Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                     Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                     Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi .....                     Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı .....                     Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb .....                     "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm .....                     Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb .....                     Bu, Əliyevin qələbəsidir .....                     Mənfi obrazına görə nifrət qazanan AKTYOR: .....                     “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” .....                     Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb .....                     İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi .....                     Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                 

“Ərdoğan anladı ki, Putinlə şahmat oynamaq da təhlükəlidir” - NƏ BAŞ VERİR?
Tarix: 30-06-2022, 15:47 | Çap et
“Ərdoğan anladı ki, Putinlə şahmat oynamaq da təhlükəlidir”
NATO-nun Baş katibi Yens Stoltenberq rəhbərlik etdiyi təşkilatın sammitində Rusiyaya qarşı sərt açıqlamalar səsləndirib. Deyib ki, Rusiya Alyans üçün birbaşa təhdid sayılacaq və bu, NATO-nun gələcəyini qurmaq üçün plana çevriləcək, yeni Strateji Konsepsiya qəbul ediləcək. Baş katibin sözlərinə görə, Rusiya artıq öz sərhədlərində NATO-nu görməyə adət etməlidir və bundan qurtuluşu yoxdur. DİA.AZ xəbər verir ki, Böyük Britaniyada yaşayan həmyerlimiz, tanınmış jurnalist Zülfüqar Rüfətoğlu AYNA-ya müsahibəsində NATO sammiti, Rusiya və Ukrayna ətrafında cərəyan edən hadisələr, eləcə də regional vəziyyət barəsində təəssüratlarını bölüşüb.

- NATO-nun Baş katibi Rusiyanı dünya üçün təhdid adlandırıb və bəyan edib ki, şimal qonşumuz NATO sərhədlərində yaşamağa alışmalıdır. Bu, gerçək təhdiddir, yoxsa imitasiya?

- NATO-nun Baş katibi tamamilə haqlıdır. İndi Rusiyanın bütün Avropa ilə sərhədləri onun NATO ilə sərhədlərinə çevrilir. Ukraynada müharibədən əvvəl Putin NATO-nun sərhədlərdən geri çəkilməsini tələb edirdi, amma əkisinə, NATO Moskvanın daha da yaxınlığına gəldi. Ümumiyyətlə, son hadisələrdə daim Putinin istədiklərinin əksi baş verir. Çünki tədricən Avropada, Qərbdə, elə dünyanın çox yerlərində Rusiya təcavüzkar bir ölkə kimi ad çıxarıb və yaxın gələcəkdə onun vəziyyəti daha da ağır olacaq. Finlandiya və İsveç NATO-ya üzv olduqdan sonra alyansın Rusiya ilə ümumi sərhədinin uzunluğu 2550 kilometrə çatacaq. Baltik dənizi NATO-nun gölməçəsinə çevriləcək.

Rusiyanın Ukrayna müharibəsində - elə indinin özündə əsgər qıtlığı keçirdiyini görürük. 2550 kilometrlik sərhədi qorumaq üçün hardan əsgər tapacaqlar - bu da məlum deyil. Elə indinin özündə Rusiya müharibəyə etnik-milli azlıqları göndərir. Üstəlik NATO Avropadakı çevik reaksiya qüvvələrinin sayını 40 min əsgərdən 300 min əsgərə çatdırmağı planlaşdırır. Həm də nəzərə alın ki, bütün bu proseslər Putinin təcavüzü ilə yanaşı olaraq çox sürətlə gedəcək.

- Stoltenberqin açıqlamasında daha bir diqqətçəkən məqam Çinlə bağlıdır. Doğrudanmı Rusiyaya qarşı embarqolar Çinə qarşı hücumun başlanğıcı və tərkib hissəsidir?

- ABŞ və NATO Rusiya ilə yanaşı Çini də təhlükə hesab edir. Bu, ilk növbədə Çinin Tayvanı hədələməsi ilə bağlıdır. Lakin Çin belə məsələlərdə həmişə ehtiyatlı tərpənib. Çin müxtəlif beynəlxalq tədbirlərdə Rusiyanı dəstəkləsə də, ona konkret əməli dəstək vermək niyyətində deyil. Pekin Putinə açıq şəkildə bildirib: “Sən bu müharibəni qurtarandan sonra tam mənasında əməkdaşlıq edə bilərik”. Çin üçün ticarət portnyoru və bazar kimi ABŞ qat-qat daha önəmlidir. ABŞ ilə Çin arasında ticarət dövriyyəsi 2020-ci ildə 700 milyard dollar təşkil edib. Çinin Rusiya ilə ticarəti 155 milyard dollar civarındadır. Çin Rusiyanın Qərbə qarşı mövqeyindən faydalana bilər, lakin onu heç vaxt özünə bərabərhüquqlu müttəfiq hesab etməyəcək. Ticarət dövriyyəsinə görə Rusiya heç Çinin 10-cu dərəcəli partnyoru da deyil. Çin indiki halda Rusiyaya özünün geosiyasi əlaltısı kimi baxır.

- Türkiyənin İsveç və Finlandiya ilə bağlı qərarı dünya gündəmini məşğul edən əsas mövzulardandır. Türkiyənin son qərarını necə qarşılayırsınız?

- Türkiyə lap əvvəldən Finlandiya və İsveçin NATO üzvlüyünü bloklayanda onun əsas tələbləri bu iki ölkədən yox, ilk növbədə ABŞ-dan idi. Yoxsa əsas məsələ PKK deyildi. PKK-nın davamçıları Qərbi Avropanın bütün ölkələrində var. Bəlkə də, onların sayı ən çox elə Britaniyadadır. Halbuki Ankaranın Londonla yaxşı münasibətləri mövcuddur. Daha doğrusu, Ərdoğan əsas güzəştlərə ABŞ-dan nail olmaq istəyirdi. Türkiyənin ABŞ-dan 40 ədəd F-16 qırıcısı, təkmil texnologiyalar kimi gözləntiləri var.

Ərdoğanın öz inadından kifayət qədər tez geri çəkilməsi iki amillə bağlı ola bilər: Birincisi, ehtimal ki, Ərdoğan Baydendən əksər tələblərinə müsbət cavab ala bilib. İkinci amil isə Rusiya ilə bağlıdır. Ərdoğanın Putinlə daim praktik, soyuq, düşünülmüş münasibətləri olub, amma bunlar heç vaxt dost olmayıblar və ola da bilməzlər. Ərdoğan da kifayət qədər avtoritar adamdır, amma Ukraynaya təcavüzdən sonra başa düşüb ki, Putinlə hətta şahmat oynamaq da təhlükəlidir. Yəni başa düşüb ki, bu adam tamamilə ağlını itirib. Belə olan halda Türkiyə özünün təbii müttəfiqləri sırasında yerini möhkəm saxlayır.

- Rusiyanın postsovet məkanına təzyiq imkanlarını artıracağı, onları bir "çətir altına" yığacağını söyləyənlər də var. Bu iddiaları bölüşürsünüzmü?

- Bəli, Rusiyanın ətrafındakı halqa daralır. Putin də bunu gözəl anlayır. Amma Putin onu da başa düşür ki, başladığı oyundan bircə addım geri çəkilsə, taxt-tacını və hətta başını itirəcək. Rusiyada çarlara məğlubiyyətləri bağışlamırlar. Putinlə artıq əl tutub görüşən, söhbət edən də yoxdur. Ona görə də, Mərkəzi Asiyada mənasız tədbirlər keçirir ki, heç olmasa yaxın qonşuları bunun hələ güclü olduğunu hiss etsinlər. Amma əsas məqsəd özünü göstəməkdir, yəni “baxın, mən də kişilərlə oturub-dururam”. Bu mənadan Tokayevin Peterburqdakı forumda Putinin üzünə sözünü şax deməsini oyun hesab eləmirəm. Əvvəla Rusiya rəsmiləri, deputatları dəfələrlə Qazaxıstan adında dövlətin olmadığını bəyan ediblər. Belə bəyanatlar Putinin icazəsi və tapşırığı olmadan verilmir. Ona görə də Tokayev sözünü belə bəyanatların əsl müəllifinin üzünə dedi.

Putində adi “məhəllə uşağının” acıq vermək kimi ucuz variantların olduğunu hamı bilir. O, həmin foruma moderator kimi Marqarita Simonyanı əbəs yerə dəvət etməmişdi. Qazaxıstanı təhqir edən birisinin arvadını foruma dəvət eləmək Putinin aləmində elə “xox” gəlmək kimi bir şey idi. Amma Tokayev onun cavabını verdi. Çünki Tokayev də başa düşür ki, geriyə yol yoxdur, artıq rusun qabağından qaçmaq olmaz. Ona görə də bəyan elədi ki, “biz ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını pozmayacağıq”.

Məncə, tədricən bütün keçmiş sovet respublikalarının rəhbərləri bu addıma gələcəklər. Artıq bu gün Özbəkistandakı bir şirkətə Rusiyanın hərbi sənayesi üçün xaricdən mikrosxem aldığına görə ABŞ sanksiyaları qoyulub. Mən hətta düşünürəm, elə bir məqam çata bilər ki, bütün MDB liderləri sözü bir yerə qoyub Putinə hansısa formada ultimatum versinlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru