Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                 

“Putin ya sonadək vuruşacaq, ya da öz ölüm hökmünü imzalayacaq” - DALANA DİRƏNİB...
Tarix: 12-05-2022, 10:28 | Çap et
“Putin ya sonadək vuruşacaq, ya da öz ölüm hökmünü imzalayacaq”
Moskvada keçirilən 9 May Qələbə Paradı və ABŞ Prezidenti Co Baydenin həmin gün imzaladığı "Lend-liz" qanunu dünya gündəminin əsas müzakirə mövzusudur. Ukrayna ilə müharibə fonunda Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən paradın əvvəlki illərlə müqayisədə son dərəcə sönük keçməsi diqqətləri çəkdi. Diqqət çəkən daha bir məqam isə Putinin paradda qısa və məzmunsuz çıxışı oldu. Kreml rəhbəri "xüsusi əməliyyat" adlandırdığı Ukraynaya qarşı işğalçı müharibəni yenə öz əsassız arqumentləri ilə əsaslandırmağa çalışdı, Qərbi ittiham etdi, NATO məsələsini gündəmə gətirdi.

Ekspertlər parad və Putinin çıxışını şərh edərkən bildirirlər ki, görünən odur, Rusiya liderinin özü də artıq məğlubiyyətə doğru getdiyinin fərqindədir. Həmçinin bəzi gözləntilərin əksinə, Putin paradda Ukraynaya qarşı rəsmən müharibə elan etmədi, səfərbərlik göstərişi vermədi.

Baydenin "Lend-liz" qanununu məhz həmin gün imzalaması isə bir başqa diqqətçəkən məqamdır. Xatırladaq ki, sözügedən qanun sonuncu dəfə İkinci Dünya müharibəsi zamanı verilib və bu, faşizm üzərində qələbədə həlledici sayılır. dia-az.life xəbər verir ki, mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran tanınmış politoloq Rauf Mirqədirov maraqlı məqamlara toxunub. Analitik sual edir ki, "Sizcə, Rusiya rəhbərliyində sadəcə ağıldankəm insanlar toplaşıblar?!". Cavabında isə deyir: əlbəttə, xeyir:

- Rusiyanın intellektual bazası var və bu, baza kifayət qədərdir. Rusiya dövlət başçısına, digər rəhbər şəxslərə vəziyyətlə bağlı az qala hər saat məlumatlar gəlir. Hesab edirəm ki, Rusiya Prezidentinin taktiki səhvi ondan ibarət oldu ki, o, müharibəni çox qısa müddətdə qalib kimi başa çatdıracağına inanmışdı, yaxud onu inandırmışdılar. Rusiya siyasi elitası doğrudan da əmin idi ki, 48 saat, ən uzağı 96 saat ərzində Kiyevi zəbt edə biləcəklər. Təbii ki, ölkənin paytaxtının nəzarətə götürülməsi bir dövlətin varlığına vurula biləcək ən böyük simvolik zərbədir. Yadınızdadırsa, müharibənin ilk həftəsində Rusiya qoşunları Kiyevin 20 kilometrliyinə çatmışdılar, müəyyən qruplar hətta Kiyevə daxil ola bilmişdilər. İkinci Dünya müharibəsi zamanı Almaniya ordusu da Moskvanın 20 kilometrliyinə qədər irəliləmişdi. Rusiya işğalçı qüvvələri Kiyevə yaxınlaşdılar, amma sonrakı əməliyyatlarda və Ukrayna qüvvələrinin müqavimətini gördükdə, Rusiya rəhbərliyi anladı ki, Kiyevi tuta bilməyəcəklər. Əksinə, Kiyev yaxınlığında cəmləşdirdikləri qüvvələr də zərərsizləşdiriləcək və o qüvvələri də itirəcəklər. Bundan sonra geri çəkildilər.

Yəni əsas məsələ ondan ibarətdir ki, qısamüddətli müharibə ilə məqsədlərinə nail ola bilmədilər. 96 saata Kiyevi tutmuş olsaydılar, Moskvadakı parad başqa ab-havada keçiriləcəkdi. Düzdür, Ukrayna hakimiyyəti idarəçiliyi Lvova, yaxud başqa şəhərə köçürəcəkdi. Amma qısa müddətdə Putin böyük qələbə qazandığını nümayiş etdirəcəkdi və bu parad doğrudan da növbəti qələbə paradına çevriləcəkdi - necə ki, Krımı ilhaq etdikdən sonra parad keçirdi, necə ki, Gürcüstan ərazilərini işğal etdikdən sonra bunlar baş verdi, necə ki, ondan əvvəl Çeçenistandakı qələbəsini qeyd etdi. Kiyevi zəbt edə bilsəydilər, bu, Putinin özünün hakimiyyətinin üstünlüyü olacaqdı. Amma alınmadı.

- Paradın sönük keçməsi sadəcə bununla bağlıdır?

- Tək bununla bağlı deyil. Amma Rusiya qısa müddətdə Kiyevi götürsəydi, dediyim kimi, Putin iki üstünlük qazanacaqdı. Birinci üstünlüyü artıq dedim. İkinci üstünlük isə o olacaqdı ki, Rusiya bu qədər təcrid edilməyəcəkdi. Yadınızdadırsa, Ukraynanın xarici işlər naziri Kuleba Avropanın aparıcı dövlətlərinin birinin səfiri ilə görüşündən danışmışdı və bildirmişdi ki, həmin dövlət də ilk üç gündə Ukraynanın müqavimətinin qırılacağını düşünübmüş. Nazir açıq şəkildə bildirdi ki, səfir ona belə deyib: "Müharibə 3 günə Rusiyanın qələbəsi ilə yekunlaşacaq, siz ya mühacirət hökuməti təşkil edin, ya administrasiyanı Lvova köçürün". Təxminən bu səpkili bir xəbərdarlıq. Təbii ki, Rusiyaya qarşı sanksiyalar olacaqdı. Amma indiki qədər çökdürücü olmayacaqdı.

Eyni zamanda, müharibə Rusiyanın resurslarını tükətməyəcəkdi. Bu gün müharibə Rusiyanın resurslarını sovurmaqdadır. Belə genişmiqyaslı müharibə zarafat deyil - bu, böyük resurslar deməkdir. 150 minlik qoşun komplektləşdirilib. Təsəvvür edirsiniz ki, bu qoşunun təminatı nə qədər vəsait deməkdir?! Rusiya büdcəsi miqyasına baxanda görürük ki, onların büdcəsi o qədər də böyük deyil. Həmçinin Rusiya iqtisadiyyatı da böyük deyil, dünya iqtisadiyyatının 2 faizə yaxınını təşkil edir. Müharibə uzandıqca, iqtisadiyyat çöküşə gedir.

Bu gün Rusiyanın qarşısında dünya iqtisadiyyatının 50 faizini təşkil edən güc dayanır. ABŞ Prezidenti Co Bayden "Lend-liz" qanununu imzaladı. Bununla da ABŞ Konqresi Ukraynaya ilkin olaraq 40 milyard dollar vəsait ayıracaq. Təsəvvür edirsinizmi, söhbət hansı həcmdə vəsaitdən gedir? Bu, təkcə ABŞ-ın ayırdığı maliyyədir. Bu yardımlarla, bu güclə qarşı-qarşıya qalmaq Rusiyanın daha çox resurslarının tükənməsi ilə nəticələnəcək. Paralel olaraq, sanksiyaların gündən-günə artması, siyahının genişlənməsi həm siyasi, həm də iqtisadi baxımdan Rusiyanı çökdürəcək. Qarşıdakı müddətdə Rusiya üçün dəhşətli situasiya yaranıb.

- Hər halda bunu Rusiya rəhbərliyi anlayır...

- Bəli, hər şeyi çox gözəl anlayırlar. Bu günlərdə Rusiyanın nazirlərindən birinin açıqlamasını oxudum. Deyir ki, yaxın iki ildə daxili istehsal gücünə tibbi avadanlıqla təchizatı 50 faizə çatdırmalıdırlar. Təsəvvür edin ki, Rusiya xəstəxanalarında istifadə olunan tibbi cihazlarla təchizat hansı səviyyədədir. Demək ki, tibbi avadanlıqların 70-80 faizi xaricdən idxal olunur. Yaxın iki ildə bunlar daxili istehsalla tibbi avadanlıq ehtiyacını heç olmasa 50 faiz ödəmək istəyirlər. Bu, sadəcə bir sahədə olan problemdir.

Fikirlərimin əvvəlinə qayıdım ki, qısa müddətdə müharibədə qalib gəlmiş Rusiya şərtlər irəli sürəcəkdi, müəyyən diktələr edəcəkdi. Digər tərəfdən, "müharibə bitib və nəticə də budur" anlayışı Qərb dövlətlərinin hazırkı vahid birliyinin qarşısını qismən ala bilərdi. Yəni ki, Rusiyanın manevr imkanları artardı. İndi isə Rusiyanın manevr imkanları yoxdur. Artıq Qərbin aparıcı dövlətlərinin ortaq mövqeyi belədir ki, Rusiya, Putin qələbə qazanmamalıdır və bütün resurslar Rusiya ilə müharibəyə yönəldilməlidir. Ona görə də, demək olar ki, Moskvada düzənlənən parad qələbə paradı deyildi.

- Qırmızı meydanda əvvəlki illərdən fərqli olaraq bu dəfə heç bir xarici qonaq da gözə dəymədi.

- Bəli, paradla bağlı maraqlı məqamlardan biri də məhz budur. Məsələ ondan ibarətdir ki, Putinin yanında heç kim dayanmamışdı. Hətta MDB dövlətlərinin də başçıları Moskvada Putinlə yanaşı dayanmaq istəmədilər. Mən hələ Çini demirəm. Çin böyük dövlətdir və bu gün Moskva sanksiyalarla bağlı xilaskarı kimi Pekini görür. Demək olar ki, heç kim Putinin yanında deyil. Düzdür, 9 May Qələbə Günü ilə bağlı MDB dövlətlərində müəyyən tədbirlər keçirildi. Amma "Rusiyanın yanındayıq" deyən olmadı. Putinin təklənməsi kifayət qədər ciddi faktordur. Daha bir ciddi məsələ isə Putinin çıxışında "xüsusi əməliyyat" terminindən istifadə etməməsidir. Mən onun çıxışını oxudum, "xüsusi əməliyyat" terminini işlətmədi.

- Amma müharibə də elan etmədi. Halbuki paradda Putinin rəsmən səfərbərlik və müharibə elan edəcəyi gözlənilirdi...

- Bu nüanslar Putinin düşdüyü vəziyyətin nə qədər komik olduğunu göstərir. Artıq "xüsusi əməliyyat" sözü lağlağıya çevrilib. Hətta Putinin müttəfiqi və yaxın dostu Aleksandr Lukaşenko deyir ki, "xüsusi əməliyyat" nəsə uzun çəkdi. Vəziyyətin təhlili Rusiya Prezidentinin nə qədər problemli vəziyyətdə olduğunu göstərir. Co Bayden çıxışında maraqlı bir nüansa diqqət yetirdi. Səhv etmirəmsə, AYNA-ya əvvəlki müsahibələrimdən birində demişdim ki, Putinin uduzmaq lüksu yoxdur. Həmin sözü Bayden çıxışında işlətdi və bildirdi ki, Putinin geri çəkilmək, məğlubiyyətini etiraf etmək lüksu yoxdur. Kreml rəhbərinin geri çəkilməsi hakimiyyətinin sonu deməkdir. Hətta söhbət indiki halda təkcə hakimiyyətini itirməkdən getmir.

- Hesab edirsiniz ki, Putin sona qədər müharibəni davam etdirəcək?

- Bəli, düşünürəm ki, Putin sonadək vuruşacaq. Çünki başqa yolu yoxdur.

- "Lend-liz" qanunun imzalanması belə şərh edilir ki, bu ilin payızınadək çox qanlı döyüşlər gedəcək və sonda Rusiya məğlub olacaq...

- Mən optimist olmağa çalışıram, amma bir sıra reallıqlar var ki, onları gözardı etmək olmaz. Əgər söhbət orta və uzun vədədən gedirsə, Rusiyanın məğlubiyyəti qaçılmazdır. Çünki Rusiyanın resursları onun qarşısında dayanan qüvvələrin resursları yanında müqayisəolunmaz dərəcədə azdır. "Soyuq müharibə" bir dəfə olub, bunun nəticələri var. Amma "soyuq müharibə" zamanı Rusiyaya tətbiq edilən sanksiyaların miqyası indiki kimi deyildi. Rusiya neftini də, qazını da alırdılar, ticarət əlaqələri də mövcud idi. Yalnız bəzi sahələrdə məhdudiyyətlər mövcud idi ki, bu, o qədər də təsir etmirdi. İndi isə sanksiyaların miqyası başqadır. İndi söhbət həcmi 2 faiz olan iqtisadiyyatla 50 faiz olan iqtisadiyyatın döyüşündən gedir.

Onu da nəzərə almaq lazımdır ki, bütün dünya dövlətləri qarşıdakı müddətdə Rusiyaya qarşı bu və ya digər formada sanksiyalara qoşulmaq məcburiyyətində qalacaq. Bu, Rusiya üçün dəhşətli bir situasiyadır. Müharibənin uzanması Rusiyanın resurslarını tükədir, imkanlarını azaldır. Düzdür, proqnozlar vardı ki, neftin və qazın qiymətinin artması Rusiya büdcəsini artıracaq. Amma Rusiya Maliyyə Nazirliyinin açıqlamasına görə, aprel ayında Rusiyaya neft və qazın satışından gələn gəlir əvvəlki dövrlərlə müqayisədə 140 milyard rubl azalıb. Bu, sadə məsələ deyil. Ona görə də, düşünürəm ki, orta və uzun vədəli perspektivdə Rusiyanın məğlubiyyətinin şahidi olacağıq. Amma bu ilin payızınadək məğlub olacağını proqnozlaşdırmaq çətindir.

Əslində Putinin siyasəti Rusiyanın imperiya maraqlarından irəli gəlsəydi, payızı gözləməyə ehtiyac yox idi, ən qısa zamanda və ən yüngül şərtlərlə Ukrayna ilə sülh sazişi imzalamalı idi. Yəni ki, Putin dövlətinin maraqlarını qoruyurdusa, bunu etməli idi. Amma dediyim kimi, Putinin motivləri başqadır. Baydenin çıxışından görünür ki, artıq Qərbdə də Putinin motivlərini anlamağa başlayıblar. Putinin məqsədi dövlət maraqlarını qorumaq deyil, hakimiyyətini və özünün varlığını qorumaqdır. Dövlət maraqlarını düşünən lider bu müharibəni heç başlatmazdı. Putin Rusiyanı düşünsəydi, dövlətin iqtisadiyyatını dirçəldərdi, həqiqi islahatlarla dövləti inkişaf etdirərdi. Bununla da Rusiyaya dost olmaq istəyənlərin sayı artardı. Putin sadəcə öz hakimiyyətini qorumaq üçün işğal siyasəti həyata keçirir, xarici düşmən amili ilə manevrlər edir. Putin işğalçı siyasəti nəticəsində əldə etdiyi qələbələrlə hakimiyyətinin təkrar istehsalını təmin edir.

Bir məsələyə də toxunmaq istəyirəm. Mənim və bir çox insanların anti-Rusiya mövqeyində olması Rusiya və ruslara nifrətdən irəli gəlmir. Sadəcə olaraq, Rusiya ilə yaxınlıq, Rusiya ilə eyni cəbhədə dayanmaq müsbət heç nə vəd etmir.

- Məsələ burasındadır ki, ruslar da Putinin bu işğalçı siyasətini dəstəkləyirlər...

- Baxın, hələ də Putinin reytinqi yüksəkdir, rusların dəstəyi var. Düzdür, sözsüz ki, bu reytinq get-gedə zəifləyəcək. Amma hələ ki, ruslar Kreml rəhbərini dəstəkləyirlər. Ümumiyyətlə, həmişə Putinin qələbə qazandığı müharibələr zamanı reytinqi yüksəkdə qalıb. Amma ruslar ölkələrinin məğlub olduqlarını dərk etdikdə, Putinin reytinqindən heç nə qalmayacaq. Yenə də deyirəm, indi Putinin geri çəkilmək imkanı yoxdur. Onun geri çəkilməsi özünün ölüm hökmünü imzalamasıdır. Düzdür, ölüm hökmü götürülüb. Amma Putinin öldürülməsi üçün hökmən hansısa sənədin imzalanması vacib deyil. Onun ətrafındakılar "hökmü" imzalaya və Putinin öldürülməsi işini icra edə bilərlər. Putin bunu çox gözəl anlayır.

Ümumiyyətlə, Rusiya tarixinə baxsaq, çarların, hökmdarların, imperatorların bu və ya digər şəkildə hakimiyyətdən uzaqlaşdırılması, öldürülməsi adi haldır. Ona görə də o qədər optimist deyiləm ki, Putin asanlıqla məğlubiyyətini etiraf edəcək. Putin indi düşüncə içərisindədir ki, hansı resursları müharibəyə yönəltsin. Kreml rəhbəri heç olmasa qələbə görüntüsü yaratmaq üçün hansı resurslardan keçməli olduğunu, hansı qurbanları verməli olduğunu düşünür. Onun üçün veriləcək qurbanların əhəmiyyəti yoxdur. Putin ancaq və ancaq qələbə görüntüsünü təmin etməyə çalışır. Bununla da hakimiyyətdə qalmasını təmin etmək istəyir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru