İşğal müharibəsi nə gətirdi, nə götürdü, nələr gözlənilir – 4 ayın hesabatı
Tarix: 25-06-2022, 08:20 | Çap et
Bu gün iyunun 24-dür. Düz dörd ay əvvəl, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başladı. Yaşadığımız dünya və bir parçası olduğumuz Avropa coğrafiyası bu gün 24 fevraldan çox fərqlidir.
Ötən dörd ayın hesabatına başlayarkən, ilk addım olaraq işğalın humanitar tərəfindən başlamalıyıq. Əvvəlcə qaçqın-köçkünlər.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 15 iyun tarixli rəsmi məlumatına görə, işğal nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan 5 milyon ukraynalı qaçqın kimi Avropanın müxtəlif ölkələrinə səpələnib. Bu cəmin təxminən yarısı müharibəyə və erkən yaşda qaçqın həyatı yaşamaq reallığına məruz qalan uşaqlardır.
Köçkün vəziyyətinə düşərək ölkə daxilində başqa bir nöqtəyə köçmək məcburiyyətində qalan ukraynalıların sayı 7,1 milyon nəfər olaraq hesablanır. BMT yardıma ehtiyacı olan insanların sayını 15,7 milyon nəfər göstərir.
Bundan əlavə, ölkənin şərq bölgəsində davam edən müharibə səbəbindən bombardımanlar altında evlərini tərk etmək məcburiyyətində qalanların sayı günü-gündən artır. Hazırda Ukraynanın hədəfi Rusiya mühasirəsində olan qəsəbə və şəhərlərdən humanitar dəhlizlər açmaqla mülki insanları xilas etməkdir.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı 15 iyun tarixinə müharibədə həlak olan mülki vətəndaşların sayını 4452 nəfər olaraq açıqlayıb. Yaralıların sayı isə 5531 nəfər olaraq göstərilir. Lakin itkilərin faktiki sayının bu açıqlanan rəqəmlərdən qat-qat çox olduğu hesab edilir.
Hər iki tərəfdən öldürülən əsgərlərin sayı ilə bağlı çox ziddiyyətli rəqəmlər var. Bu arada Rusiyanın, çox vaxt mülki və hərbi ayrı-seçkilik etmədən mülki yaşayış məntəqələrini hədəfə alaraq açıq şəkildə müharibə qanunlarını pozan hücumları artıq bu ölkədə ağır hərbi cinayətlər rekordu yaradıb.
Müdafiə xərcləri yenidən artır
Rusiyanın Ukraynaya təcavüzünün nəticələri hər sahədə heyrətləndirici olub. Avropa qitəsi indi daha az təhlükəsizdir. 1990-cı illərin əvvəllərində “soyuq müharibə” başa çatdıqdan sonra Şərq-Qərb münasibətlərində otuz ildən artıq hakim olan nisbi sabitlik mühiti aradan qalxıb, bu mühitin əsaslandığı status-kvo pozulub.
Rusiya bütövlükdə Qərb dünyası ilə münasibətlərində uzanan münaqişə dövrünə qədəm qoyur. Bu vəziyyətin nəticələri təkcə Avropa ilə məhdudlaşmır, yaşadığımız planetin hər bir hissəsinə yayılır və Yaxın Şərqdən Uzaq Asiya və Çinə qədər qlobal miqyasda bütün güc balanslarına təsir edə biləcək potensial nəticələrə malikdir.
Rusiya işğalının doğurduğu problemlərdən biri də dünyada hərbi xərclərin yenidən artırılmasıdır. Ukraynada müharibənin yaratdığı təhlükəsizlik narahatlıqları hamını ehtiyat tədbirləri axtarmağa vadar edir. Hətta Almaniyada Sosial Demokratlar, Yaşıllar və Azad Demokratların bir araya gəldiyi koalisiya hökumətinin işğal üçün 100 milyon avroluq əlavə müdafiə büdcəsinə qərar verməsi bu sahədəki müharibənin ən diqqətçəkən nəticələrindən biridir.
Fevralın 24-dən əvvəl hərbi ittifaqlardan kənarda qalma ənənələri ilə seçilən Finlandiya və İsveç kimi ölkələr öz təhlükəsizliyi üçün müdafiə zəmanətindən faydalanmaq məqsədilə NATO-ya üzvlük müraciət edib.
Avropada dinc bir mühitdə təhsilə, səhiyyəyə və cəmiyyətlərin rifahına ayrıla bilən resurslar indi hərbi xərclərə yönəldilir və silah sənayesi bundan bir daha qazanır.
Avropa iqtisadiyyatı necə təsirlənəcək?
Sarsıntılar hər cəhətdən böyükdür. Rusiyadan neft və qaz asılılığından qurutuluş yolları axtarışları Avropada bərpa olunan enerji mənbələrinə müraciət planlarına yenidən baxılmasına gətirib çıxarır, kömür və atom elektrik stansiyalarına qayıtmaq planları gündəmdədir.
Rusiya və Ukraynanın dünya taxıl istehsalında böyük payı olması səbəbindən müharibənin başlanması qlobal ərzaq problemi təhlükəsini də doğurdu.
Digər tərəfdən, enerji daşıyıcılarının bahalaşmasının və Avropa iqtisadiyyatına tətbiq edilən sanksiyaların mənfi təsirləri artıq özünü hiss etdirməyə başlayıb. Yaşayış səviyyəsinin aşağı düşməsini istəməyən Avropa cəmiyyətləri üçün bu cür hadisələr yaxşı xəbər deyil.
Müharibə kilid nöqtəyə doğru gedir
Son dörd ayda müharibənin gedişatına nəzər saldıqda birbaşa Kiyevə qarşı əməliyyata başlayan Rusiyanın meydanda böyük hərbi güc iddiasına kölgə salan bir nəticə ilə üzləşdiyinin birlikdə şahidi olduq. Bunun üzərinə bütün müharibə strategiyasını gözdən keçirən Rusiya bu mərhələdə Kiyev hədəfindən əl çəkərək, Ukraynanın şərqindəki Luqansk və Donetsk inzibati vahidlərindən ibarət Donbass bölgəsində qərarlaşdı.
Bu strategiya dəyişikliyi Rusiyanın sərhədə bitişik Luqansk vilayətində müəyyən nəticələr əldə etməsinə şərait yaratdı. Rusiya ordusu, xüsusilə, artilleriya və raket sistemlərindəki say üstünlüyü sayəsində bu bölgədə Ukraynaya qarşı əhəmiyyətli uğurlar qazana bildi. Lakin Rusiya hələ də bütün Luqanskda halqanı tam bağlaya bilməyib. Bundan əlavə, Donetskdə Moskvanın nəzarətindən kənarda qalan xeyli ərazi var.
Bu məqamda Ukrayna da Qərbdən artan miqdarda silah yardımı tələb edir. Yardımın gəlməsi gözlənilən həcmdə və sürətlə olmasa da, Ukrayna ordusu təsirli şəkildə Rusiyaya qarşı müqavimət göstərə bilir.
Hərbi ekspertlərin əhəmiyyətli bir hissəsinin razılaşdığı fikir ondan ibarətdir ki, münaqişələr uzun sürən yıxılma müharibəsinə çevrilir və beləliklə, dalana dirənir. Belə olan halda Ukrayna və bütün dünya uzunmüddətli müharibəyə hazır olmalı olacaq.
Qərb dünyası həmrəyliyini nə qədər qoruya bilər?
Qərb dünyası üçün işin çətinliyi müharibənin sonrakı dövrdə uzadılması ehtimalındadır. Ehtimallara görə, Rusiya Prezidenti Vladimir Putin öz oyun planını belə bir fərziyyə üzərində qurmuşdu ki, o, Ukraynanı işğal etsə, Qərb dünyası ona qarşı vahid mövqe nümayiş etdirə bilməyəcək.
Lakin Qərb dünyasının ABŞ-dan Aİ-yə qədər uzanan birlik çərçivəsində güclü həmrəylik nümayiş etdirməsi təxminləri alt-üst etdi. Qərb bir-birinin ardınca gələn sanksiya paketləri ilə Rusiyaya heç vaxt hesablamadığı miqyasda itki verdirə bildi.
Ən azından beynəlxalq ictimaiyyətə təsirli şəkildə nümayiş etdirildi ki, Rusiya bütün beynəlxalq qaydaları pozmaqla başqa bir ölkənin suverenliyini və ərazi bütövlüyünü pozmaqdan yaxa qurtara bilməyəcək.
Lakin müharibənin beşinci ayına girdiyi bir vaxtda Avropada Rusiyaya qarşı barışmaz münasibətin davam etdirilməsini müdafiə edənlərlə problemin gecikmədən həllini tapması xətti arasında fərqli fikirdə olanların meydana çıxmağa başladığı müşahidə edilir.
Burada əsas bir çətinlik var. Qərb ölkələri demokratik rejimlərinə görə hər bir məsələni kollektiv şəkildə müzakirə etmək məcburiyyətindədirlər. Hökumətlər ictimaiyyət qarşısında hesabat vermək üçün təzyiq altındadır.
Ancaq Rusiyada bütün qərarların tək adamın ağzından gəldiyi avtoritar sistemdə Putinin heç kimə cavab vermək öhdəliyi yoxdur. Bu vəziyyət Rusiya liderinə, müharibə uzandıqca, Avropadakı həmrəyliyi poza bilmək imkanı yaradır.
Bu baxımdan Qərbin Putinə qarşı nə dərəcədə möhkəm dayana biləcəyi, indiki xəttini nə qədər saxlaya biləcəyi, gələcəkdə necə bir dünyada yaşayacağımız suallarına da cavab vermək vacibdir.
Məsələnin kökündə ən azı Avropa qitəsində demokratiyanın, yoxsa qayda-qanun tanımayan avtoritar rejimlərin qalib gələcəyi sualı durur. Söhbət demokratiyaya dəyər verən və qaydalara əsaslanan beynəlxalq nizam idealına əhəmiyyət verən insanlar üçün həyati vacib sualdan gedir.
Müəllif: Sedat Ergin Mənbə: "hurriyet.com.tr" Uyğunlaşdırma AYNA-ya məxsusdur
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|