Qərbin Kiyevə dəstəyi barədə şübhələr və ya bu fürsət əldən verilməz - İNCƏLƏMƏ...
Tarix: 19-07-2022, 07:59 | Çap et
Rusiyanın Ukraynaya qarşı "xüsusi hərbi əməliyyat" adı ilə Ukraynaya qarşı başlatdığı işğalçı müharibədə Qərbin Kiyevə dəstəyinin azaldığı iddia edilir. Beynəlxalq analitiklər hesab edirlər ki, xüsusilə də Avropa ölkələri tərəfindən Ukraynaya dəstək müharibənin ilk aylarındakı kimi deyil. Ekspertlər fikirlərini onunla əsaslandırırlar ki, Avropanın əsas ölkələrindən rəsmi və qeyri-rəsmi verilən bəyanatlarda Rusiyaya loyal yanaşmalar sezilir. Hətta Moskvaya qarşı tətbiq edilən sanksiyaları tənqid edən siyasi dairələr də mövcuddur.
Düzdür, müharibənin ilk aylarında Rusiyanın işğalçı siyasəti səbəbindən bu ölkəyə misli görünməmiş sanksiyalar tətbiq edildi. Paralel olaraq, Ukrayna maliyyə və hərbi texnika baxımından yardımlar aldı və silahların verilməsi davam edir. Demək olar ki, ABŞ-ın Ukraynaya dəstəyində dəyişiklik müşahidə edilmir. Amma Almaniya, Fransa, İtaliya kimi ölkələr əvvəlki kimi fəal deyillər. Bununla yanaşı, Avropa İttifaqı ölkələri Rusiyanın enerji daşıyıcılarından imtina edə bilmirlər ki, bu, Rusiyanın ayaqda qalmasında əsas rol oynayır.
Daha bir məqam isə Ukraynanı ən çox dəstəkləyən Böyük Britaniyanın Baş naziri Boris Consonun istefasından sonra Londonun Kiyevə dəstəyi ilə bağlı proqnozlar ürəkaçan deyil. Bəzi analitiklər hesab edirlər ki, Consonun istefasından sonra Britaniyanın Ukraynaya dəstəyi əvvəlki effektdə olmayacaq. dia-az.life-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-ya danışan politoloq Şahin Cəfərli sözügedən mülahizələrlə razılaşmır. Analitik bildirib ki, Qərb cəmiyyətləri plüralistdir, orada istənilən əks fikirlər səsləndirilir: "Təbii ki, Qərbdə Ukraynaya dəstək mövcud olduğu kimi, bunun əleyhinə çıxan qruplar da mövcuddur. O çevrələrin də Qərb cəmiyyətlərində mövqeləri eşidilir. Müxtəlif mövqelər mövcuddur, amma əsas məsələ Qərbin strateji qərarlarıdır ki, bu qərarlara nəzər salmaq lazımdır".
Politoloq xatırladıb ki, strateji mahiyyətli qərarlar G7-nin və NATO-nun Zirvə Toplantısında qəbul olundu: "Hər iki toplantıdan sonra Qərb elan etdi ki, Ukraynaya nə qədər lazımdırsa, o qədər yardım ediləcək: həm maddi, həm hərbi, həm də siyasi baxımdan. Strateji qərar budur və Qərb dövlətlərinin hökumətləri də bu qərara uyğun öz siyasətlərini həyata keçirirlər".
"Təbii ki, müxtəlif mövqelər var. Məsələn, "Ukraynanın qələbəsi necə olmalıdır?" sualına müxtəlif cavablar mövcuddur. Bir qism deyir ki, Ukrayna cənubunu - Xersonu işğaldan azad etsə, bu, kifayətdir, artıq Ukraynanın qələbəsidir. Bəziləri deyir ki, yox, 24 fevral 2022-ci il tarixindən əvvəlki vəziyyətə qayıtmaq Ukraynanın qələbəsi anlamını verəcək. Müəyyən dairələr isə ümumiyyətlə, hesab edirlər ki, Ukrayna 1991-ci ildə SSRİ-dən hansı sərhədlərlə ayrıldısa, o sərhədlər çərçivəsində də ərazi bütövlüyü bərpa edilməlidir. Dediyim odur ki, müxtəlif baxış bucaqları var. Əsas odur ki, Rusiyanın bu müharibədə qələbə qazanmaması üçün Qərbdə strateji qərar var. Bütün Qərb dövlətlərinin başçıları da bu qərara uyğun addımlar atırlar".
Britaniya Baş nazirinin istefası ilə bağlı bədbin proqnozlara gəlincə Ş.Cəfərli bunları deyib: "Təbii ki, Conson qeyri-standart siyasətçi idi, özünəməxsus tərzdə siyasət aparırdı. Əlbəttə, onun istefasından sonra bu istiqamətdə boşluq hiss olunacaq. Çünki Conson hiperaktiv siyasət adamıdır. Tutaq ki, qəfldən Kiyevdə peyda olurdu. Bu, qeyri-standart addımlar idi. Onun yerinə gələn siyasətçi yəqin ki, belə hiperaktivlik nümayiş etdirməyəcək. Amma Birləşmiş Krallığın oturuşmuş dövlət siyasəti var və bu siyasət Qərbin Ukrayna ilə bağlı strateji qərarlarına uyğun olmalıdır".
"Ötən il Böyük Britaniya dövləti "Qlobal Britaniya" strategiyasını elan etdi ki, bu, "Brexit"dən sonra Krallığın yenidən dünya siyasətinə qayıdışını özündə ehtiva edir. Bu strateji sənədlə Britaniya müstəqil beynəlxalq oyunçu kimi səhnəyə çıxdığını elan etmiş oldu. Sözügedən strategiyaya uyğun olaraq, Britaniyanın yeni xarici siyasət və müdafiə hədəfləri təsdiqlənib. Orada konkret göstərilib ki, Britaniyanın maraqları baxımından ən böyük təhlükə yaradan güc Rusiyadır. Krallıq uzunmüddətli perspektiv baxımından strateji rəqib kimi Çini göstərdi. Amma cari mərhələnin əsas rəqibi və düşmən ölkə kimi Rusiya elan edilib. Buna görə də Britaniyada hakimiyyətdə kim olur-olsun, siyasət qəbul olunmuş strategiya əsasında yürüdüləcək. Ona görə də, Consonun istefası ilə Britaniyanın siyasətində ciddi dəyişiklik olmayacaq", - analitik əlavə edib.
Ş.Cəfərli hesab edir ki, Britaniyanın Ukraynaya dəstəyi davam edəcək: "Hazırda Baş nazir postuna iddialı namizədlərin də Ukrayna ilə bağlı açıqlamalarına nəzər salsaq görərik ki, hamısı aydın və konkret şəkildə Kiyevi dəstəkləyirlər". dia-az.life-ın məlumatına görə, politoloq Zərdüşt Əlizadə də AYNA-ya deyib ki, Qərbin Ukraynaya dəstəyini dayandırması fikirləri ilə razı deyil. Analitik xatırladıb ki, Qərb Ukrayna Ordusunu lazımı qədər silahla təmin edəcəyini açıqlayıb və məlumatlardan da görünür ki, silahlar hələ də gəlməkdədir: "Eyni zamanda, Rusiyaya qarşı sanksiyalar tətbiq edilib, yumşalma yoxdur. Dəstək bəs necə olur? Qərbdən lazımi qədər silah-sursat aldıqdan sonra - söhbət ağır və həm də hücum silahlarından gedir - Ukrayna əks-hücuma keçərək ərazilərini təmizləyə bilər. Qərb Ukraynaya hərbi yardımla yanaşı, siyasi dəstək verməli, onu məcbur etməməlidir ki, Rusiyanın diktəsini qəbul etsin".
"Bu gün Qərbin əlinə fürsət düşüb ki, qaniçən, quldur, başqa xalqların hüquqları ilə hesablaşmayan, beynəlxalq hüququ pozan bir ölkəni yerində oturtsun. Bu imkanı əldən vermək olmaz və məncə, Qərb bu imkanı buraxmayacaq. Qərb ölkələrinin liderləri, xüsusilə, ABŞ, Britaniya, Polşa, Pribaltika, Şərqi Avropanın keçmiş sovet respublikaları bu fürsəti əldən verməməlidirlər", - deyə Z.Əlizadə vurğulayıb.
Politoloq bildirib ki, Almaniya, Fransa, İtaliya Ukraynanın güzəştlərə getməsi müqabilində Rusiya ilə müharibəni dayandırmaq istəyirlər: "Bir müddət öncə bu barədə bəyanatlar da səsləndirilmişdi. Amma Ukrayna xalqı və hakimiyyəti bunu qəbul etmir. Demək ki, Qərb ardıcıllığını qorumalıdır. Ukraynanın əks-hücum əməliyyatlarına dəstək verməlidir. Əsas qəbul olunan strateji qərarlardır ki, Qərb bu qərarı verib. Birmənalı deyilib ki, Rusiya müharibədən qələbə ilə çıxmamalıdır. Ona görə də dəstəyin davamlı olacağı gözlənilir”.
Consonun istefasından sonra Böyük Britaniyanın siyasətində dəyişiklik olub-olmaması məsələsinə gəlincə, analitik deyib ki, Birləşmiş Krallıq böyük dövlətdir, ciddi dəyişiklik olmayacaq: "Britaniya kimi ölkələrin siyasi kursu bir-iki gün içində dəyişmir, nə də şəxslərə bağlıdır. Conson getdi, yerinə gələn də qəbul olunmuş siyasəti yeridəcək. Hansı formada yeridəcək, o başqa məsələdir. Məsələn, Conson emosional idi, bəyanatları bəzən sərt olurdu. Yerinə gələcək siyasətçi ola bilsin ki, Conson kimi emosional olmayacaq, amma Britaniyanın qəbul etdiyi strateji siyasəti davam etdirəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|