Anna Akopyan Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurur - FAKT BUDUR!
Tarix: 9-06-2022, 11:04 | Çap et
Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasının, uzun illərdir düşmən olan iki qonşu ölkə arasında münasibətləri tənzimləyəcək gələcək sülh müqaviləsinə dair müzakirənin gündəmdə olduğu bir vaxtda, Ermənistanda “Qarabağ klanı”nın başçılıq etdiyi revanşist qüvvələrin baş qaldırması heç də təəccüblü deyil. Bu azmış kimi, onlar xaricdəki havadarlarının dəstəyi ilə sülh prosesini pozmaq, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasının qarşısını almaq üçün ən ağlasığmaz əməllərə əl atmaq iddiasındadırlar.
Lakin bu prosesdə diqqət çəkən başqa bir məqam var. Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın son hərəkəti ilə bir növ revanşist-terrorçuların məqsədlərinə və niyyətlərinə xidmət etməsi. Ermənistanın birinci xanımı vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən cinayətkar şəxslə görüşüb. Özü də hansı dönəmdə? Bir daha xatırladaq, Azərbaycanla Ermənistan arasında Sülh müqaviləsinin müzakirəsinin gündəmdə olduğu bir vaxtda.
Söhbət isə Vartan Sirmakesdən gedir. Paşinyanın həyat yoldaşı Anna Akopyan bu il may ayının sonunda İsveçrəyə səfəri zamanı Sürixdə iş adamı Vartan Sirmakeslə görüşüb.
Bəs kimdir bu Sirmakes və niyə onunla görüşmək Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesinə zərbə kimi qiymətləndirilməlidir?
İsveçrədə yaşayan, beynəlxalq axtarışda olan erməni əsilli iş adamı Vartan Sirmakesin şirkətləri Ermənistan tərəfindən Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində qanunsuz biznesə cəlb olunanlar sırasındadır. İsveçrənin lüks saat brendi “Franck Muller”in baş direktoru və həmtəsisçisi olan Sirmakes işğal müddətində Kəlbəcərin “Söyüdlü” və Zəngilanın “Vejnəli” yataqlarının qanunsuz istismarı ilə birbaşa əlaqəli şəxsdir. Məhz Azərbaycan ərazilərində yerləşən yataqlardan qeyri-qanuni olaraq əldə olunmuş qızıl məmulatlar sonradan İsveçrə birjalarında satışa çıxarılıb.
2014-cü ilin oktyabr ayında “Gold Star” QSC o vaxt Ermənistanın işğalı altında olan Zəngilan rayonunun Vejnəli kəndi yaxınlığında qızıl mədəninin (Ermənistan tərəfindən “Tundurget” adlandırılır) istismarına başlayıb. Layihə məhz Vartan Sirmakes tərəfindən maliyyələşdirilib.
Hələ 2001-ci ildə Ermənistanın “Panarmenian” saytı xəbər vermişdi ki, "Franck Muller" şirkəti Ermənistanda birinci dərəcəli saatların istehsalına başlayacaq. Şirkətin nümayəndəsi Georgi Muradyanın sözlərinə görə, bu məqsədlə Ermənistana Yaponiya texnikası gətirilib. “Arminfo” agentliyinin məlumatında isə Ermənistanda saatlar üçün yalnız qızıl çərçivələr istehsal olunacağı qeyd edilirdi. Şübhəsiz, həmin qızıllar ki işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni şəkildə hasil edilirdi.
Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sakisyan tərəfindən Vartan Sirmakes ölkənin Marseldəki (Fransa) baş konsulu təyin edilmişdi. 2017-ci ildə Cenevrəyə (İsveçrə) səfəri zamanı isə Sarkisyan Sirmakesi Ermənistan iqtisadiyyatının inkişafına verdiyi dəyərli töhfələrə, habelə çoxsaylı xeyriyyəçilik və ictimai fəaliyyətlərinə görə birinci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib. Maraqlısı isə odur ki, “xeyriyyə” məqsədilə verilən pullar, həmçinin “Franck Muller” istehsalı olan saatların qızılı birbaşa Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qanunsuz istismar hesabına əldə edilib.
Vartan Sirmakes, həmçinin, Qarabağda qanunsuz fəaliyyət göstərən “ArtsakhBank” QSC-nin 66,3 faiz səhmlərinin sahibidir. Bundan başqa, “ArtsakhHEK” ASC-nin əsas səhmdarıdır. O, həmçinin Tərtər rayonunun Suqovuşan kəndi yaxınlığında “Golden Fish” şirkəti tərəfindən qara kürü istehsalı üçün inşa edilən infrastrukturun, o cümlədən balıqçılıq zavodunun tikintisini maliyyələşdirib, Laçında isə su anbarının tikintisində iştirak edib (mənbə: https://narcokarabakh.net/en/profiles/sirmakes).
Vartan Sirmakesin bu və digər qeyri-qanuni əməlləri Azərbaycan dövlətinə yaxşı məlumdur. Hələ 2015-ci ildə Azərbaycanın Respublikasının Baş Prokurorluğu Vartan Sirmakes barəsində cinayət işi açaraq onu beynəlxalq axtarışa verib.
Baş Prokurorluğun məlumatında bildirilir ki, Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi, həmin ərazilərdə qanunsuz sahibkarlıqla məşğul olması və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 192.2.2-ci (Qanunsuz sahibkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 11 noyabr 2015-ci il tarixdə V.Sirmakes Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
V. Sirmakesin tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
2020-ci ildə isə “Vejnəli” qızıl yatağının talanmasına görə Vartan Sirmankes barəsində beynəlxalq axtarış elan edilib və Azərbaycan Baş Prokurorluğu tərəfindən İsveçrənin səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub.
Ermənistan Baş nazirinin xanımının Azərbaycan tərəfindən axtarışa verilmiş bir cinayətkarla görüşməsi, ondan qiymətli hədiyyə alması ciddi suallar ortaya qoyur.
Anna Akopyan rəsmi “Facebook” səhifəsində qeyd edib ki, V. Sirmakeslə uzun və ağır fasilədən sonra bir çox mövzuları müzakirə edib.
Anna Akopyan həmin görüşdə V. Sirmakesdən hədiyyə aldığını qeyd etməsə də, Ermənistan mətbuatı onun bu əməlini ifşa edib. “Joxovurd” qəzeti yazır ki, Ermənistanın İsveçrədəki səfiri və yerli erməni icması ilə görüşdə (görüşdə V. Sirmakes də iştirak edib) Paşinyanın həyat yoldaşına qiymətli hədiyyə verilib.
Özü də bilirsiniz nə? Qiymətli saat. Bəlkə də həmin saat Azərbaycanın işğal altında olmuş qızıl yataqlarının qeyri-qanuni istismarı nəticəsində əldə edilmiş qızıldan hazırlanıb. Anna Akopyan bu faktı bilməmiş deyil. Bəs onda, Azərbaycanın beynəlxalq axtarışa verdiyi Sirmkesdən aldığı həmin qiymətli saatı qolunda gəzdirən Anna Akopyan həyat yoldaşının başında durduğu normallaşma prosesinə zərbə vurduğunun fərqində deyil?
Fərqindədir və bu, daha çox ikibaşlı oyuna oxşayır. Hazırda Azərbaycan və Ermənistan hökumətləri arasında görüşlərin intensiv xarakter alması regionda sülhün əldə edilməsinə istiqamətlənsə də, Anna Akopyanın cinayətkar V.Sirmakeslə görüşü yaranmış müsbət meylləri şübhə altına alır. Erməni rəsmiləri anlayır ki, qonşular arasında qarşılıqlı hörmət və sülh olmadan regionun inkişafı mümkün deyil.
Ermənistanın birinci xanımının bu kimi qeyri-leqal addımları isə təəssüf doğurur və siyasi elitanın səmimiyyətinə qarşı şübhə yaradır. Anna Akopyanın hərəkətləri heç bir halda iki ölkə arasında münasibətlərin normallaşdırılmasına hesablanmış addım sayıla bilməz, əksinə, bu prosesə zərbə kimi qiymətləndirilməlidir.
Ermənistanın Qarabağda qeyri-qanuni fəaliyyətlə məşğul olmuş cinayətkarlarla təmasları hələ də davam etdirməsi yolverilməzdir. Azərbaycan dövləti bütün bu kimi təmaslardan xəbərdardır. Ermənistan, eləcə də digər dövlətlər tərəfindən Azərbaycana qarşı yönəlmiş addımlar diqqətdən kənarda qalmır, lazım olan anda adekvat addımlar atılır və atılacaq.
İki ölkə arasında sülh prosesinin başlanmasına cəhd edildiyi bir dövrdə Anna Akopyanın Qarabağda talançılıqla məşğul olmuş, Azərbaycan tərəfindən cinayətkar elan edilərək, beynəlxalq axtarışa verilmiş şəxslə görüşməsi Ermənistanın birgə, dinc, yanaşı yaşama erasına başlamaq niyyətini sual altına alır.
İrəvan sülh prosesində səmimidirsə, normallaşma prosesinə töhfə verən addımlar atmalıdır. Müşahidə etdiyimiz isə hələ ki, Baş nazirinin xanımının normallaşma prosesinə zərbə vuranlar sırasında dayanmasıdır. Bu isə öz növbəsində rəsmi İrəvanın səmimiyyətinə ciddi şübhələr yaradır.
APA Analytics
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|