ABŞ İŞID və Əl-Qaidəyə aviazərbə endirir
Tarix: 11-07-2015, 14:26 |
Çap et
ABŞ hərbçilərinin verdiyi xəbərə görə, onlar müttəfiqləri ilə birlikdə iyulun 10-da İŞID mövqelərinə İraqda 16, Suriyada isə 15 aviazərbə endiriblər.
İraq qüvvələri Bayji, Fallujah, Habbaniyah, Haditha, Makhmur, Mosul, Sinjar və Tal Afar yaxınlığında hədəflərə zərbələr endirib.
Suriyada isə koalisiya qüvvələri İslam Dövləti mövqelərini Al Hasakah, Aleppo, Raqqah, Ayn Isa, Kobani və Tal Abyad yaxınlığında hədəfə alıblar.
Bu arada, Yəmən rəhbərləri bildiriblər ki, ABŞ təyyarələrinin vurulan zərbələr nəticəsində Yəməndə maşınla hərəkət edən 4 Al-Qaeda üzvünün məhv olduğu təxmin edilir.
Onlar bəyan ediblər ki, iyulun 10-da aviazərbələr Yəmənin şərqində yerləşən Hadramawt əyalətinin paytaxtı Mukallada baş verib. Partlayış şəhərin müxtəlif hissələrindən eşidilib.
Al-Qaeda-nın Yəmən qanadı çox təhlükəli hesab olunur. Onlar sözügedən əyalətdə bir çox uğurlu döyüşlər aparmış və bu ilin əvvəllərində Mukallanı ələ keçirmişlər.
Rəsmi rəhbərlik bildirir ki, aviazərbələrdə başqa 5 yaraqlı yaralanıb.