Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                 

Putinə qarşı Hitler “tələsi”: tarix təkrar olur - “ABŞ və Böyük Britaniya sona qədər dirəniş göstərəcək”
Tarix: 4-05-2022, 14:50 | Çap et
Putinə qarşı Hitler “tələsi”: tarix təkrar olur
ABŞ Konqresi “Lend-Liz” qanununu qəbul edib. Qanuna əsasən, ABŞ Prezidenti Konqresdən icazə almadan və hər hansı bürokratik əngəllə qarşılaşmadan Ukraynaya istənilən sayda, istənilən növ silah-sursat, eləcə də ərzaq, dərman, tibbi ləvazimatlar, nəqliyyat vasitələri və digər lazımi avadanlıqları çox operativ şəkildə göndərə biləcək.

Bu yardım müharibənin sonuna qədər sürəcək. “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı” iki həftə əvvəl Senatda yekdilliklə qəbul olunub və Nümayəndələr Palatasında 417 səslə təsdiqlənərək Prezidentin imzasına təqdim edilib. Qeyd edək ki, “Lend-Liz” ilk dəfə 81 il öncə qəbul edilib və məlumatlara görə, Hitler faşizminin məğlubiyyətində mühüm rol oynayıb.

Anlitiklərin fikrincə, sözügedən qanunun qəbulu Rusiyanın çöküşü üçün başlıca amillərdən birinə çevriləcək. Belə ki, Putinin çöküşü qaçılmazdır və bu qanunun qəbulundan sonra Putin yalnız bir müddət hakimiyyətini qoruya biləcək. DİA.AZ xəbər verir ki, AYNA mövzunu xaricdə yaşayan azərbaycanlı ekspertlərlə müzakirə edib.

ABŞ-da yaşayan Cənubi Azərbaycandan olan siyasi mühacir Əhməd Obalı:

“ABŞ, Böyük Britaniya ortaya kifayət qədər prinsipial mövqe qoyub və sona qədər dirəniş göstərəcəklər. Təsəvvür edin ki, hər gün Ukraynaya milyardlarla dollar yardım edilir. Bu, həm silah, həm də humanitar yardımlardır. Artıq bütün ölkələr də məcburdur ki, Rusiyaya qarşı sanksiyalara qoşulsunlar. Əks halda özləri müxtəlif təzyiqlərlə üzləşə bilərlər.

Braziliyanın Prezidenti bu günə qədər sanksiyalara qoşulmurdu, artıq o da qoşuldu. Moskvanın ən çox etibar etdiyi Hindistan belə, bu gün ona arxa çevirir. Çünki Rusiya zəifləyir və heç bir dövlət zəifin yanında yer alıb, özünü dünyadan təcrid etmək istəmir. Bunun əsas səbəbkarı da Putin və onun komandasıdır.

Ukrayna müstəqil dövlətdir və istənilən təşkilata üzv ola bilər. Kreml anlamadı ki, zorakı yollarla bunun qarşısını almağın, bütün postsovet ölkələrini təhdid etməyin bir sonu olacaq.

Təbii ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Rusiyaya qarşı addımları davam edəcək. Son qərar, yəni “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı” qanunu Kremlin süqutuna hesablanmış çox mühüm bir addımdır. Ola bilər ki, Putin Rusiyanın daxili imkanları hesabına bir müddət öz hakimiyyətini qoruya bilsin, lakin təcavüzkar siyasətindən əl çəkməsə, onun xilası mümkün olmayacaq”.

Böyük Britaniyada yaşayan tanınmış jurnalist Zülfüqar Rüfətoğlu:

“Bayden adminstrasiyasının Putinə münasibəti məlumdur. Elə bu səbəbdəndir ki, Rusiya və onun müttəfiqləri ABŞ-da keçirilən son prezident seçkilərində Trampın qələbəsinə çalışırdılar. Hələ seçkilərdən dərhal sonra Bayden Rusiyanı ABŞ-dakı seçkilərə müdaxilə etməkdə günahlandırdı. Onun ötən ilin sonunda bəyan etdiyi “2022-ci ildə dünyada daha heç nə əvvəlki kimi olmayacaq” bəyanatı da təsadüfi deyildi. Bu, aydın bir mesaj idi ki, Amerika müttəfiqləri ilə birlikdə Putinə qarşı sərt addımlar atacaq.

Düzdür, Ukraynaya təcavüzdən öncə Qərbin nisbətən yumşaq rəftarı Rusiyaya əminlik qazandırdı. Bu, həm də diplomatik bir gediş idi. Kremlin gözləntilərinin tam əksinə olaraq müharibənin qalibi Rusiya yox, Ukraynadır.

Bu gün artıq Putinin geriyə yolu qalmayıb. Çünki Kreml heç bir strateji və taktiki istəyinə nail olmayıb. Əksinə, ona qarşı qurulan koalisiya sürətlə böyüyür və Putin rejimini sona doğru itələyir”.

Rusiyada yaşayan politoloq Teymur Yəhyayev:

“Amerika Rusiyanı qarışdırmaq və regona nəzarətə ələ keçirmək niyyətindədir. Rəsmi Vaşinqton bəyan edir ki, guya Ukraynada demokratiyanı qoruyur. Hər kəsə məlumdur ki, demokratiya ABŞ və müttəfiqləri üçün fərdi məna daşıyır və harada öz maraqlarına təhlükə hiss edirlərsə, orada demokratik dəyərlərə sadiq olduqlarını nümayiş etdirirlər.

Əslində isə demokratiya adı altında viran qoyduqları ölkələrin sayı-hesabı yoxdur. Mövcud şəraitdə özləri kənarda dayanıb, iki qardaş slavyan xalqını bir-birinə qırdırırlar. Əgər Rusiya ilə Ukrayna arasında barışıq əldə olunmasa, Ukraynanı xarabalığa döndərməyənə qədər oradan əl çəkməyəcəklər. Yəni, “bu xəmir hələ çox su aparacaq”.

Rusiya tələb edir ki, onun sərhədləri yaxınlığında NATO qüvvələri cəmləşməsin. Çünki NATO ABŞ-ın “dirijor çubuğu” ilə hərəkət edir. Onların Rusiya sərhədlərinə yaxınlaşması Rusiya üçün təhlükə mənbəyidir.

Moskva təhlükəsizlik təminatı tələb edir, Vaşinqton və London isə nəinki bunu təmin etmir, əksinə Avropaya təsir imkanlarını artırmaq üçün iki qardaş xalqı bir-birinə qırdırır. Əsas məqsədləri isə müharibəni mümkün qədər uzatmaq, daha çox qan tökülməsinə nail olmaq və regionda sabitliyi pozmaqdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Dünən, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Dünən, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Dünən, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Dünən, 14:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru