Kremlin ruporlarından isterik qışqırtı: nəhəng gəmi batmağa doğru - NƏ BAŞ VERİR?
Tarix: 29-07-2022, 10:53 | Çap et
Kreml öz mövqeyini ifadə etmək üçün köhnə tərəfdarı - Macarıstanın Baş naziri Viktor Orbanı prosesə cəlb edib. O, siqnallar göndərməyə və Kremlin Rusiya-Amerika danışıqları ilə bağlı istəklərini açıq şəkildə dilə gətirməyə başlayıb.
Orbanın sözlərinə görə, Rusiya tərəfi “sadəcə Ukrayna ərazisindən ona hücumun mümkün olmamasında maraqlıdır”. Onun fikrincə, “biz Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının olmayacağı fikrini qəbul etməliyik. Münaqişəyə yalnız ABŞ-Rusiya danışıqları ilə son qoymaq olar”.
Göründüyü kimi, Putin Orban vasitəsilə danışıqlara hazır olduğunu və onları istədiyini bu formada çatdırıb. Yəni, Putin hesab edir ki, Kiyevi hərbi əməliyyatların qarşılıqlı dayandırılmasına razı sala biləcək qüvvə ABŞ-dır.
Maraqlıdır, bu, onun niynə lazımdır? Bəs Bayden birdən Orbanın mesajlarını eşidib danışıqlara razılaşarsa, Putin özü üçün hansı şərtləri qoymaq istəyir? Əgər Putin hazırda işğal etdiyi ərazilərin Rusiyaya mənsubluğunu qanuniləşdirmək istəsə, ABŞ buna razı olacaqmı? Bundan əlavə, Vaşinqton Ukraynanı buna inandıra biləcəkmi?
Həqiqətən də, Kiyevdə əmindirlər ki, istənilən şərtlərlə hərbi əməliyyatların müvəqqəti dayandırılması indi Moskva üçün möhlət və müharibəni davam etdirmək üçün yeni güc toplamaq yolu kimi vacibdir. DİA.AZ xəbər verir ki, AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.
Almaniyalı politoloq, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun professoru Aleksandr Rar:
“Hesab edirəm ki, ABŞ-la danışıqlar yolu ilə Ukraynada sülh məsələsinin diplomatik həllinin axtarışı yeganə real yoldur. Bu gün Avropanın geosiyasətini daha çox Amerika müəyyən edir. Əgər Vaşinqton hesab etsə ki, Rusiyanı zəiflətmək üçün ilkin planlar real deyil və gələcəkdə Çini cilovlamaq üçün ABŞ-a Rusiya lazım olacaq, o zaman amerikalılar Kiyevi həll yollarında güzəştə getməyə inandıracaqlar. O cümlədən neytrallıq və NATO-ya üzv olmaqdan “əbədi” imtina da daxil olmaqla.
Amma bu zaman Rusiya ilə ABŞ arasında Ukrayna ilə bağlı danışıqlarda onun ərazi bütövlüyü məsələsi ortaya çıxacaq. Amerikalılar “Novorossiya” ideyasını rədd edəcəklər. Lakin Rusiya öz məqsədlərindən əl çəkməyəcək. Və sonra, nəhayət, Almaniyanın vaxtında edildiyi kimi, Ukraynanın da bölünməsi baş verəcək? Hələlik bütün bu məsələlər ətrafında arqumentlər sırf fərziyyədir”.
Ukraynalı siyasi analitik, “Strategiya XXI” Mərkəzinin hərbi eksperti Pavel Lakiyçuk:
“Doğrudan da, biz Ukraynada əminik ki, Moskvanın şərtləri ilə hərbi əməliyyatların müvəqqəti dayandırılmasına alternativin olmadığı barədə rəvayətin tətbiqi Kremlin özünə nəfəs almağa şərait yaratmaq cəhdi, müharibəni davam etdirmək üçün yeni qüvvələr toplamaq yoludur. Və biz Orbanın bəyanatını qəza kimi qəbul etmirik - bu, Moskvanın informasiya müharibəsinin elementidir. Strategiya yeni deyil, biz artıq bu cür əməliyyatları ümumi məlumat axınından necə ayırmağı öyrənmişik. Düşünürəm ki, bizim tərəfdaşlarımızın bu sahədə də kifayət qədər təcrübəsi var.
Orbanın mesajı “ilk atəş” deyil. Birincisi, Rusiyaya qarşı sanksiyaların iflasa uğradığını, Ukraynanın bu müharibədə heç vaxt qalib gəlməyəcəyini və nə qədər adamyeyən olsalar da, “dünya Putinin şərtlərini qəbul etməlidir” ideyasını Amerika mediasında Kremlin pul ödədiyi ruporlar qaldırmağa başladı. Daha sonra bu mövzu Braziliya Prezidenti tərəfindən qaldırıldı. Və nəhayət, Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən yardımlara hər cür formada maneçilik törədən Avropa İttifaqı və NATO daxilində Kremlin yeganə müttəfiqi olan Orban. O, müharibə başlayandan bəri öz şərq biznes tərəfdaşına açıq şəkildə haqq qazandırmasa da, onu “əl altdan” dəstəkləyirdi.
Moskva üçün Kremlin mesajının şərti olaraq “qərbli” siyasətçi tərəfindən səslənməsi kritik əhəmiyyətli idi. Nəhayət, maskanı ataraq birbaşa Putinin tərəfini tutan Orban öz ölkəsini Avropa siyasətindən kənarlaşdırdı. Xeyr, Macarıstan sabah və ya o biri gün Avropa İttifaqı və NATO-dan çıxarılmayacaq - onlar ayrı-ayrı siyasətçilərlə deyil, institutlarla işləyirlər. Amma müəyyən “təşkilati nəticələr” veriləcək.
Ancaq indi söhbət Macarıstanın payından deyil, bunun üçün ən yüksək səviyyəli "konservləri açan" Kremlin gözləntilərindən gedir. Bu, bütün kartları vurulmuş oyunçunun blef etmək üçün ümidsiz cəhdidir. ABŞ Putinin dekabr ultimatumuna necə reaksiya verdi? Düşünürəm ki, o zaman Moskvanın istəkləri sadəcə heç bir əsası olmayan şantaj kimi deyil, real təhdidlər kimi dəyərləndirilirdi. Kreml bunun müqabilində nə aldı? Sərt və qətiyyətli "yox".
Çünki Putin bir zərbə ilə Qərb dünyasının bütün dəyər sistemini məhv etməyə çalışdı. O, blef edirdi, amma Qərb bunu hələ bilmirdi. Ancaq bu gün bilir: “Kremlin tələblərini yerinə yetirin, onunla danışıqlar masası arxasında əyləşin, əks halda...”
Əks halda Rusiya müharibəni uduzacaq. Nə oldu ki, Kreml daha bir blef etdi? O getdikcə itirir. Bunu həm ABŞ-da, həm də Avropada görmək olar: Kreml agentləri nə qədər isterik şəkildə “ukraynalılar heç vaxt qalib gəlməyəcəklər” deyə qışqırsalar, bunun əksi bir o qədər aydın olur. Uduzan şəxsin şərtlərini qəbul etməyin mənası varmı? Özü də altı ay əvvəl sizi kobud şəkildə şantaj edən uduzan tərəfin? Vaşinqtonda hamı hər şeyi yaxşı xatırlayır.
Əgər Putin hazırda işğal etdiyinə Rusiyanın legitimlik mənsubluğu donunu geyindirmək istəsə, ABŞ buna razı olacaqmı? Vaşinqton Ukraynanı buna inandıra biləcəkmi? ABŞ cəhd etməyəcək. Nə 1991-ci ildə, nə 2006-cı ildə, nə 2014-cü ildə, nə də 2022-ci ildə bizi başa düşən ruslardan fərqli olaraq, ABŞ Ukrayna cəmiyyətinin təşkilatlanması faktını tanınıdı. Və qəbul etdi”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|