Rusiya vətənə xəyanətdə şübhəli bildiyi qadını buraxır
Tarix: 4-02-2015, 08:45 |
Çap et
Rusiyada vətənə xəyanətdə şübhəli bilinən qadın Moskva həbsxanasından buraxılıb. Svetlana Davydova-nın vəkili Sergei Badamshin fevralın 3-də deyib ki, Davydova Lefortovo həbsxanasından buraxılıb, ancaq onun Vyazma şəhərindəki evindən çıxmaması əmr olunub.
Davydova-nın Rusiya əsgərlərinin hərəkəti barədə Ukrayna səfirliyinə məlumat verdiyi iddia olunur. O, yanvarın 21-də saxlanıb.
Məhkəmənin vaxtı bilinmir. Məhkəmə Davydova-nın martın 19-dək həbsdə qalmasına qərar vermişdi.
Vətənə xəyanəti sübuta yetirilsə, Davydova-nı 20 ilədək həbs gözləyir.