Putindən sonrakı Rusiya və ya "İndiki vəziyyət 100 il əvvəlkindən daha acınacaqlıdır" - GƏLİŞMƏ
Tarix: 17-05-2022, 11:12 | Çap et
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədə məğlub olacağı ilə bağlı proqnozlar artmaqdadır. Yerli və xarici ekspertlər hesab edirlər ki, Ukrayna Ordusunun Rusiya işğal qüvvələrinə qarşı müqaviməti, Kiyevə kollektiv Qərb tərəfindən həm hərbi, həm də iqtisadi yardımları Rusiyanın məğlubiyyətini qaçılmaz edir. Eyni zamanda, Rusiyaya qarşı misli görünməmiş sanksiyaların tətbiqi və bu sanksiyaların bundan sonra da artırılacağı ehtimalları bu dövlətin iqtisadi cəhətdən çöküşünün labüd olduğunu söyləməyə ciddi əsaslar verir.
Ekspertlərin qənaətincə Rusiyanın məğlubiyyətindən sonra Vladimir Putinin hakimiyyətdə qalması mümkün olmayacaq. Çünki Rusiya xalqının məğlubiyyəti Kreml rəhbərinə bağışlayacağı inandırıcı deyil.
Qeyri-rəsmi məlumatlara görə, Rusiya siyasi elitasında bəzi şəxslər və ictimaiyyət nümayəndələri, biznesmenlər artıq müharibədə məğlubiyyətin baş verəcəyini dərk edirlər. Onların Putin hakimiyyətindən sonrakı dövrə hazırlaşdırları haqqında bir çox mülahizələr səsləndirilir.
Maraqlı sual isə budur: Putindən sonrakı Rusiyanın taleyi necə olacaq? Ukraynada qırğınlar törədən, işğalçılıq siyasətindən çəkinməyən, bu səbəbdən də sanksiyalar çəmbərində boğulan Rusiyanın Putin hakimiyyətindən sonrakı dönəmdə dünya dövlətləri ilə inteqrasiyası necə baş verəcək? dia-az.life-ın məlumatına görə, politoloq Rauf Mirqədirov AYNA-ya şərhində bildirib ki, əgər söhbət Putindən sonrakı dövründən gedirsə, yəqin ki, Rusiya tarixində hər zaman baş vermiş hal müşahidə ediləcək.
Analitik tarixə ekskurs edərək deyib ki, Rusiya nə vaxt məğlub olursa, bundan sonra ölkədə islahatlara cəhd edilir, nələrisə dəyişməyə çalışırlar: "Rusiya tarixinə nəzər salsaq, faktlar bunu deməyə əsas verir. Amma az müddət keçməmiş islahatçıların taleyi çox acınacaqlı olur. İndi Rusiyanın orta və uzun vədədə məğlubiyyəti qaçılmaz görünür. Güman ki, Putindən sonrakı dövrdə tarix təkrarlanacaq, islahatlara cəhd ediləcək. Amma ruslar nə islahatçıları xoşlayırlar, nə demokratları. Onlar hesab edirlər ki, ölkə orta əsrlər qanunları ilə idarə olunmalıdır. Daha doğrusu, orta əsrlər dövrünün qaydaları ilə müasir siyasət yeridilə biləcəyini düşünürlər. Bu baxımdan, Putindən sonrakı dönəmdə islahatlara getmək istəyən qüvvələr olacaq və ruslar hər zamankı kimi, onları da cəzalandıracaqlar".
R.Mirqədirov hesab edir ki, Putindən sonra beynəlxalq aləm əvvəlkilərdən fərqli olaraq, məğlub Rusiyanın ayağa durmasına yardım etməyəcək: "Bu gün dünya Rusiyanı təhlükə kimi görür. Əgər Putin son silahından - nüvə silahından istifadə etməsə, Rusiyanın yenidən toparlanması, dirçəlməsi daha uzun müddət çəkəcək. Rusiyanın ayağa qalxması üçün resursları kifayət qədərdir. Amma bu dəfə daha çətin olacaq. Çünki kollektiv Qərb əvvəllər olduğu kimi bu dəfə Rusiyaya yardım etməyəcək".
"Rusiyanın indiki vəziyyəti ötən əsrin 20-ci illərindəkindən daha acınacaqlıdır. O dövrdə Qərbdə liberal kəsim var idi ki, onlar dünyanın gələcəyini Rusiya ilə bağlayırdılar. Düşünürdülər ki, gələcək kommunizmlə, kommunist dünya görüşü, kommunist azadlıqları və bərabərliyi ideyası ilə bağlıdır. Əlbəttə, liberal kəsim, tanınmış insanlar hər zaman cəmiyyətlərdə ciddi rol oynayırlar. Həmin dövrdə tanınmış insanlar bilərəkdən və ya bilməyərəkdən, Sovet Rusiyasının təsir agentləri rolunda çıxış edirdilər. Bu, əlbəttə, Rusiya üçün çox böyük dəstək idi. Amma indi elə liberallar da yoxdur, yaxud sayları çox azdır", - politoloq əlavə edib.
Analitikin sözlərinə görə, əsas məsələ isə ondan ibarətdir ki, Rusiyanın bundan sonra dünyaya inteqrasiya istəyinə inam çox aşağı səviyyədədir: "Əlbəttə, inanan müəyyən dairələr yenə də var, fikirləşirlər ki, Rusiyanın bir hissəsi Avropadır, yenə də inteqrasiyada maraqlı qüvvələr hakimiyyətə gələ bilərlər və s. Amma böyük çoxluq Rusiyanın inteqrasiyada maraqlı olmadığını, imperialist fikrin hakim olduğunu anlayırlar".
"Rusiyanın müharibədə məğlubiyyətindən sonra sözsüz ki, ölkənin ərazisində parçalanma ola, Rusiyadan ərazilər qoparıla bilər. Bu, istisna deyil. Amma düşünmək ki, sabah Çin bütün Sibir ərazisini öz nəzarəti altına alacaq, Ural istiqamətini Qazaxıstan götürəcək, bu, qeyri-real proqnoz olardı", - deyə Mirqədirov fikrini tamamlayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|