “sülhə məcbur etmədir”. Başqa sözlə, Ukrayna və Rusiya prezidentlərini Qərb sülhə və Kiyevin ərazi güzəştlərini nəzərdə tutan hansısa müqavilə imzalamağa məcbur edəcək. Batsman o saat cavab verib ki, “Zelenski onu imzalamayacaq”. İkinci variant, Puqaçov davam edib - Ukrayna ordusunun kompromissiz qələbəsi.
Bu arada, Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 22 400 hərbçisi zərərsizləşdirilib. Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin nümayəndəsi Sergey Raxmanin deyib ki, Rusiya qoşunları Donbasdakı hücumdan sonra gücünü qoruya bilsə, iyun-iyul aylarında hərbi əməliyyatların yeni mərhələsinə başlaya bilər.
Raxmanin bildirib ki, mayda ruslar Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmağa çalışacaqlar: “Ümid edirəm ki, Ukrayna Silahlı Qüvvələri onlara bunu etməyə imkan verməyəcək. Bundan sonra onlar cənubda fəallaşmağı, Xerson vilayətinin sərhədinə getməyi, qondarma ”xerson xalq respublikası"nı elan etməyi planlaşdırırlar. Rusların Dnestryanıya çıxmaq üçün Zaporojye, Odessa və Nikolayevə doğru hərəkət etmək planları da var". Ukrayna müharibəsindən sonra dünya siyasətində nələr dəyişəcək? ABŞ Ukraynanı bütöv halda saxlaya biləcəkmi, yoxsa parçalanmış bir ölkənin mövcudluğuna göz yumacaq?
Bundan əlavə, Rusiyanın “Qazprom” dövlət şirkətinin Polşa və Bolqarıstana təbii qaz ixracını tam dayandırmaq barədə açıqlaması Qərbdə böyük həyəcan doğurub. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen twitter səhifəsində bildirib ki, bu şantajdan başqa bir şey deyil: “Biz bu ssenariyə hazır idik. Biz Avropa İttifaqının əlaqələndirilmiş cavabının planını cızırıq. Bizim birlikdə olduğumuzdan və ziyan çəkmiş üzv ölkələrlə həmrəyliyimizdən avropalılar arxayın ola bilərlər. Bu gün ”Qazprom" Polşa və Bolqarıstana təbii qazın ixracını bütövlükdə dayandırdıqlarını bildirmişdi. Səbəb kimi həmin ölkələrin ödənişi Rusiya rublu ilə etmədikləri göstərilib".
Göründüyü kimi, tərəflər bir-birinə sıxma-boğmanı davam etdirir, adekvat təzyiq rıçaqlarını işə salırlar. O zaman Avropa və Amerikanın Rusiya ilə müharibəsi hara gedir və necə bitəcək?
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, BMT baş katibi Antonio Quterreşin Moskvada Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşü nəticəsiz qaldı: “BMT baş katibinin Kremldən iki xahişi var idi: Rusiya Ukraynada işğalçı müharibəni dayandırsın və Mariupoldan mülki insanların çıxarılmasına şərait yaradılsın. Kreml Antonio Quterreşin hər iki xahişini rədd etdi. BMT baş katibi Moskvadan əvvəl Ankarada Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla görüşüb Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı fikir mübadiləsi aparmışdı. Bu faktın özü BMT-nin Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçiliyinə verdiyi müsbət qiymətə dəlalət edir. Buna baxmayaraq, Kreml Ankaranın təşəbbüslərini qulaqardına vurmaqda davam edir. Misal üçün, Türkiyə rəsmiləri həftələrdir Kremlə təklif edirlər ki, Türkiyənin mülki gəmiləri Mariupol sakinlərini liman üzərindən təhlükəsiz yerə daşısın. Cavab yoxdur”.
Siyasi analitik Asif Nərimanlı isə deyir ki, Ukraynadan sonra Avropada yeni gərginlik cəbhəsinin açılması da mümkün ssenarilər arasındadır: “Bu, Donbasda olduğu kimi Dnestryanıda ”rusdilli əhaliyə qarşı qətliam" iddiası ilə Moldovaya da hücum ehtimalını önə çıxarır. Qərbin NATO üzvü olmayan Ukraynada müharibəyə birbaşa müdaxilə etməməsi ruslar üçün Moldovada da analoji imkan yaradır. Görünür, Rusiyada hesab edirlər ki, Moldovada mümkün toqquşmalar Qərbin diqqətini yayındıra, Ukraynaya verilən hərbi yardımlara mənfi təsir edə və ruslara maneənin azalmasına gətirib çıxara bilər".
Təhlilçi Şahin Cəfərlinin fikrincə, Rusiya Ukraynanın silahlandırılmasının tempindən və daxil olan silahların keyfiyyətindən ciddi şəkildə narahatdır: “Artıq bu mərhələdə gəlməkdə olan silah sistemləri (155 mm-lik M-777, M-109, AS-90, ”Caesar", “Panzerhaubitze” artilleriya qurğuları) Ukraynanın bu sahədə Rusiyadan üstünlüyünü təmin edəcək. NATO mərmiləri dəqiqliyinə və dağıdıcı gücünə görə rusiyalı analoqlarından üstündür. Hələ peykdən idarə olunan “Excalibur” mərmiləri var ki, bunlar hazırda dünyanın ən dəqiq artilleriya mərmiləri sayılır. Lakin Rusiyanı narahat edən başlıca məqam bu da deyil. Moskva özü üçün aydınlaşdıra bilmir ki, bu proses harada dayanacaq".
Ş.Cəfərlinin sözlərinə görə, tutaq ki, bu gün Ukraynaya taktiki dronlar verilirsə, sabah Moskvaya qədər uçub-qayıtmaq qabiliyyətində olan MQ-9 “Reaper” kəşfiyyat-zərbə dronları verilsə, nə olacaq: “Yaxud Rusiyanın Ukrayna ətrafındakı bütün aerodromlarını, hərbi hissələrini, silah-sursat və yanacaq anbarlarını, Sevastopoldakı Qara dəniz donanmasının qərargahını və limandakı hərbi gəmilərini dəqiqliklə vuracaq raketlərin Ukraynaya verilməyəcəyinə təminat varmı? ”Ukrayna bunu eləməz, birdən Putin əvəzində nüvə raketi atar" deyə düşünmək artıq keçərli və inandırıcı deyil. Bütün qırmızı xətlər aşılıb. Ukrayna üçün qorxu divarı yıxılıb..."
Siyasi ekspert Zaur Məmmədov hesab edir ki, Mariupolun tutulmasından sonra rus qoşunu digər istiqamətlərdə hücuma davam edir: “Təəssüf ki, dünya Avrasiyanın orta yerində baş verən müharibə qarşısında susqunluğunu nümayiş etdirir. Səsləndirilən bəyanatlar, atılan addımlar isə daha çox siyasi xarakter daşıyır”. Politoloq hesab edir ki, həyatını itirən də, yurd-yuvasından köç edən də sadə xalq olur: “Bu gün Ukrayna geosiyasi güclər arasında poliqona çevrilib. Əgər əvvəllər poliqon rolunu İraq, Əfqanıstan, Suriya oynayırdısa, bu dəfə hadisələr Ukraynada cərəyan edir. Bu da onu göstərir ki, xarici siyasət davranışında kifayət qədər ayıq olmaq, çevik hərəkət etmək lazımdır. Dünya liderlərinin əsas prinsipi vədlərə deyil, real işlərə inanmaq olmalıdır”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Dünən, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Dünən, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Dünən, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Dünən, 14:15 |
|
|
|
|