Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                 

Qərbdən Kiyevə "ərazi güzəşti" çağırışları: NATO nəyə işarə etdi? - İNCƏLƏMƏ...
Tarix: 14-06-2022, 08:10 | Çap et
Qərbdən Kiyevə "ərazi güzəşti" çağırışları: NATO nəyə işarə etdi?
Qərbin rəsmi və qeyri rəsmi dairələrindən Ukraynaya Rusiyaya “ərazi güzəştləri” barədə çağırışlar edilir. Bu çağırışlar Kiyevə Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin dörd ayının bitməsinə az qalmış edilir.

İyunun 12-də NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiyaya ərazi güzəştlərinin mümkünlüyü barədə danışıb. TASS-ın məlumatına görə, NATO-nun baş katibinin sözlərinə görə, müharibənin dayandırılması və sülh mümkündür: “Yeganə sual odur ki, bu Kiyevə nəyə başa gələcək. NATO Ukraynaya ona görə kömək edir ki, bu ölkə ən az itki versin”.

“NATO hərbi əməliyyatlara son qoymalı olan Rusiya ilə danışıqlar masasında Kiyevə ən güclü mövqe qazanmaq üçün kömək etmək niyyətindədir”, - Stoltenberq bildirib.

Beynəlxalq analitiklər bildirirlər ki, Stoltenberqin bu ifadələri onu deməyə əsas verir ki, Qərb Ukraynanın itkilərinin olacağını anlayır, sadəcə bu itkilərin az olmasını – heç olmasa status-kvonun 24 fevraldan əvvəlkinə qayıtmasını istəyir.

Stoltenberq təmsil etdiyi hərbi blokun – NATO-nun müharibəyə qarışmamasına da aydınlıq gətirib. Baş katib qeyd edib ki, NATO Ukraynadan kənarda hərbi əməliyyatların güclənməsini istəmir: “Ona görə də Alyansın hərbçiləri heç vaxt Ukrayna ərazisinə daxil olmayıb və uçuşlara qadağa zonası yaratmaqdan imtina edib”.

“Söhbət ərazi güzəştlərindən gedir”

Xatırladaq ki, ABŞ-ın keçmiş dövlət katibi, qocaman diplomat Henri Kissincer çıxışında bildirmişdi ki, Qərb Rusiyanın hərbi məğlubiyyətinə nail olmaq cəhdlərini dayandırmalıdır. Eyni zamanda, Ukraynanın müəyyən qədər “ərazi güzəştlərinə getməsi” lazımdır.

Diplomat qeyd edib ki, tərəflər arasında danışıqlar yaxın iki ay ərzində bərpa edilməlidir. Onun fikrincə, əks halda “şoklar başlayacaq” və “gərginlik yaranacaq ki, bunu aradan qaldırmaq asan olmayacaq”.

ABŞ Prezidenti Co Bayden isə bildirmişdi ki, Ukrayna hakimiyyəti münaqişənin həlli naminə hər hansı əraziləri qurban verib-verməmələri barədə özləri qərar verməlidirlər. Lakin bu bəyanatdan dərhal sonra Amerika lideri qeyd edib ki, onun fikrincə, Kiyev vəziyyəti həll etmək üçün heç bir ərazi itkisi ilə barışmalı olmayacaq.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Baydenin bəyanatını şərh edərkən bildirib ki, ABŞ lideri Ukraynanın Rusiya ilə danışıqlarda ərazisinin bir hissəsini güzəştə getməli olacağına işarə etməyib: "Mən bunu belə şərh etməzdim".

Bu arada, Kanada Liberal Partiyasının senatoru İvan Beyker bildirib ki, Qərb dövlətləri Rusiya-Ukrayna münaqişəsindən yorulub və bu səbəbdən Kiyevi Moskvanın xeyrinə ərazi güzəştlərinə getməyə çağırlar. Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda bildirib ki, Kiyev Rusiyanı ərazi güzəştləri ilə sakitləşdirməlidir. Eyni zamanda, siyasətçi belə söhbətlərdən narahat olduğunu qeyd edib.

İtaliyalı analitik Alessandro Orsini də öz növbəsində Ukraynada gərginliyin daha da artmasının qarşısını almaq üçün Rusiyaya ərazi güzəştinə getməyə çağırıb. Onun sözlərinə görə, Qərb dövlətləri “əzələ nümayişini” dayandırmalıdır. Analitik hesab edir ki, məsələnin diplomatik yolla həlli üzərində işə başlamaq lazımdır.

“Müharibənin ilk günlərindən dediyim kimi və bir çox başqalarının da sonradan bəyan etdiyi kimi, sadə bir səbəbdən Moskvaya ərazi güzəştləri edilməlidir – hansı ki, onlar artıq edilib, Rusiya bir çox əraziləri zəbt edib”, Orsini vurğulayıb.

Ukraynanın mövqeyi

Mart ayında Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin suverenlik və ərazi bütövlüyünün itirilməsi ilə barışmayacağını bildirmişdi: “Biz nəzarət etdiyimiz ərazilərlə müvəqqəti işğal olunmuş ərazilər arasında yeni müharibələrin qarşısını almaq üçün bir anlaşma modeli tapmalıyıq. Kiyev heç bir ultimatumu qəbul etməyəcək və bundan yeganə çıxış yolu dialoqdur”.

Prezident Ukraynanın prioritetlərini də açıqlamışdı: “Şübhə doğurmayan Ukraynanın suverenliyi və ərazi bütövlüyüdür. Effektiv təhlükəsizlik təminatları dövlətimiz üçün vacibdir. Məqsədimiz də aydındır - Ukraynada sülh və normal həyatın tezliklə bərpası”.

Zelenski onu da vurğulamışdı ki, fevralın 24-dən sonra itirilmiş ərazilər üzərində nəzarətin qaytarılması Ukrayna üçün ciddi müvəqqəti qələbə olacaq, lakin əsas məqsəd ölkənin bütün ərazisi üzərində suverenlik yaratmaqdır.

Bu bəyanatlardan sonra rəsmi Kiyev tərəfindən fərqli açıqlamalar verilməyib. Deməli, Ukrayna rəhbərliyi Qərbdən gələn “ərazi güzəştləri” mesajlarını hələ ki, qəbul etmir.
//AYNA//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru