Ruslar Avropanı qazla ram edə bildimi? - rublla alqı-satqı başlayır...
Tarix: 13-05-2022, 08:50 | Çap et
Artıq 20 Avropa şirkəti Rusiya qazını almaq üçün "Qazprombank"da hesablar açıb, daha 14 müştəri onların açılması üçün lazım olan sənədləri tələb edib. Bu barədə "Bloomberg" agentliyi vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir. Eyni zamanda agentliyin mənbəyi sözügedən müştərilərin adlarını çəkməkdən imtina edib. Yeni ödəniş sxemi Prezident Vladimir Putin martın 23-də Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən Aİ ölkələrinə və digər dövlətlərə qaz tədarükü üçün ödənişin rubla köçürüldüyünü bildirib. Sonra o, müvafiq fərman imzalayıb və deyib ki, əgər aprelin 1-dən etibarən dost olmayan ölkələr rublla ödəniş etməsələr, o zaman Rusiya bunu qaz müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi hesab edəcək. Yeni sxemə əsasən, "Qazprombank" xarici alıcılara qaz ödənişləri üçün xüsusi valyuta və rubl hesabları açacaq. Alıcı "mavi yanacağın" tədarükü üçün müqavilədə göstərilən valyuta ilə vəsaiti birinci hesaba köçürə biləcək, bank onu Moskva birjasında satacaq, buradan rublları qaz alıcısının hesabına köçürüləcək və artıq bundan sonra qaz tədarükçüsü "Qazprom" ilə hesablaşacaq. "Qazprom" bu sxemə keçməkdən imtina edən Bolqarıstan və Polşaya aprelin 27-də tədarükləri dayandırıb. Həmin gün "Bloomberg" agentliyi mənbələrə istinadən yazıb ki, Rusiya qazının 10 avropalı alıcısı "Qazprombank"da hesablar açıb, dördü isə artıq qazı rublla ödəyib. Agentlik həmçinin aydınlaşdırıb ki, yeni avropalı istehlakçıların ləğv olunması ehtimalı mayın ikinci yarısında, növbəti ödənişlərin aparılmalı olduqda ehtimal olunur. Qazın qiymətləri "ICE Futures" məlumatlarına görə, Avropada qazın qiymətləri Londonun "ICE" birjasında ticarətin ilk dəqiqələrində min kubmetr üçün 1100 dolları ötüb və demək olar ki, 10% artıb. Ticarət sessiyasının açılışında Avropanın ən böyük habı olan TTF indeksi üzrə qazın iyun fyuçerslərinin dəyəri 1085,8 dollar (çərşənbə gününün hesablaşma qiymətinə görə, +6,4% - 1020,7 dollar) təşkil edib. Daha sonra kotirovkalar artım tempini sürətləndirərək 1118,3 dollara (+9,6%) çatıb və 1100 dollardan yuxarı səviyyədə qalıb. "Ukraynanın QNS operatoru"nun mayın 11-i səhər saatlarından etibarən "Sorxanovka" stansiyası vasitəsilə Avropaya qaz tranzitinin dayandırılacağı xəbərindən sonra kotirovkaların nəzərəçarpacaq dərəcədə artması müşahidə olunub. Ukraynada hərbi əməliyyat başlayandan sonra Avropada qazın qiyməti kəskin surətdə artıb: əgər 23 fevralın yekunlarına əsasən yaxın fyuçerslərin təxmini qiyməti min kubmetr üçün 1038,6 dollar idisə, fevralın 24-də o demək olar ki, 50% artaraq 1555,5 dollara çatıb. Martın əvvəlində, Rusiya enerji resurslarının idxalına qadağa qoyulması ilə əlaqədar, kotirovkalar dörd gün ardıcıl olaraq tarixi maksimumlarını yeniləyib. Qiymət rekordu martın 7-də (fevralın 23-dək + 275%) 3892 dollara çatıb, günün nəticələrinə görə hesablama qiyməti isə 2560,7 dollar (+ 146,5%) təşkil edib. Lakin sonra kotirovkalar sabit ucuzlaşmaya keçib, iki ay ərzində minimum hesablaşma qiyməti 25 aprel tarixində - min kubmetr üçün 1027,1 dollar (fevralın 23-dək -1,1%) müəyyən edilib. Bundan sonra qaz fyuçersləri yenidən bahalaşaraq min kubmetr üçün 1370 dollara çatıb. Kotirovkaların yeni kəskin artımı "Qazprom"un Polşa və Bolqarıstana qazın pulunu rublla ödəməkdən imtina etmələri səbəbindən tədarükünü dayandırması ilə əlaqələndirilib. //sputnik.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|